Q. Y. MƏMMƏdov m. M. İSmayilov b I t k I Ç İ L i K



Yüklə 7,47 Mb.
Pdf görüntüsü
səhifə223/418
tarix05.12.2023
ölçüsü7,47 Mb.
#138344
1   ...   219   220   221   222   223   224   225   226   ...   418
05 08 2021 12 21 57 119 7828561 Bitkiçilik = 2012

Bioloji
 
xüsusiyyətləri. 
Şəkər çuğunduru mülayim istilik sevəndir. Toxumları 4-5 
0

temperaturda cücərməyə başlayır lakin, cücərti torpaq səthinə (25-28 gün) gec çıxır. Çıxışların tez 
alınması üçün (5-6 gün) 15-20 
0
C temperatur lazımdır.
 
 
Cücərtinin ilk dövründə şəkər çuğunduru şaxtalara çox həssasdırlar. - 3-4 
0
C şaxtalar bitkini 
məhv edə bilər. Birinci cüt həqiqi yarpaqlar əmələ gəldikcə soyuğadavamlılıq artır və çuğundur – 4-

0
C şaxtalara dözə bilir. Assimilyasiya üçün optimal temperatur 20-23 
0
C-dir. 6-8 
0
C-dən aşağı 

Şəkil 25. Şəkər çuğunduru: 
a – bitki həyatının birinci ili; b – 
həyatının irinci ilı hamaş cicək. 


205 
temperaturda kökümeyvədə şəkər toplanması dayanır. Kökümeyvənin başcığında reproduktiv 
tumurcuqların formalaşması üçün əlverişli temperatur 15-23 
0
C-dir. Payızda çuğundurun 
vegetasiyası 2-4 
0
C temperaturda dayanır. Normal böyüyüb kökümeyvə məhsulu yaratmaq üçün 
2200-2600 
0
C aktiv temperatur tələb olunur. 
Şəkər çuğundurunun kökümeyvəsi 3-4 
0
C temperaturda yaxşı saxlanılır. Toxumluq şəkər 
çuğunduru tarlalarında yarpaq rozetlərinin uzanması 2-3
0
C temperaturda başlayır. Rozet 
yarpaqlarının, gövdə və reproduktiv orqanların inkişafı üçün daha əlverişli şərait 15-20 
0

temperatur zamanı toplanır. 
Toxumluq bitkilər rozet yarpaqlar fazasında temperaturun – 4-6 
0
C aşağı düşməsinə dözürlər. 
Çiçəkli gövdələrin inkişafı dövründə - 1-2 
0
C şaxtalar bitkini zədələyə bilir.
Şəkər çuğunduru nisbətən quraqlığa davamlı bitkidir. Bu onunla əlaqədardır ki, o torpağın 2-
3 metr dərinliyinə işləyən kök sistemi əmələ gətirir. Bu çuğundurun payız-qış dövründə atmosfer 
çöküntüləri hesabına toplanmış torpaq nəmliyindən istifadə etməyə köməklik edir. Adətən atmosfer 
çöküntülərinin miqdarı çox olan illərdə kökümeyvə məhsulu yüksək olur, lakin bu zaman şəkərlilik 
aşağı düşür. Şəkər çuğunduru müxtəlif vegetasiya dövrlərində müxtəlif miqdarda su sərf edir. Əgər 
vegetasiya (15 maydan 15 oktyabra qədər) müddəti üç dövrə (50 günlük) bölünsə, buxarlanma üçün 
su sərfinin nisbəti onlardan hər biri üçün təxminən 1: 9 : 3 təşkil edir. Bu dövrlərdən hər hansı 
birində nəmliyin çatışmaması çuğundurun məhsuldarlığına mənfi təsir göstərir. Adətən iyul-avqust 
aylarında bitki quraqlığa məruz qaldıqda kökümeyvə məhsulu və onun şəkərliliyi daha çox aşağı 
enir. Bitki 1 ton kökümeyvə əmələ gətirmək üçün 8 ton su sərf edir. Toxumun cücərməsi üçün öz 
kütləsinin 170%-i qədər nəmlik tələb edir. Bitkinin normal inkişafı üçün nəmlik torpaqda ən azı 
tarla rütubət tutumunun 65-70%-i həddində olmalıdır. 
Şəkər çuğunduru işıq sevən uzun gün bitkisidir. Yarovizasiya mərhələsini 0-8 
0

temperaturda keçirir. Yaz səpinlərində yarovizasiya mərhələsi yazda başa çatmadığından bütün il 
boyu davam edir. Bəzi bitkilərdə yarovizasiya mərhələsi qısa müddətdə başa çatdığından onlar 
birinci ili zoğ verib toxum əmələ gətirirlər. Normal bitkilər ikinci il çiçəkləyib toxum verir.
Çuğundurun inkişafı həyatının birinci ilində üç dövrə ayrılır. 1-ci dövr 1,5-2 ay davam edir, 
bu dövrdə yarpaqlar və kök sistemi əmələ gəlir, 2-ci dövrdə meyvələr sürətlə böyüyür, 3-cü dövrdə 
isə kökümeyvələrdə şəkərin toplanması sürətlə gedir. 
Şəkər çuğundurunun suya tələbatı həyatının müxtəlif dövrlərində eyni deyildir. Toxumun 
cücərməsi və cücərtilərin kök əmələ gətirməsi dövründə bitki suya daha çox tələbat göstərir. 
Transpirasiya əmsalı 240-400 arasında dəyişir.
Şəkər çuğunduru uzun gün bitkisidir. İşıqlanma dövrü uzandıqda bitki tez inkişaf edir, yarpaq 
və kökümeyvə yaxşı böyüyür, şəkərin toplanması artır. Sıx əkinlərdə çuğundurun kölgələnməsi 
böyümə tempinin və şəkər toplanmasının aşağı düşməsinə səbəb olur. Çuğundurun şəkərliliyi 
vegetasiya dövrünün ikinci yarısında günəş radiasiyasının gərginliyindən olduqca asılıdır. 
Kökümeyvələrdə şəkərin daha çox, intensiv toplanması aydın günəşli havanın buludlu hava ilə 
növbələnməsi zamanı yaranır.
Şəkər çuğunduru üçün üzvi maddələrlə zəngin, makro- və mikroelementlərlə təmin edilmiş 
strukturlu torpaqlar daha əlverişlidir. Qranulometrik tərkibi ağır olan torpaqlarda çuğundur pis 
inkişaf edir. Şəkər çuğunduru yüngül və orta qranulometrik (mexaniki) tərkibli şabalıdı, qonur və 
qəhvəyi torpaqları sevir. Ağır, möhkəm qaysaq əmələ gətirən gilli boz torpaqlar, daşlı, çınqıllı 
torpaqlar şəkər çuğunduru becərmək üçün yararsızdır. Şəkər çuğunduru zəif qələvi və neytral 
reaksiyalı torpaqları (pH=7,0-7,5) daha çox sevir.
Torpaq reaksiyasının pH=6-dən aşağı olması bitkinin böyüməsinə mənfi təsir göstərir, 
zərərverici və xəstəliklərin təsirinə məruz qalır.
Qumlu və qumsal torpaqlardan yüksək məhsul götürmək üçün üzvi gübrədən istifadə 
edilməlidir.
Şəkər çuğunduru torpağın aerasiyasına yüksək tələbat göstərən bitkidir. Bunun üçün torpağın 
əkin qatında optimal sıxlıq (həcmi kütlə) 1,0-1,2 q/sm
3
həddində olmalıdır. Çuğunduru ağır gilli, 
bataqlı, kasıb qumsal və daşlı torpaqlarda yerləşdirmək olmaz. 


206 
Digər bitkilərdən fərqli olaraq çuğundur torpaqdan xeyli artıq qida elementləri mənimsəyir. 
Azot qidası çatışmadıqda yarpaqlar zəif inkişaf edir, saralır və tez məhv olur. Azotun 
çatışmaması fotesintezin intensivliyinə mənfi təsir göstərir. Belə ki, kökümeyvənin böyüməsi və 
onda şəkər toplanması zəifləyir.
Fosfor çatışmadıqda bitkidə şəkərin sintezi azalır. Fosfor zülalın artmasına, azot 
elementindən daha yaxşı istifadə edilməsinə və bitkinin vegetasiya müddətinin qısalmasına səbəb 
olur. 
Kalium bitkinin şaxtaya və quraqlığa davamlılığını artırır. Kalium çatışmadıqda yarpaqların 
kənarı quruyur və kökümeyvədə şəkərin miqdarı tezliklə aşağı düşür.
Kükürd çatışmadıqda yarpaqlarda qonur ləkələr əmələ gəlir və saralmağa başlayır. Dəmir 
çatışmadıqda yarpaqlarda xloroz xəstəliyi baş verir. 
Məhsuldarlığın yüksəldilməsində və şəkərliliyin artırılmasında bor, sink, molibden və kobalt 
kimi mikroelementlərin də böyük rolu vardır.

Yüklə 7,47 Mb.

Dostları ilə paylaş:
1   ...   219   220   221   222   223   224   225   226   ...   418




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin