211
Səpin CCT – 8, CCT – 12A, CCT – 12B markalı aqreqatlarla, onlar olmadıqda tərəvəz və
pambıq səpən maşınlarla aparılır. Səpindən sonra sahə şırımlarla suvarılır. Bitki sıxlığı cərgələrdə
hər paqonmetrdə 10-15 ədəddən çox olmamalıdır. Sıxlıq artıq olduqda seyrəltmə aparılmalı və
üçüncü həqiqi yarpaq fazasına qədər başa çatdırılmalıdır.
Payızda kultivasiya çəkilməli, alaqlar təmizlənməli və tarla suvarılmalıdır. Qışqabağı
bitkilərin dibi doldurulmalıdır. Erkən yazda azot gübrəsi ilə yemləmə aparılmalı, cərgə araları
yumşaldılaraq suvarma şırımları açılmalı və sahə suvarılmalıdır.
Növbəti suvarmalar gövdələmə,
çiçəkləmə fazalarında və toxum dolmağa başladıqda həyata keçirilməlidir. Alaqlara, zərərvericilər
və xəstəlik törədicilərinə qarşı mübarizə tədbirləri şəkər çuğundurunu texniki məqsədlə becərdikdə
olduğu kimidir.
Traktorun sahədə hərəkəti mümkün olduqda cərgəarası becərmə aparmalı, axırıncı
becərmədən sonra suvarma şırımları açılmalıdır. Toxum yetişməsini sürətləndirmək üçün sahədə
kimyəvi ucvurma aparılmalıdır. Bunun üçün çiçəkləmə fazasının başlanğıcında TUR preparatının
0,002%-li işçi məhlulu hazırlanaraq traktor çiləyiciləri ilə sahəyə çilənir. Ucvurmanın aparılması
toxum məhsuldarlığını hektardan 3-4 sentnerə qədər artırır.
Gövdənin əsas hissəsində (30-40%) meyvəyanlığı qonur rəng aldıqda və ya orta hissədən
götürülmüş toxum konsistensiyası ağ və un kimi olduqda hissə-hissə üsulla yığılmalıdır.
Bitkilər əvvəlcədən 15-20 sm hündürlüyündə JRB – 4,2 markalı maşınla cərgələrə sərilir və
gövdələr quruduqdan sonra PTP – 3 tipli təchiz edilmiş, özü hərəkət edən SK – 5 kombaynları ilə
döyülür.
Döyüm zamanı toxumun zədələnməməsi üçün barabanın dövrlər sayı 550-600 olmalı,
barabanla deka arası məsafə artırılmalı və havalanma qapaqları bağlanmalıdır ki, toxumu sovurub
aparmasın. Döyüləcək kütlə çox qurudulmamalıdır, əkc halda
çox qurumuş gövdə və digər
vegetativ orqanlar döyüm zamanı ovxalanır və toxum çətin ayrılır. Biçin yalnız axşam və səhər
saatlarında aparılmalıdır.
Döyülmüş toxum kütləsi asfalt meydançalarda 250 sm – lik təbəqədən artıq olmayaraq
yayılmalı, 1-2 gün qurudulmalı və gün ərzində iki dəfə qarışdırılmalıdır. Nəmliyi 14%-ə çatmış
toxum təmizləndikdən sonra kisələrə qablaşdırılaraq saxlama yerlərinə daşınmalıdır.
Saxlama
yerlərinin havalandırılması həyata keçirilməlidir.
Dostları ilə paylaş: