180
Qarabaşaq bitkidə meyvələrin 67-75%-i qonurlaşdıqda hissə-hissə üsulla yığılır. Bütün
meyvələrin hamısının qonurlaşmasına qədər hektardan 4 sentner məhsul itirilir. Qarabaşağın
biçilməsi axşam və səhər saatlarında nisbi rütubət 55%-dən az olmadıqda həyata keçirilir.
Bitki
JVN-6 aqreqatı ilə biçilir. Dənin nəmliyi aşağı düşdükdə (2-4 gündən sonra), yəni 14-16%-ə
çatdıqda dənin döyülməsinə başlanılır. Uzun müddət qurudulma yolverilməzdir, belə ki, artıq
qurudulmuş
meyvələr asan tökülür, beləliklə böyük məhsul itkisi yaranmış olur. Əgər bərabər və
qısaboylu tezyetişən sortlar əkilibsə onda qarabaşağı birbaşa yığmaq mümkündür.
Tapşırıq və yoxlama sualları -15
1.
Qarabaşaq bitkisinin bioloji xüsusiyyətlərini göstərin.
2.
Qarabaşağın inkişaf fazalarını sadalayın.
3.
Qarabaşaq çiçəklərinin quruluş xüsusiyyətləri necədir?
4.
Qarabaşağın daha çox yayılmış sortlarını göstərin.
5.
Qarabaşaq
əkinlərinin səpin müddəti, üsulu və norması necədir?
6.
Qarabaşağın yığım müddətləri və üsullarından danışın.
FƏSİL. 16. DƏNLİ – PAXLALI BİTKİLƏR
Dənli-paxlalı bitkilər qrupuna nохud, nut, lobya, mərcmək, yem paxlası, lərgə, soya, viqna
(inəknoxudu), lüpin (acıpaxla), araxis, dolixos, gülül, göyərçin noxudu, kanavaliya və s.daxildir.
Əvvəlki ədəbiyyatlarda (Н. А. Минкевич, 1968) Göyərçin noxudu (
Dostları ilə paylaş: