Q. Y. MƏMMƏdov m. M. İSmayilov b I t k I Ç İ L i K



Yüklə 7,47 Mb.
Pdf görüntüsü
səhifə222/418
tarix05.12.2023
ölçüsü7,47 Mb.
#138344
1   ...   218   219   220   221   222   223   224   225   ...   418
05 08 2021 12 21 57 119 7828561 Bitkiçilik = 2012

Botaniki təsviri. 
Çuğundur cinsi – 
Beta
tərəçiçəklilər (
Chenopodiaceae
) fəsiləsinə aid 
birillik, ikiillik və çoxillik bitkidir. 14 yabanı və 1 mədəni növü məlumdur.
Adi çuğundur növü (
Beta vulgaris
) bir neçə yarımnövü, o cümlədən bütün birillik və iki illik 
çuğundur formalarını (
ssp. Vulgaris L.
) özündə toplayan polimorf növdür. Öz nöbəsində bu 
yarımnöv növmüxtəlifliyinə bölünür: şəkər çuğunduru (
v. saccharaifera
), mətbəx çuğunduru (
v. 
esculenta
), yem çuğunduru (
v.crassa
) və yarpaq çuğunduru (
v. cicla
). Çuğundur ikiillik bitki 
olduğu üçün birinci ili yarpaq və şirəli kökümeyvə əmələ gətirir, ikinci ili isə zoğ verərək çiçəkləyir 
və meyvəsini (toxum) verir. Bəzən həyatının birinci ilində çiçək verən bitkilərə də təsadüf edilir. 
Belə halda adətən yarovizasiya və işıq mərhələsini birinci ildə keçirən bitkilərə də rast gəlinir. 
Mədəni çuğundurun kökümeyvəsi iri olub 2-8 kq şəkərliyi 18-20%, bəzən də 24-25% olur. 
Meyvəkök ağ rəngli və konus şəkillidir. Meyvəkök üç hissədən ibarətdir: a) yarpaq rozetinin 
yerləşdiyi - 
başcıq
b) tumurcuqları və yan kökləri olmayan- 
boyuncuq;
c) yan köklərin meyvəyə 
birləşdiyi ən aşağı hissə-
quyruqcuq.
Həyatının birinci ili şəkər çuğunduru qalınlaşmış kökümeyvə ilə birlikdə çoxlu (60-90) 
kökətrafı yarpaq rozetlərindən ibarət saplaqlı yarpaqlar əmələ gətirir ki, bir bitkidə onların səthi 
3000 sm
2
-ə çatır. 
Yaşlı bitkinin kökü həyatının birinci ili 3 metr dərinliyə və ətrafa isə 60 sm yayılan uzun kök 
telləri (3 mm) əmələ gətirir. 
Cücərti fazasında ləpə yarpaqlardan sonra həqiqi yarpaqlar əmələ gələnə qədər şəkər 
çuğundurunun ilk kökü 12-15 sm, lakin birinci cüt həqiqi yarpaq əmələ gəldikdə isə 30 sm-ə qədər 
torpağın dərinliyinə işləyir. Bu dövrdən ilkin floema peritsikl və parenxim hüceyrələrin bölünməsi 
nəticəsində əsas kök qalınlaşmağa başlayır. Kökün ilk qabığı üç cüt həqiqi yarpaq fazasında 
partlayır, qabıq çıxır və mantar toxumaları ilə əhatə olunmuş ikinci qabıqla əvəz olunur. Sonradan 
yarpaqlar miqdarı artdıqca əsas kök (kökümeyvə) yoğunlaşır və böyüyür. 
Ardıcıl surətdə biri-birini əvəz edən bir neçə kambi halqalı damarlı-lifli dəstənin fəaliyyəti 
nəticəsində kökümeyvə formalaşır. Bu halqalar arasında hüceyrələrində şəkərin əsas kütləsi 
toplanan parenxim toxumalar artır. 


204 
Yüksək aqrotexnika səviyyəsində çuğundurda parenxim toxumalar güclü inkişaf edir ki, 
nəticədə daha iri və ağır kütləli kökümeyvə əmələ gəlir. 
Yarpaq ayası enli, saplaqları isə uzun olur. Hər bitkidə 50-80 ədəd yarpaq əmələ gəlir. 
Yarpağın ömrü 25-70 gün arasında dəyişir. İlk dəfə əmələ gələn yarpaqların həyat fəaliyyəti daha 
uzun olur. İlk yarpaqların ayası dəyirmi, sonrakılar isə uzunsov-ürəkvarı olur. Bitkinin həyatının 
ikinci ilində kökümeyvədə əvvəlcə rozet yarpaqlar, sonralar isə yarpaqlı zoğlar əmələ gəlir. Zoğun 
aşağı hissəsində yarpaqlar iri yuxarı hissəsində isə xırda olur. Çiçəkləri ikicinsli qruplarda 
toplanmışdır. Hər qrupda 2-6 çiçək olur. Hər çiçəkdə 5 ləçək, 5 erkəkcik vardır. Dişiciyin ağızı 
üçdilimlidir. Erkəkciklər tez yetişdiyindən çarpaz tozlanırlar. 
Çuğundurun meyvəsi xırda qozcuqdur. Yetişən zaman meyvələr bir-biri ilə birləşərək kələfcə 
əmələ gətirirlər. Hər kələfdə 2-6 toxum yerləşir. Meyvənin mütləq kütləsi 20-50 qram arasında 
dəyişir. Toxumları böyrəkşəkilli və parlaqdır. Toxumluq kələfcələr kələ-kötür, qonuru-sarı rəngli 
olur. Toxum rüşeymdən və ehtiyat qida maddələrindən ibarətdir. 
Toxum rüşeym şəklində bükülmüş 
halqa olur. 
Rüşeym kökcükdə
n
iki ləpədən və ləpəaltı dizcikdən (gələcək boyuncuq) ibarətdir. Yəni 
ləpəalti dizcik toxumla kökcük arasında yerləşir.

Yüklə 7,47 Mb.

Dostları ilə paylaş:
1   ...   218   219   220   221   222   223   224   225   ...   418




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin