Q. Y. MƏMMƏdov m. M. İSmayilov b I t k I Ç İ L i K



Yüklə 7,47 Mb.
Pdf görüntüsü
səhifə221/418
tarix05.12.2023
ölçüsü7,47 Mb.
#138344
1   ...   217   218   219   220   221   222   223   224   ...   418
05 08 2021 12 21 57 119 7828561 Bitkiçilik = 2012

Bitkinin tarixi. 
Tədqiqatlarla müəyyən edilmişdir ki, şəkər çuğunduru yabanı halda bitən, 


203 
əsas məhsulu yarpaq olan «Monqold» növmüxtəlifliyindən əmələ gəlmişdir. Həmin yarımnövün 
yabanı bitkilərinə Kiçik Asiya, Suriya, Zaqafqaziya, Aralıq dənizi, Xəzər dənizi və Qara dəniz 
sahillərində rast gəlinir. Bu bitkinin becərilməsinə eramızdan 1500 - 2 min il əvvəl başlanılmışdır. 
Dəclə və Fərat çayları vadilərində yaşayan insanlar bu bitkinin yarpaqlarından müxtəlif xörəklər 
hazırlayırlarmış. Çuğundurun kökümeyvə kimi becərilməsinə XVIII əsrin əvvəllərindən 
başlanılmışdır. 
Çuğundur İran sözü olub müxtəlif dövrlərdə «çundur», «çuvundar», «çakendar», «şaqonder», 
«şuqundar», «çuğundur» və s. adlandırılmışdır. 
Çuğundur sonralar Suriyadan Aralıq dənizi ölkələrinə Fransa, İtaliya, İsveçrə, İspaniyaya və s. 
yerlərə yayılmışdır. 
Kristallik şəkər ilk dəfə çuğundurdan 1747-ci ildə Markqraf tərəfindən alınmışdır. Şəkər 
çuğundurundan zavod üsulunda şəkər istehsalına başlamaq təklifini 1799-cu ildə Axard vermişdir. 
Rusiyada ilk dəfə 1792-ci ildə Moskva universitetinin professoru Bindqeym tərəfindən ağ çuğundur 
kökündən şəkər alınmışdır. 1802- ci ildə Rusiyada Tula quberniyasının Alyabevo kəndində Yesipov 
tərəfindən ilk şəkər zavodu tikilmişdir. 
Yayılması və məhsuldarlığı. 
Şəkər çuğunduru əsasən Rusiyada, Ukraynada Fransada
Polşada, Almaniyada, İtaliyada, Rumıniyada, İspaniyada, İngiltərədə, Çexiyada, Slovakiyada, 
Belçikada, Macarıstanda, Yuqoslaviyada, Türkiyədə və ABŞ – da becərilir. Yer kürəsində becərilən 
şəkər çuğunduru sahələrinin 80%-i Avropanın payına düşür. 
Dünya əkinçiliyi sistemində 
5,86 milyon
hektardan çox əkin sahəsi mövcuddur. 
Azərbaycanda bu bitkinin əkin sahəsi 6420 hektar, ümumi məhsul istehsalı 19068 ton və hektardan 
orta məhsuldarlıq 301 (2008-ci il) olmuşdur.
Çuğundur yüksək məhsuldar bitkidir. Orta məhsuldarlıq Rusiyanın Krasnodar diyarında 
hektardan 450 sen., Ukraynada isə 300-400 sentnerə çatır. 

Yüklə 7,47 Mb.

Dostları ilə paylaş:
1   ...   217   218   219   220   221   222   223   224   ...   418




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin