Q. Y. MƏMMƏdov m. M. İSmayilov b I t k I Ç İ L i K


Azərbaycanda rayonlaşdırılmış sortları



Yüklə 7,47 Mb.
Pdf görüntüsü
səhifə183/418
tarix05.12.2023
ölçüsü7,47 Mb.
#138344
1   ...   179   180   181   182   183   184   185   186   ...   418
05 08 2021 12 21 57 119 7828561 Bitkiçilik = 2012

Azərbaycanda rayonlaşdırılmış sortları: 
– Krupınka
Növbəli əkində yeri. 
Qarabaşağın məhsuldarlığı başdan-başa becərilən bitkilərdən, payızlıq 
taxıllardan və dənli-paxlalılardan sonra yazlıq taxıllara nisbətən 15%-dən 40%-ə qədər artır. 
Növbəli əkində qarabaşağı nematodlarla zədələnmiş vələmirdən, arpadan, darıdan, kartofdan və 
təkrarən qarabaşaqdan sonra yerləşdirdikdə onun məhsuldarlığı kəskin aşağı düşür. 
Payız isti, gecələr uzun və yağıntının miqdarı artıq olduqda qarabaşağı kövşənlik əkinlərində 
becərmək daha faydalıdır. Özünün bioloji xüsusiyyətlərinin gücünə görə qarabaşaq əksər tarla 
bitkiləri üçün yaxşı sələfdir. Səpinlərin gec aparılması və vegetasiyanın əvvəlində tez boy atması 
sayəsində qarabaşaq tarlanı müqayisəli dərəcədə alaq otlarından təmiz saxlayır. Bu bitki torpağın 
fiziki-mexaniki xassəsini yaxşılaşdırır və dənli bitkilərin kök çürüməsi ilə zədələnməsinin 
azalmasına səbəb olur.
Qarabaşaq əkinlərini meşə və torpaqqoruyucu (tarlaqoruyucu) meşə zolaqlarına yaxın əkmək 
çox səmərəlidir. Ona görə ki, əkinlər küləkdən yaxşı qorunur, torpaqda yüksək nəmlik və hava olur, 
bundan əlavə həşəratlar çox olduğundan tozlanma yaxşı gedir. 
Torpağın becərilməsi.
Qarabaşağın bioloji xüsusiyyətlərini nəzərə alaraq torpağın 
becərilməsi sistemi bitkinin boy və inkişafına optimal şərait yaradılmasına, nəmliyin toplanması və 
saxlanmasına, alaqlarla, zərərverici və xəstəliklərlə mübarizəyə və torpağın münbitlik səviyyəsinin 
yüksəldilməsinə yönəldilməlidir. Torpağın becərilməsi sistemi torpaq-iqlim və hava şəraitindən,
sələflərdən, tarlanın alaqlarla zibillənmə səviyyəsindən və digər şərtlərdən, əsas səpin qabağı 
becərmələrdən asılıdır.
Torpağın əsas becərilməsinin üsulu və müddəti başlıca olaraq əsasən sələflərdən asılıdır. 
Qarabaşaq taxıllardan sonra yerləşdirildikdə torpağın becərilməsi sələf bitkisi yığıldıqdan sonra 


178 
dərhal kövşənliyin diskli alətlərlə 6-8 sm dərinliyində, lakin köküpöhrəli alaqlarla zibilləndikdə 
gavahınlı üzləyicilərlə 10-12 sm dərinliyində üzləmənin aparılmasından ibarətdir. Alaq otlarının 
cücərtiləri göründükdə payız şumu (20-22 sm yaxud 25-27 sm dərinliyində) qaldırılır. Cərgə araları 
becərilən bitkilərdən sonra torpağın əsas becərilməsi diskləmədən yaxud şumlamaqdan ibarətdir. 
Müəyyən edilmişdir ki, erkən şum, torpağın yarım herik becərməsi qarabaşağın daha yüksək 
məhsuldarlığını təmin edir. Qarabaşaq əkinləri üçün yaz şumu yol verilməzdir.
Yaz becərmələri torpaq fiziki yetişkənliyə çatdıqda şumun malalanması ilə başlanılır. Bu 
əməliyyatı çox qısa müddətdə yerinə yetirmək zəruridir, belə ki, bu müddətdə torpaqdan orta 
gündəlik nəmlik itkisi hektardan 40-100 m
3
təşkil edir. Birinci kultivasiya erkən səpilən dənli 
bitkilərlə eyni vaxtda 10-12 sm dərinliyində aparılır. Bu torpağın isinməsinə və alaq otlarının 
cücərməsinə şərait yaradır. İkinci səpinqabağı kultivasiya səpindən əvvəl toxumun basdırılma 
dərinliyində həyata keçirilir. Şiddətli leysan yağışlar düşdükdə torpaqda əmələ gələn qaysaq əlavə 
olaraq malalama ilə kultivasiya aparılaraq dağıdılır.
Qarabaşağın qida elementlərinə yüksək tələbatı vegetativ kütlənin intensiv artması, generativ 
dövrün tez zahir olması, çiçəkləmənin davam edərək çoxlu miqdarda əmələ gəlməsi və vegetativ 
orqanların formalaşması ilə əlaqədardır. 

Yüklə 7,47 Mb.

Dostları ilə paylaş:
1   ...   179   180   181   182   183   184   185   186   ...   418




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin