Q. Y. MƏMMƏdov m. M. İSmayilov b I t k I Ç İ L i K



Yüklə 7,47 Mb.
Pdf görüntüsü
səhifə182/418
tarix05.12.2023
ölçüsü7,47 Mb.
#138344
1   ...   178   179   180   181   182   183   184   185   ...   418
05 08 2021 12 21 57 119 7828561 Bitkiçilik = 2012

Bioloji xüsusiyyətləri. 
Qarabaşağın toxumu 7-8 
0
C temperaturda cücərmə qabiliyyətinə 
malikdir. Yaxşı çıxışlar 15 
0
C-də 7-8 günə alınır. Yazda temperaturun – 2 
0
C-yə enməsi bitkini 
məhv edir. 12-13 
0
C-dən aşağı temperaturda qarabaşaq pis inkişaf edir. 25 
0
C-dən yuxarı temperatur 
çiçəkləmə fazasında bitkiyə öldürücü təsir göstərir. Qarabaşaq 20 
0
C temperaturda daha yaxşı 
inkişaf edir. 
Qarabaşaq nəmlik sevən bitki kimi darıya nisbətən 2-3 dəfə artıq su buxarlandırır. Nəmliyin 
çatışmamasına xüsusən çiçəkləmə və meyvə əmələ gətirmə dövründə tələbatı artır. Qarabaşaq 
vegetasiya dövründə buğdadan iki dəfə və darıdan üç dəfə artıq su sərf edir. Cücərtilər əmələ 
gəldikdən çiçəkləməyə qədər qarabaşaq nəmliyə olan ümumi tələbatının 10-11%-ni, yetişməyə 
qədər isə 85-90%-ni istifadə edir. Vegetasiya müddətində yağıntıların çox düşməsi xüsusən 
vegetasiyanın birinci yarısında vegetativ kütlənin güclü inkişaf etməsinə və dən məhsulunun aşağı 
düşməsinə səbəb olur. Toxum öz kütləsinin 40-50%-i qədər nəmlik qəbul etdikdən sonra cücərmə 
qabiliyyətinə malik olur. Transpirasiya əmsalı 500-600 arasında dəyişir. 
Qarabaşaq bitkisində daha yüksək məhsuldarlıq isti və mülayim nəmişli illərdə qeydə alınır. 
Çiçəkləmə və meyvə əmələ gəlmə dövründə hava şəraitinin isti və quraq keçməsi və torpaqda 
nəmliyin kifayət qədər çatışmaması bitkinin məhsuldarlığına mənfi təsir göstərir.
Qarabaşaq qısa gün bitkisidir. Onun ən yaxşı boy və inkişafı sutkada 19 saatlıq işıqlı gün 
uzunluğunda gedir. Qısa gün və gecikmiş səpinlərdə qarabaşağın vegetasiya müddəti qısalır və qısa 
boylu bitkilər alınır. Meyvə əmələ gələn dövrdə qarabaşaq işıqlanmaya yüksək tələbat göstərir. 
Azot gübrəsinin dozasını və toxumun səpin normasını müəyyən edərkən bu xüsusiyyəti nəzərə 
almaq zəruridir. Hədsiz qidalanma və nəmlik şəraitində yüksək səpin norması zamanı bitkilərin bir 
birini kölgələndirməsi və dən məhsulunun kəskin azalması müşahidə edilir.
Qarabaşaq müxtəlif torpaqlarda yaxşı bitir. Onun vahid sahədəki kök kütləsi buğdadan 2,4, 
arpadan isə 1,6 dəfə geri qalır, lakin uduculuq qabiliyyəti, əksinə, buğdanı 2,7 və arpanı 5,5 dəfə 
ötüb keçir. Bütün tarla bitkilərindən qarabaşaq daha çox üzvi turşu – 1 qram quru maddəyə 7,01 mq 
turşu (qarğıdalı -1,038 mq.) sintez etmək qabiliyyətinə malikdir. Qarabaşaq torpaqdan qida 
elementlərini digər taxıl bitkilərindən daha yaxşı mənimsədiyinə görə asan həll olan birləşmələrə 
tələbatı azdır. Bir gündə qarabaşaq 1 qram kök hesabına 33,8 mq qida elementi mənimsəyir, 
payızlıq buğda – 4,9, çovdar - 4,8, arpa - 7,0, vələmir - 2,8, darı -22,0 mq. Qarabaşaq nəmlik tutumu 
və havalanması yaxşı olan münbit torpaqlarda yaxşı inkişaf edir. Qranulometrik tərkibi ağır olan 
əhənglənmiş torpaqlara pis reaksiya göstərir. Bu bitki torpağın yüksək turşuluğuna dözür, lakin zəif 
turş və neytrala yaxın (pH=5,0-6,5) torpaqlarda yüksək məhsul verir. Hədsiz nəmlənmiş çökəkliyi 
olan torpaqları sevmir. 
Çıxışlar alınandan qönçələmə fazasına qədər qarabaşaq tədricən inkişaf edir, qönçələmədən 
toxumların qonurlaşmasına qədər çox intensiv gedir ki, bu dövrdə quru maddənin ümumi hissəsinin 
70% toplanmış olur. Bu dövrdə qarabaşağın qida elementlərinə tələbatı artır. Bir ton dən məhsulu 
və ona müvafiq küləşlə qarabaşaq torpaqdan 44 kq azot, 30 kq fosfor, 75 kq kalium aparır. Mineral 
maddələrin intensiv mənimsənilməsinə görə qarabaşaq digər kənd təsərrüfatı bitkilərini əhəmiyyətli 
dərəcədə ötüb keçir, onun kök sisteminin həll etmə qabiliyyəti payızlıq çovdar və yazlıq buğdaya 
nisbətən müvafiq olaraq 12 və 23 dəfə çoxdur. Qida maddələrini bir bərabərdə mənimsəmir
səpindən 45 gün keçdikdə 61% azot, 48% fosfor və 62% kalium sərf edir.
Vegetasiyanın başlanğıc dövründə qarabaşaq azotu daha fəal udur (mənimsəyir), istifadə 
olunan azot vegetativ və generativ orqanların formalaşmasına sərf olunur. Fosforun çox yarısını 
bitki qönçələmə, çiçəkləmə və dən əmələ gəldiyi dövründə istifadə edir, lakin kaliuma daha çox 
tələbatı qönçələmə və kütləvi çiçəkləmə fazasındadır. 
Qarabaşağın boy və inkişafı özünə məxsusdur. Çıxışlardan savayı bütün fazaların düzülüşü 
biri digərinə eyni müddətdə keçir,
və məhsul yığımına qədər davam edir. Vaxta görə onlara ciddi
hədd qoymaq olmaz, amma yalnız fazanın əvvəlində və onun kütləvi başlamasında qeyd etmək 
mümkündür. Bitki yetişmə fazasında daha yüksək hündürlüyə çatır. Səpin dövründən məhsul 
yığımına qədər qarabaşaq bitkisi aşağıdakı inkişaf fazalarını keçir.


177 
Çıxışlar
boy və inkişafın birinci fazasıdır. Torpağa səpilmiş toxum 3-5 gündən sonra şişir və 
cücərir, lakin çıxışlar (ləpə yarpaqlar) ləpəaltı dizciyin böyüməsi sayəsində 8-10 gündən sonra 
alınır. 
Çıxışlar əmələ gəldikdən 8-11 gün sonra, həqiqi ikinci yarpaq əmələ gəldikdə 
budaqlanma
fazası başlayır. Birinci və ikinci yarpaq qoltuqlarındakı tumurcuqlardan birinci sıra zoğların təməli 
qoyulur. Deməli hamaşçiçəyi formalaşdıran birinci düyün (buğum) əmələ gələnə qədər növbəti 
buğum arlarının əmələ gəlməsi ilə gövdədə bir-birinin ardınca birinci sıra yeni zoğlar əmələ gəlir. 
Belə ki, buna oxşar gövdənin ikinci sıra budaqlanması törəyir. Kifayət qədər nəmlik olduqda 
budaqlanma vegetasiyanın sonuna qədər davam edir. 
Budaqlanmanın əvvəlindən 5-6 gün keçdikdən sonra 
qönçələmə 
fazası başlayır. Gövdənin 
birinci hamaşçiçəyində, vegetasiya dövrünün sonunu sübut edən qönçə əmələ gəlir. İkinci və 
üçüncü sıra budaqlarda qönçələrin əmələ gəlməsi vegetasiya dövrünün sonuna qədər davam edir.
Çıxışlar alındıqdan 25-30 gün sonra 
çiçəkləmə
fazası başlayır və 20-40 gün davam edir. 
Çiçəkləmənin davam etməsi başlıca olaraq hava şəraiti ilə müəyyən edilir, quraq havada o azalır, 
lakin isti və nəmişli şəraitdə artır. Birinci çiçək budağın aşağı hamaşçiçəyində açılır, yan budaqlarda 
çiçəkləmə 4-8 gündən sonra başlayır. Çiçəyin açılması prosesi 5-10 dəqiqə davam edir, lakin o açıq 
vəziyyətdə 7-10 saat qalır. Əgər tozlanma (mayalanma) baş veribsə, onda çiçək örtülür. Əlverişsiz 
hava şəraiti (quraqlıq) çiçəkləməni dayandıra bilər, lakin əlverişli şərait (atmosfer çöküntüləri) 
yenidən çiçəkləməyə səbəb ola bilər. Beləliklə qarabaşağın uzun müddət çiçkləməsi, onun 
uyğunlaşmış xarakterlərindən biridir. O elə bil ki, meyvələrin formalaşması üçün əlverişli şərait 
gözləyir.
Meyvə əmələgəlmə və yetişmə, eləcə də çiçəkləmə bir bitkinin timsalında 30-45 gün davam 
edir. Eyni müddətdə bitkidə yetişmiş, yetişməyən və süd yetişkənlik vəziyyətində meyvələr, eləcə 
də çiçəklər və qönçələr olur. Qarabaşaqda generativ orqanların böyük hissəsi məhv olur. İstilər və 
quraqlıq, yağışlar və çiskinlər, küləklər və temperaturun kəskin aşağı enməsi mayalanmanı pozur, 
dənin dolması və dən məhsulunun aşağı düşməsinə gətirib çıxarır. 
Çiçəkləmənin başlanğıcından 25-30 gün keçəndən sonra plastik maddələrin meyvələrə 
(nəmlik 35-40%) daxil olması dayanır, onlar bərkiyir, sorta xarakter olan rəng əldə edirlər. Yetişmə 
fazasını bitkilərdə meyvələrin 75%-dən az olmayaraq qonurlaşması müəyyənləşdirir. 

Yüklə 7,47 Mb.

Dostları ilə paylaş:
1   ...   178   179   180   181   182   183   184   185   ...   418




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin