179
Torpağın 8-10 sm dərinliyində istilik 12-15
0
C olduqda səpin aparılır. Səpin müddəti hər bir
təsərrüfatda
torpaq-iqlim və hava şəraiti, eləcə də sortun bioloji xüsusiyyətləri nəzərə alınmaqla
müəyyənləşdirilməlidir. Əkinlərin gecikdirilməsi qarabaşağın məhsuldarlığını əhəmiyyətli dərəcədə
aşağı salır. Hədsiz erkən səpinlər yaz şaxtalarından, lakin gecikmiş əkinlər isə istilər və quraqlıqdan
əziyyət çəkir. Hesab edilir ki, orta və gec yetişən sortlar daha erkən müddətdə, ancaq tez yetişənlər
isə bir qədər gec əkilsin.
Qarabaşaq adi cərgəvi (cərgəarası 15 sm) və gencərgəli (cərgəarası 45 sm) üsulla səpilir. Çox
alaqlanmış və nəmlik az olan yerlərdə gencərgəli üsul səmərəlidir.
Səpin üsulunun səmərəsinə
çoxsaylı faktorlar – torpağın münbitliyi, qranulometrik tərkibi, alaqlarla zibillənmə səviyyəsi, səpin
müddəti və s. təsir göstərir.
Yüngül torpaqlarda adi cərgəvi səpinlər üçün az budaqlanan tezyetişən sortlar tətbiq olunur.
Səpin norması torpaq-iqlim şəraitindən, səpin müddəti və üsulundan, sortun xüsusiyyətindən
və becərilmə texnologiyasından asılıdır. Optimal səpin norması nəmliyi
kifayət qədər olan boz
torpaqlarda adi cərgəvi üsulda hektara 4,5-5,0 mln., gencərgəlidə 2,5-3,0 mln., nəmlik çatışmayan
qara və şabalıdı torpaqlarda adi cərgəvi üsulda 2,5-3,5 mln., gencərgəli üsulda isə 1,5-2,5 mln.
cücərmə qabiliyyətli toxum (70-100 kq) götürülür.
Toxumlar nəmişli və ağır torpaqlarda 4-5 sm, qranulometrik tərkibi yüngül olar torpaqlarda
isə 6-8 sm dərinlikdə basdırılır.
Dostları ilə paylaş: