210
və bioloji mübarizə üsullarından istifadə edilməlidir. Xüsusi hallarda kimyəvi preparatlardan
istifadə etmək olar. Şəkər çuğunduruna müxtəlif həşəratlar ziyan vururlar. Bunlar çuğundur birəsi,
yarpaq və kök mənənəsi, yarpaqyeyən tırtıllar, çəmən kəpənəyi, məftil qurdları, minalı çibinlər və
s.-dir. Bunun üçün növbəli əkinlər yüksək aqrotexniki tədbirlərlə yanaşı
bioloji və kimyəvi
mübarizə üsulları da tətbiq edilməlidir. Bioloji mübarizə tədbiri kimi, trixoqrammadan və
biopreparatlardan (hektara 2 kq bitoksibatsilin və 1 kq denderobatsilin) istifadə edilir.
Zərərvericilərdən torpaqda qidalananlara qarşı mübarizə növbəli əkin, torpağın becərilməsi və
səpin qabağı hektara 100 kq dənəvər fosfamidin tətbiqidir. Çıxışları zədələyən həşəratlara qarşı
mübarizə məqsədilə insektisidlərdən istifadə olunur (hektara 80%-li dirol 3 kq, qamma-izomer 50%
0,8 kq, polixlorkanfenon 50%-li 3 litr, leboysid 50%-li 1 litr, metafos 40%-li 1 litr).
Şəkər
çuğunduru unlu şeh, pas, yarpaq ləkəsi,
kök çürümə, qoturluq, pernosporioz,
virus
xəstəliyi mozaika, sarılıq, xloroz və s. xəstəliklərdən zədələnir. Bitkinin xəstəliklərdən
mühafizəsinin başlıca üsulu torpaqda və toxumda xəstəlik törədicilərin miqdarının azalmasını təmin
edən profilaktiki –
hər şeydən öncə aqrotexniki, bioloji üsuldur. Xəstəliklərə qarşı toxum
fungidsidlərlə dərmanlanmalıdır və növbəli əkinə riayət edilməsi olduqca zəruridir.
Dostları ilə paylaş: