Kökümeyvələrin kimyəvi tərkibi. Texniki yetişmiş kökümeyvənin tərkibində orta hesabla
75% su və 25% quru maddələr, əsas hissəsini (17,5%) saxaroza təşkil edir, lakin 7,5%-i qeyri
şəkərlərdir. Qeyri şəkərlərin ümumi miqdarının 5%-ə qədəri (sellüloza – 2,5%, pektin maddələri –
2,4, zülallar və kül – 0,1%) həll olmayan maddələrin payına düşür. Şəkər olmayan həll olanlara
fruktoza, qlükoza (inert şəkəri) və başqa azotsuz maddələr (0,8%); azotlu maddələr (1,1%) və kül
(0,6%) aiddirlər.
Texniki mənada təkcə saxaroza şəkər adlanır (şəkər qamışı, yaxud şəkər çuğundurundun
alınan şəkər – disaxarid C
12
H
22
O
11
). Yerdə qalan bütün sulu karbonlar, digər üzvi və mineral
maddələr şəkər olmayanlara aiddir. Onların miqdarı sortdan, becərildiyi bölgədən və
aqrotexnikadan asılı olaraq dəyişir. Daha təhlükəlisi həll edilə bilən pektin maddəsidir ki, şirəyə
çevrilir, onun süzülməsini olduqca çətinləşdirir və şəkərin kristallaşmasına mane olur. Çuğundur
şirəsinin tərkibindəki azotlu maddələr iki qrupa bölünür: təhlükəsiz (zülali maddələr) və təhlükəli
(betainlər, amidlər, rəngləyici maddələr və s.). təhlükəli maddələr şəkərin emalı prosesində
çökdürülmür və patkəyə (şəkər ləti) keçir.
Şəkər çuğundurunun əsas keyfiyyət göstəricisi, şəkərliliyi nəzərə almadan şirənin
keyfiyyətliliyidir, və ya həll olunan quru maddədə şəkərin faizlə miqdarıdır, belə ki, invert şəkərinin
miqdarı (qlükoza və fruktozanın qarışığı) və təhlükəli (zülalsız) azot. Şəkərin çuğundurun
kökümeyvəsində paylanması eyni bərabərdə deyildir. Şəkər daha çox boyuncuqda, daha az başcıqda
və ən az isə kökümeyvənin aşağı hissəsində (quyruqcuqda) olur.
Azərbaycanda rayonlaşdırılmış sortları: Kiva F1, Lena F1, Ameli F1, ED RH 0005 F1.
Növbəli əkində yeri. Şəkər çuğundurunu alaq otlarından təmiz, münbit və nəmliklə kifayət
qədər təmin olunmuş tarlalarda becərmək lazımdır. Şəkər çuğundurundan ötrü ən yaxşı sələflər –
gübrələnmiş payızlıq buğda, payızlıq arpa, qarğıdalı, birillik dənli-paxlalı bitkilərdir. Şəkər
çuğundurunun özü müxtəlif bitkilərdən ötrü – qarğıdalı, darı və dənli-paxlalılar üçün yaxşı sələfdir.
Yaxşı olar ki şəkər çuğunduru öz tarlasına 3-4 ildən sonra qaytarılsın.