Q. Y. MƏMMƏdov m. M. İSmayilov b I t k I Ç İ L i K



Yüklə 7,47 Mb.
Pdf görüntüsü
səhifə178/418
tarix05.12.2023
ölçüsü7,47 Mb.
#138344
1   ...   174   175   176   177   178   179   180   181   ...   418
05 08 2021 12 21 57 119 7828561 Bitkiçilik = 2012

 
Əkinlərə qulluq. 
Darı əkinlərinə düzgün qulluq edilmədən yüksək məhsul əldə etmək 
mümkün deyildir. Onun başdan-başa səpinində tətbiq edilən qulluq işləri sahədə cücərtilər alınana 
qədər qaysaq əmələ gələrsə vərdənələmə və malalamadan, alaqlara qarşı mübarizədən, əlavə 
yemləmə gübrəsinin verilməsi və vegetasiya suvarmalarından ibarətdir. 
Kollanma fazasında alaqlara qarşı hər hektara 0,5-1 kq 2,4-DU herbisidindən istifadə edilir.
Vegetasiya dövründə darı əkinlərində iki dəfə yemləmə və 3 dəfə suvarma aparılır. 
Birinci yemləmə kollanma, ikinci yemləmə isə borulaşma fazasında aparılır. Hər bir 
yemləmədən sonra suvarma aparılır. Üçüncü suvarma çiçəkləmədən sonra dənə dolma dövründə 
aparılır. Suvarmadan sonra cərgələr arası 4-5 sm ikinci dəfə 6-8 sm dərinlikdə yumşaldılır. 
Məhsulun yığılması. 
Darı dəni süpürgənin bütün hissəsində eyni vaxtda yetişmir. Bir qayda 
olaraq süpürgələrin uc hissəsindəki dənlər tez, aşağı hissəsindəki dənlər isə gec yetişirlər. Dən 
yetişən zaman gövdə yaşıl olur. Bu da onu göstərir ki, yem kimi keyfiyyətli olmasına səbəb olur. 
Süpürgənin orta hissəsindəki dənlər yetişən zaman yığım aparılır. Məhsul başdan-başa yaxud hissə-


173 
hissə kombaynla yığılır. Hissə-hissə yığım mum-yetişmə fazasında aparılır. Biçilən kütlə tirələrdə 
3-4 gün müddətində qurudulur və kombaynla döyülür. 
 
Tapşırıq və yoxlama sualları -14 
1. Qırtıckimilər (dişəkimilər) fəsiləsi bitkilərinin morfoloji xüsusiyyətlərini sadalayın. 
2. Bu fəsiləyə aid bitkilərin hamaşçiçək tiplərini göstərin. 
3. Birinci və ikinci qrup dənli taxıl bitkilərini sadalayın. 
4. Hansı bitkilər payızlıq formaya malikdirlər? 
5. Payızlıqların qışadavamlılığı və şaxtaya davamlılığı anlayışı nədir? 
6. Buğdanın növ tərkibini sadalayın. Hansı növlər daha çox yayılmışdır? 
7. Zəif, orta və güclü buğdaların təsnifat (sinif) əlamətlərini göstərin. 
8. Payızlıq bitkilərin becərilmə texnologiyasının sxemini təsvir edin. 
9. Nəmliklə təmin olunma həddinə görə payızlıq bitkilərin səpin norması necə dəyişir? 
10. Payızlıq buğdanın bioloji xüsusiyyətləri barədə danışın. 
11. Payızlıq buğdanın daha çox yayılmış sortlarını göstərin. 
12. Payızlıq çovdarın bioloji xüsusiyyətləri və aqrotexnikası barədə danışın. 
13. Tritikalenin bioloji xüsusiyyətlərini sadalayın. 
14. Payızlıq arpanın nə kimi bioloji xüsusiyyətləri və aqrotexnikası vardır? 
15. Yazlıq buğdanın əsas becərildiyi rayonları göstərin. 
16. Yazlıq arpanın bioloji xüsusiyyətləri barədə danışın. 
17. Yazlıq arpanın səpin müddətini göstərin. 
18. Mədəni vələmirin növ tərkibini sadalayın. Yulaf mədəni vələmirdən nə ilə fərqlənir?
19. Səpin vələmirinin bioloji xüsusiyyətləri barədə danışın. 
20. Növbəli əkində vələmirin yeri necədir?
21. Azərbaycanda qarğıdalının əsas becərilən bölgələrini göstərin. 
22. Qarğıdalının morfoloji və bioloji xüsusiyyətləri barədə danışın. 
23. Qarğıdalının yarımnövlərinin xarakteristikasını göstərin. 
24. Qarğıdalının istiliyə və mineral qida elementlərinə münasibəti necədir? 
25. Çəltiyin kök sisteminin xüsusiyyətləri barədə danışın. 
26. Çəltiyin hansı suya basdırma rejimlər vardır? 
27. Çəltiyin çiçəkləməsi və yetişməsi xüsusiyyətlərini göstərin.
28. Darının əsas növləri və yarımnövlərini sadalayın. 
29. Adi darının nə kimi yetişmə xüsusiyyətləri vardır? Yığım zamanı onu necə nəzərə alırlar? 
30. Sorqo hansı məqsədlər üçün becərilir? 
31. Torpağın becərilməsinə sorqo hansı tələbatı göstərir? 
32. Sorqonun aqrotexnikasının xüsusiyyətləri barədə danışın.

Yüklə 7,47 Mb.

Dostları ilə paylaş:
1   ...   174   175   176   177   178   179   180   181   ...   418




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin