Gübrələmə. Şəkər
çuğunduru mineral qidalanmaya tələbkar bitkidir. Bir ton kökümeyvə və
ona müvafiq olaraq yerüstü kütlə ilə şəkər çuğunduru torpaqdan 4-7 kq azot, 1,0-3,5 kq fosfor və 5-
9 kq kalium elementi aparır. Yüksək məhsul almaq üçün üzvi və mineral gübrələrin verilməsinin
böyük əhəmiyyəti vardır.
Yüksək məhsul götürmək üçün çuğundurun sələfləri olan payızlıqlar altına yaxud bilavasitə
şəkər çuğunduru altına payızda şum qabağı peyin verilməsi zəruridir. Elə bu vaxt fosfor və kalium
gübrəsi də verilir. Azot gübrəsi səpinqabağı kultivasiya altına verilir. Çuğundura yemləmə
gübrəsinin verilməsini əsas gübrəyə tamamlayıcı (əlavə) kimi hesab etmək lazımdır. Yemləmə
gübrəsi eləcə də kifayət qədər nəmlik olan bölgələrdə və şəkər çuğunduru suvarılan yerlərdə tətbiq
edilir. Yemləmə şəklində mürəkkəb gübrələrdən ammofos, nitrofos, nitroammofos, diaminfosfat və
digərlərindən istifadə edilməsi iqtisadi cəhətdən məqsədəuyğundur.
Gübrə norması sələf bitkisindən və torpaqların qida maddələri ilə təmin olunma dərəcəsindən
asılı olaraq planlaşdırılır. Yaşıl gübrələr də məhsuldarlığı xeyli artırır. Bu məqsədlə payızlıq taxıllar
yığıldıqdan sonra noxud, soya, gülül, lüpin səpilir və sentyabrın axırında şumlanır. Şəkər
çuğunduruna gübrələr planlaşdırılmış məhsula görə balans üsulu ilə verilməlidir. Respublikanın
açıq şabalıdı suvarılan torpaqları şəraitində hektardan 500 sentner kökümeyvə məhsulu almaq üçün
hektara 20 ton peyin və təsiredici maddə hesabı ilə N
140
P
150
K
100
verilməlidir. Fosfor və kaliumun
qalan hissəsi əsas şum altına, azotun 30%-i səpinqabağı becərmədə kultivasiya altına, 70%-i
yemləmə gübrəsi kimi 2 dəfəyə – yarısı seyrəltmədən sonra 3-4 cüt yarpaq fazasında və ikinci dəfə
7-8 həqiqi yarpaq fazasında cərgə araları qovuşanadək verilməlidir. Hektara təsiredici maddə hesabı
ilə 1,5 kq bor və 2,2-2,6 kq manqan verilməsi yaxşı nəticə verir.
Kökdənkənar yemləmədə hektara 20 kq fosfor, 20 kq kalium 50 litr suda həll edilərək çilənir.
Yemləmə gübrəsi peyin şirəsi ilə də aparılır. Bunun üçün cərgələrin başında çala qazılır, peyin şirəsi
ilə doldurulur və suvarma suyu ilə axıdılır. Toxumların bakterial gübrələrlə işlənilməsi də müsbət
nəticələr verir.