172
Yazda sahə malalanaraq 10-12 sm dərinliyində kultivasiya çəkilir. Bu zaman qaysaq dağıdılır
və ilk yazda əmələ gəlməyə başlayan alaqların cücərtiləri məhv edilir, səpinqabağı sahədə yenə
malalama və 4-5 sm dərinliyində kultivasiya aparılır ki, səpiləcək toxum üçün yumşaq qat
yaradılsın. Suvarılan bölgələrdə səpinə 12-15 gün qalmış sahə arat edilir və arat yetişən kimi
kultivasiya və malalama aparılır. Sahəni qeyd etdiyimiz qaydada hazırladıqda alaq otlarının miqdarı
minimuma endirilir, nəmlik itkisinin qarşısı alınır, torpaqda qida maddələri nisbətən artır, aerasiya
yaxşılaşır və bitkinin inkişafı üçün yaxşı şərait yaranır ki, bu da məhsuldarlığa müsbət təsir göstərir.
Dostları ilə paylaş: