Q. Y. MƏMMƏdov m. M. İSmayilov b I t k I Ç İ L i K



Yüklə 7,47 Mb.
Pdf görüntüsü
səhifə231/418
tarix05.12.2023
ölçüsü7,47 Mb.
#138344
1   ...   227   228   229   230   231   232   233   234   ...   418
05 08 2021 12 21 57 119 7828561 Bitkiçilik = 2012

17.2. Yemlik kökümeyvəlilər 
Yem çuğunduru, turneps (yem turpu), şalğam, yerkökü şirəli, tez həzmə gedən və yaxşı dad 
keyfiyyətinə malik yemdir. Yemlik kökümeyvəlilər iribuynuzlu südlük mal-qara üçün südqovucu 
hesab edilir. Bu qrup bitkilər kimyəvi tərkibinə görə karbohidratlı yemlərə aiddir. Zootexniki 
normaya görə hər 100 qram xam zülalın tərkibində 120-150 qram sulu karbonlar olmalıdır. Ancaq 
payız və yaz keçid dövründə bu nisbət tez-tez pozulur. Kökümeyvələrdə mineral və amin turşuların 
tərkibi əlverişlidir. Onların külünün tərkibində orta hesabla 3,4% kalium, 1,1% fosfor, 0,7% 
kalsium və 0,35% maqnezium vardır. Bundan əlavə kobalt, mis, sink, manqan kimi 
mikroelementlər də buraya daxildir. Kökümeyvələrdə zülalın miqdarı az – 2,0-2,5%, lakin 
əvəzedilməz amin turşularının – lizin, metionin, argininin miqdarı müqayisəli dərəcədə çoxdur. Bu 
bitkilərin yarpaqları kökümeyvəyə nisbətən vitaminlər və quru maddələrlə zəngindir, təzə və 
siloslaşmış halda istifadə üçün yararlıdır, eləcə də ot unu və qranul (dənəvər) üçün xam mal 
qismində istifadə edilir.
Cədvəl 43 
Kökümeyvəlilərin yemlik xarakteristikası 
 
Kökümeyvəlilər 
Bir ton kökümeyvədə miqdarı 
Bir ton yarpaqda miqdarı 
yem vahidi 
xam zülal, kq 
yem vahidi 
xam zülal, kq 
Yem çuğunduru 
120 
20-22 
100 
40-42 
Yerkökü 
140 
20-22 
170 
50 


212 
Şalğam 
130 
20-22 
100 
32 
Turneps
90 
15 
110 
32 
Kökümeyvələr və yarpaqlar C, B, B
1
, B
2
, PP vitaminləri və karotinlə zəngindir. Bir kq şalğam 
kökümeyvəsinin xam kütləsində 310-470 mq karotin (yerkökü 104-260 mq); bir kq şalğam və 
turnepsin yarpaqlarının yaşıl kütləsində C vitamininin miqdarı 1200-1300 mq-dır (yerkökü – 700, 
çuğundur – 500 mq). Kökümeyvələrdəki qida maddələrinin həzm olunma qabiliyyəti otlaqların 
cavan otlarından geri qalmır. Onlar qaba yemlərin daha yaxşı mənimsənilməsinə köməklik edir. 
Yem rasionuna kökümeyvəlilər daxil edildikdə konsentrat qənaətlə sərf olunur, heyvanların təkrar 
istehsal və nəsil vermə qabiliyyəti yaxşılaşır. 
Südlük mal-qara üçün bu yemlərin sutkalıq rasionuna riayət edilməsinin əhəmiyyəti böyükdür. 
Bir inəyin sutkada 20-25 kq şalğam və turnepslə yemləndirilməsi, onun tərkibindəki xardal yağının 
mövcudluğuna görə sudun tamını pisləşdirə bilər. Yarımşəkərli çuğundurda da kökümeyvənin 
sutkalıq norması heyvanın sağlamlığına ziyan gətirməmək üçün 25 kq-ı keçməməlidir. Yem 
çuğundurundan istifadə zamanı məhdudiyyət yoxdur.
Bütün kökümeyvəlilər cərgəarası becərilən bitki kimi, digər tarla bitkiləri üçün yaxşı 
sələfdirlər.

Yüklə 7,47 Mb.

Dostları ilə paylaş:
1   ...   227   228   229   230   231   232   233   234   ...   418




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin