202
FƏSİL 17. KÖKÜMEYVƏLİLƏR
Kökümeyvəlilərdən şəkər çuğunduru, yem çuğunduru, yerkökü, şalğam və turneps tarlaçılıqda
geniş yayılmışdır. Şəkər
çuğunduru texniki bitkidir, onun kökümeyvəsindən şəkər, eləcə də yem
kimi istifadə olunur.
Yem çuğundurunu, yerkökünü, şalğam və turnepsi yem məqsədi üçün
becərirlər.
Bütün kökümeyvəli bitkilər yüksək 30-60 ton/ha və daha artıq məhsuldarlığı ilə fərqlənirlər.
Onlar
tərkibində sulu karbonlar, mineral duzlar və vitaminlər olan şirəli yem verir. Yemlik
münasibətinə görə təzə halda, qurudulmuş və siloslaşmış şəkildə kökümeyvəlilərin
bəlimi böyük
əhəmiyyət kəsb edir. Bəlimin məhsuldarlığı kök kütləsinin 30-35%-ni təşkil edir. Onun tərkibində
çoxlu miqdarda xam zülal, kalsium, B
1
, B
2
və C vitamini vardır.
Təmiz kristallik şəkərin mənbəyi iki bitki – şəkər çuğunduru
(Beta vulqaris L.)
və
şəkər
qamışıdır
(Sccharum officinarum L.)
. Şəkər orqanizmdə tez reallaşdırılan daha çox yayılmış, enerji
mənbəyidir. Dünyada istehsal olunan şəkərin üçdə iki hissəsi şəkər qamışının payına düşür.
Kimyəvi tərkibinə görə şəkər çuğunduru və şəkər qamışından alınan şəkər tamamilə eynidir
(oxşardır), yaxud saxarozadan və ya qamış şəkərindən ibarətdir.
Şəkər qamışı tropik və subtopik ölkələrdə (Mərkəzi
və Cənubi Amerikada, Hindistanda,
Kubada, Cənubi Çində, Yava adalarında, Filippin adalarında, Afrikada və s.)
geniş becərilən
Poaceae
fəsiləsindən çoxillik bitkidir. Şəkər qamışının gövdəsində 18-29% saxaroza var. MDB və
bir çox Avropa ölklərində şəkər istehsalı üçün şəkər çuğunduru əsas xammal mənbəyidir.
17.1. Şəkər çuğunduru
Əhəmiyyəti.
Şəkər çuğunduru vacib texniki bitkidir. Ondan həm şəkər istehsalı üçün həm də
heyvandarlıqda yem kimi istifadə olunur. Bu bitki Azərbaycanda yeganə şəkər istehsalı mənbəyidir.
Dünya ölkələrinin 50-dən çoxu şəkəri şəkər çuğundurundan, 70-dən çox ölkələr isə tropik və
subtropik qurşağın çoxillik bitkisi sayılan şəkər qamışından istehsal edirlər.
Şəkər çuğunduru kökümeyvələrinin tərkibində orta hesabla 16-20%-ə qədər şəkər vardır.
Şəkər çuğundurunun kökümeyvəsinin zavodda emalı zamanı böyük təsərrüfat əhəmiyyətinə malik
olan cecə və patka (mət) kimi tullantılar alınır. Tullantının quru maddəsində 60%-ə qədər şəkər,
15% azotsuz ekstraktiv maddələr, 8-9% kül vardır. Şəkərin emalından sonra alınan tullantılar spirt,
gliserin, ərzaq mayası,
süd və limon turşusu, pektin kleyi istehsalı üçün istifadə edilir. Cecə
sıxıldıqdan sonra quru maddəyə görə onun tərkibində 15% quru maddə, o cümlədən 10% azotsuz
ekstraktiv maddə, 3% sellüloza, 0,7% kül, 0,1% yağ və 1,2% xam zülal vardır. Cecə iri buynuzlu
mal-qara üçün qiymətli yemdir. Tullantının hər sentneri 80-85 yem vahidinə bərabərdir. Hektardan
30 ton çuğundur məhsulu götürüldükdə cecə çıxımı 24 tona bərabər olur. Eyni zamanda bu
tullantıdan təsərrüfatlarda gübrə kimi də istifadə olunur. Həmin gübrənin tərkibində 40-50% əhəng,
15% yzvi turşu, 0,2-1,7% azot, 0,2-0,8 fosfor, 0,5-0,9% kalium vardır.
Məhsul yığımı zamanı çuğundurun yarpaqları, kökümeyvənin
təpə və uc hissələri təzə,
siloslaşdırılmış və qurudulmuş halda heyvanların yemləndirilməsi üçün istifadə edilir.
Yemlilik dəyərinə görə şəkər çuğunduru yem çuğundurundan 2 dəfə üstündür. Yarpaqları
xüsusilə qida elementləri ilə daha zəngindir. Yarpaqlarda 2-3% zülal, 0,4% yağ və müxtəlif
vitaminlər vardır.
Şəkər çuğundurunun 1 sentneri 26 yem vahidi, yaxud 1,2 kq proteinə bərabərdir. Yarpağın
bir sentneri isə 20 y.v.- nə bərabərdir. Yem çuğunduru müvafiq olaraq 12 və 9 y.v.-ə bərabərdir.
Onu da qeyd etmək lazımdır ki, şəkər çuğundurunun yarpaqları ilə heyvanların çox
yemləndirilməsinə yol vermək olmaz. Belə ki, yarpaqlarda həm təmiz halda, həm də siloslaşdırılmış
formada çoxlu quzuqulağı
turşusu olur ki, bu da heyvanlarda kalsium elementinin mübadiləsini
pozur.
Dostları ilə paylaş: