Q. Y. MƏMMƏdov m. M. İSmayilov b I t k I Ç İ L i K



Yüklə 7,47 Mb.
Pdf görüntüsü
səhifə184/418
tarix05.12.2023
ölçüsü7,47 Mb.
#138344
1   ...   180   181   182   183   184   185   186   187   ...   418
05 08 2021 12 21 57 119 7828561 Bitkiçilik = 2012

Gübrələmə.
Qarabaşaq gübrələməyə yaxşı münasibət bəsləyir. Zəif kök sistemi olmasına 
baxmayaraq qida elementlərinə böyük tələbatı ilə fərqlənir. Planlaşdırılmış məhsul üçün gübrə 
norması qida elementlərinin məhsulla aparılması və torpaqdan istifadə əmsalı yaxud aqrokimyəvi 
xidmətin tövsiyələrindən istifadə etməklə hesablanır. Əsas gübrə qismində payızda şum altına 
hektara 15-20 ton üzvi gübrə, mineral gübrələrdən fosfor və kalium verilir. Münbitliyi az olan 
torpaqlarda sideratlardan istifadə səmərəlidir. Qara torpaqlarda qarabaşaq altına üzvi gübrə verilmir.
Qarabaşağın xlor elementinə mənfi reaksiyasını nəzərə alaraq, xlorlu kalium gübrələrini 
qabaqcadan payız şumu altına vermək lazımdır ki, kökün qidalandığı qatdan xlorun yuyulması 
təmin edilsin. Yaxşı olar ki, kaliumun xlorlu birləşmələrindən istifadə edilməsin.
Qarabaşaq azot elementinə tələbkar bitkidir. Lakin azotla hədsiz qidalandıqda vegetativ 
kütlənin inkişafı güclü gedir və dən məhsulu azalır. Azot gübrəsi yazda səpin qabağı kultivasiya 
altına (10-15 kq/ha) və gencərgəli səpin üsulunda yemləmə şəklində bitkilərin kütləvi çiçəkləmə 
dövründə verilir. 
Əsas gübrə ilə yanaşı səpinlə birlikdə verilən gübrə qarabaşağın məhsuldarlığının 
yüksəlməsində böyük əhəmiyyət kəsb edir. O böyümənin ilk dövründə bitkini qida maddələri ilə 
təmin edir və kök sisteminin daha yaxşı inkişaf etməsinə səbəb olur. Səpinlə birlikdə əkinlərə 
dənəvərləşdirilmiş superfosfat (10-15 kq/ha) yaxud mürəkkəb gübrə (10 kq/ha) verilir. Torpağa 
mikrogübrələr verilməsi yaxud toxumların mikroelementlərlə işlənilməsi qarabaşağın 
məhsuldarlığını əhəmiyyətli dərəcədə artırır.
 
Toxumun səpinə hazırlanması, səpin müddəti, üsulu və norması
. Qarabaşaq
 
əkinləri üçün 
hər bir fermer təsərrüfatında tövsiyə olunur ki, vegetasiya dövrünün uzunluğu müxtəlif olan və 
cücərməsi 92%-dən aşağı olmayan ən azı iki sort səpilsin. Qarabaşaqdan yüksək məhsul 
götürülməsinin əsas şərtlərindən biri toxumun səpinə diqqətlə hazırlanmasından ibarətdir. Belə ki, 
bir bitki dairəsində toxumlar səpin keyfiyyətinə və məhsuldarlıq xarakterinə görə əhəmiyyətli 
dərəcədə fərqlənirlər. Bunun səbəbi ondan ibarətdir ki, müxtəlif iqlim şəraitində çiçəkləmə və 
meyvə əmələgəlmə uzun müddət davam edir, lakin əsas gövdədə toxum necə əmələ gəlirsə, birinci, 
ikinci və üçüncü sıra yan budaqlarda da o cürə formalaşır. Səpin üçün yaxşı, iri və kütləsi ağır olan 
toxumlar

Yüklə 7,47 Mb.

Dostları ilə paylaş:
1   ...   180   181   182   183   184   185   186   187   ...   418




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin