Q. Y. MƏMMƏdov m. M. İSmayilov b I t k I Ç İ L i K



Yüklə 7,47 Mb.
Pdf görüntüsü
səhifə230/418
tarix05.12.2023
ölçüsü7,47 Mb.
#138344
1   ...   226   227   228   229   230   231   232   233   ...   418
05 08 2021 12 21 57 119 7828561 Bitkiçilik = 2012

Məhsulun yığılması

Şəkər çuğundurunda şəkər toplanması havanın orta sutkalıq 
temperaturu 6-8 
0
C-yə enənə qədər davam edir. Respublikamızda belə temperatur noyabr ayının bi-
rinci yarısında müşahidə olunur. Ona görə də şəkər çuğundurunun yığımına oktyabr ayının sonunda 
başlanmalı və noyabr ayının 10-a kimi başa çatdırılmalıdır. Vegetasiyanın sonuna yaxın 
yarpaqlardakı qida maddələri kökümeyvəyə axır və yarpaqlar tədricən saralıb quruyur. Yığım 
texniki yetişkənlik 
dövründə,
yəni kökümeyvələrdə şəkər faizi ilə əlaqədar aparılır. Əgər tarlada 
yaşıl yarpaqlı massivlər olarsa yığımı gecikdirmək lazımdır.
Məhsul üçcərgəli kombaynla CKEM-3 və ya altıcərgəli BM-6A, KS-6, RKS-6 markalı 
kombaynla yığılır. Kombayn çuğunduru çıxarıb sirkələyərək torpağını tökür, yarpaqlarını kökdən 
ayırıb hər birisini ayrılıqda xırda tığlara yığır. 
Şəkər çuğunduru toxumunun becərilmə texnologiyası.
Şəkər çuğunduru toxumu iki üsulla: 1- kökümeyvəni torpaqdan çıxarıb qışda xüsusi 
xəndəklərdə üstünü örtməklə saxlayıb, yazda yenidən torpağa basdırmaqla toxum alma. 2- 
kökümeyvəni torpaqdan çıxarmadan birbaşa toxum alma.
Birinci üsul ilə toxum almaq üçün iki il tələb olunur. Birinci ili yazın sonunda, yayın 
başlanğıcında çuğundur toxumu səpilir və çıxış alındıqdan sonra qışa qədər adi şəkər çuğunduru 
əkinlərində olduğu kimi becərilir. Payızın sonunda kökümeyvələri torpaqdan çıxararaq sağlamları 
xüsusi xəndəklərə yığılır üzəri kövşən və torpaqla örtülərək yaza qədər saxlanılır.
Yazda kökümeyvələr xəndəklərdən çıxarılaraq əvvəlcədən hazırlanmış sahəyə 60 x 25 + 1, 60 
x 30 + 1 sxemi ilə basdırılaraq suvarılır. Bundan sonrakı qulluq işləri cərgəaralarının becərilməsi, 
suvarmalar, yemləmə gübrəsinin verilməsi, alaqlar, zərərvericilər və xəstəlik törədicilərinə qarşı 
mübarizə tədbirlərindən ibarətdir. Bu üsul çoxlu zəhmət tələb edən mürəkkəb bir prosesdir və 
əməliyyatların miqdarı hədsiz çoxdur. 
İkinci üsul isə sadədir. Burada aparılan əməliyyatların miqdarı üç dəfə azdır. ABŞ – da, 
Bolqariyada, Cənubi Ukraynada, Şimali Qafqazda, Orta Asiya ölkələrində və Azərbaycanda yalnız 
bu üsulla toxum alınır.
İkinci üsulla toxum aldıqda anac bitkilər tarla şəraitində qışlayır və hektardan 25 sentnerə 
qədər keyfiyyətli toxum məhsulu götürmək mümkün olur. Bu üsulda toxum almaq üçün payızlıq 
buğda, birillik dənli-paxlalı bitkilər, silosluq qarğıdalıdan sonra gübrə verilərək keyfiyyətli şum 
qaldırılır, səpinə ən azı bir ay qalmış şum suvarılır. Alaq otları və sahəyə tökülmüş buğda toxumları 
cücərdikdən sonra sahə çizel kultivatoru, yastıkəsən pəncəli kultivator və yaxud laydırlı 
üzləyicilərlə 10-12 sm dərinliyində becərilir. Səpinə qədər tarlaya mala çəkilir və sonradan yüngül 
mala çəkilir.
Səpin avqustun axırı və sentyabrın əvvəllərində aparılır. Toxumluq çuğundur cərgəarası 60 sm 
olmaqla nöqtəvi üsulda bir metrdə 25-30 ədəd yaxud hektara 12-15 kq normasında toxum 
səpilməklə həyata keçirilir.


211 
Səpin CCT – 8, CCT – 12A, CCT – 12B markalı aqreqatlarla, onlar olmadıqda tərəvəz və 
pambıq səpən maşınlarla aparılır. Səpindən sonra sahə şırımlarla suvarılır. Bitki sıxlığı cərgələrdə 
hər paqonmetrdə 10-15 ədəddən çox olmamalıdır. Sıxlıq artıq olduqda seyrəltmə aparılmalı və 
üçüncü həqiqi yarpaq fazasına qədər başa çatdırılmalıdır.
Payızda kultivasiya çəkilməli, alaqlar təmizlənməli və tarla suvarılmalıdır. Qışqabağı 
bitkilərin dibi doldurulmalıdır. Erkən yazda azot gübrəsi ilə yemləmə aparılmalı, cərgə araları 
yumşaldılaraq suvarma şırımları açılmalı və sahə suvarılmalıdır. Növbəti suvarmalar gövdələmə, 
çiçəkləmə fazalarında və toxum dolmağa başladıqda həyata keçirilməlidir. Alaqlara, zərərvericilər 
və xəstəlik törədicilərinə qarşı mübarizə tədbirləri şəkər çuğundurunu texniki məqsədlə becərdikdə 
olduğu kimidir. 
Traktorun sahədə hərəkəti mümkün olduqda cərgəarası becərmə aparmalı, axırıncı 
becərmədən sonra suvarma şırımları açılmalıdır. Toxum yetişməsini sürətləndirmək üçün sahədə 
kimyəvi ucvurma aparılmalıdır. Bunun üçün çiçəkləmə fazasının başlanğıcında TUR preparatının 
0,002%-li işçi məhlulu hazırlanaraq traktor çiləyiciləri ilə sahəyə çilənir. Ucvurmanın aparılması 
toxum məhsuldarlığını hektardan 3-4 sentnerə qədər artırır.
Gövdənin əsas hissəsində (30-40%) meyvəyanlığı qonur rəng aldıqda və ya orta hissədən 
götürülmüş toxum konsistensiyası ağ və un kimi olduqda hissə-hissə üsulla yığılmalıdır.
Bitkilər əvvəlcədən 15-20 sm hündürlüyündə JRB – 4,2 markalı maşınla cərgələrə sərilir və 
gövdələr quruduqdan sonra PTP – 3 tipli təchiz edilmiş, özü hərəkət edən SK – 5 kombaynları ilə 
döyülür.
Döyüm zamanı toxumun zədələnməməsi üçün barabanın dövrlər sayı 550-600 olmalı, 
barabanla deka arası məsafə artırılmalı və havalanma qapaqları bağlanmalıdır ki, toxumu sovurub 
aparmasın. Döyüləcək kütlə çox qurudulmamalıdır, əkc halda çox qurumuş gövdə və digər 
vegetativ orqanlar döyüm zamanı ovxalanır və toxum çətin ayrılır. Biçin yalnız axşam və səhər 
saatlarında aparılmalıdır.
Döyülmüş toxum kütləsi asfalt meydançalarda 250 sm – lik təbəqədən artıq olmayaraq 
yayılmalı, 1-2 gün qurudulmalı və gün ərzində iki dəfə qarışdırılmalıdır. Nəmliyi 14%-ə çatmış 
toxum təmizləndikdən sonra kisələrə qablaşdırılaraq saxlama yerlərinə daşınmalıdır. Saxlama 
yerlərinin havalandırılması həyata keçirilməlidir. 

Yüklə 7,47 Mb.

Dostları ilə paylaş:
1   ...   226   227   228   229   230   231   232   233   ...   418




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin