Q. Y. MƏMMƏdov m. M. İSmayilov b I t k I Ç İ L i K



Yüklə 7,47 Mb.
Pdf görüntüsü
səhifə192/418
tarix05.12.2023
ölçüsü7,47 Mb.
#138344
1   ...   188   189   190   191   192   193   194   195   ...   418
05 08 2021 12 21 57 119 7828561 Bitkiçilik = 2012

Növbəli əkində yeri. 
Dənli-paxlalı
 
bitkilər növbəli əkində torpağı alaqlardan yaxşı 
təmizləyən sələf bitkilərindən kartof, çuğundur, yem turpu, yemlik bostan bitkiləri, pambıq, tütün 
və qarğıdalıdan sonra yerləşdirilir. Dənli-paxlalı bitkilər eyni xəstəliklərə tutulduğuna və eyni 
zərərvericilərlə zədələndiklərindən öz tarlasına 4 ildən tez qaytarılmır. Bu bitkilər digər tarla 
bitkiləri (dənli taxıl) üçün yaxşı sələfdirlər.
Torpağın becərilməsi. 
Sələflərdən və torpaq-iqlim şəraitindən asılı olaraq torpağın 
becərilməsi həyata keçirilir. Payızlıq taxılların məhsulu yığılan kimi kövşənlik 7-8 sm dərinliyində 
LDQ-10, LDQ-15, LDQ-20 markalı diskli üzləyicilərlə üzlənir. Alaq toxumları cücərdikdən sonra 
köndələninə 2-ci üzləmə aparılır. Sahəyə üzvi və mineral gübrələr verilərək 20-22 sm, 25-27 sm, 
28-30 sm, dərinliyində şum edilir. Şumdan sonra 2 dəfə KPQ və ya KPS-4 markalı kultivatorla 
kultivasiya çəkilməlidir.
Səpinqabağı becərmədə 8-10 sm dərinliyində kultivasiya çəkib iki iz malalanmalıdır. (KPS-4, 
BZSS-1). Son dövrlərdə səpinqabağı becərmədə RVK-3, RVK-3,6, RVK-5 markalı kompleks 
aqreqatlardan istifadə olunur. Səpinqabağı kultivasiyadan sonra lobya, soya becəriləcək sahələrdə 
dişli vərdənə (SQ-21 markalı) çəkilir. Bu tədbir toxumların eyni dərinliyə düşməsinə və bərabər 
çıxışlar alınmasına kömək edir.
Toxumun səpinə hazırlanması. 
Səpin üçün 1-ci və 2-ci sinfə aid yüksək keyfiyyətli 
toxumlardan istifadə olunmalıdır. Səpindən bir ay əvvəl toxumlar kök çürümə və askoxitoz 
xəstəlitklərinə qarşı 1 tona 2-3 kq fundazol, 3-4 kq fentiuram və ya 1-2 kq taciqranla 
dərmanlanmalıdır. Bu iş «Mobitoks» Psqi-3 markalı maşınlarda aparılır. Səpindən əvvəl toxumlar 
bakterial preparatlarla işlənilməlidir.
Səpin müddəti, üsulu və normaları. 
Səpin müddəti bitkinin bioloji tələbatına uyğun 
müəyyən edilir. Soyuğa nisbətən davamlı olan səpin və çöl noxudu, yem paxlası bitkilərinin 
toxumları payızda və erkək yazda səpildikləri halda, istilik sevən lobya və soyanın toxumları 
torpağın əkin qatında 8-12 
0
C istilik olduqda səpilir. 
Səpin üsulu torpaq-iqlim şəraitindən, nə məqsəd üçün becərilməsindən və yerüstü kütlənin 
iriliyindən asılıdır. Yaşıl gübrə və ya yaşıl kütlə məqsədilə becərildikdə toxum üçün becərilməsinə 
nisbətən bitkiyə daha az qidalanma sahəsi verilir.


184 
Səpin norması, səpin üsulundan torpaq-iqlim şəraiti və bitkinin nə məqsədlə becərilməsindən 
asılıdır. Suvarma şəraitində daha yüksək səpin norması qəbul edilir. Toxumluq sahələrə, yaşıl yem 
üçün becərilən sahələrə nisbətən az toxum səpilir.
Dənli-paxlalı bitkilərin əkinlərinə qulluq işləri alaqlara qarşı mübarizə tədbirləri, suvarma, 
cərgə aralarının becərilməsi, xəstəlik və zərərvericilərə qarşı mübarizə, əkinlərə yemləmə 
gübrəsinin verilməsi və s. - dir.

Yüklə 7,47 Mb.

Dostları ilə paylaş:
1   ...   188   189   190   191   192   193   194   195   ...   418




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin