Becərilmə texnologiyası. Yemçilik və tərəvəz növbəli əkinlərində yemlik yerkökünü
özlərindən sonra tarlada alaqları az saxlayan cərgəarası becərilən və tərəvəz bitkilərindən sonra
yerləşdirmək məsləhətdir. Tarla növbəli əkinlərində payızlıqlar, dənli-paxlalı bitkilər və kartof daha
gözəl sələflərdir. Torpağın əsas və səpinqabağı becərilməsi üsulu yem çuğundurunda olduğu
kimidir.
Yerkökün səpin müddəti daha erkən həyata keçirilən bitkilərə aiddir. Cücərtilərin alınmasını
sürətləndirmək üçün səpinqabağı toxumlar dövri olaraq suyu dəyişdirilməklə 1,5-2,0 sutka isladılır.
Toxumların cərgələrdə bərabər paylanması və səpələnməsi üçün dənəvərləşdirilir. Dənəvərləşdirici
kimi torf, əhəng, mineral gübrə və yapışdırıcı maddədən ibarət qatışıqdan istifadə edilir. Toxum
səpinə hazırlanan zaman o kalibirlənir və dərmanlanır.
Səpin adətən tərəvəz səpən aqreqatlarla gencərgəli, cərgəarası 45 sm iki cərgəli, cərgəarası 15-
20 sm və lent arası 45-50 sm, geniş zolaqlı üsulla zolağın eni 8-20 sm və zolaqarası məsafə 40-60
sm olmaqla aparılır.
Səpin norması səpin üsulundan asılı olaraq hektara 1,5-4,0 mln. ədəddir. Toxumun basdırılma
dərinliyi 1-2 sm – dir.
Əkinlərə qulluq işləri səpindən 5-6 gün sonra çıxışların alınmasına qədər tapanlama,
cücərtilərə qədər və çıxışdan sonra malalamadan ibarətdir. Alaqlara qarşı mübarizə məqsədi ilə
səpindən sonra 50%- li prometrin işlədilir.
Yerkökünün 4-5 yarpaq fazasında seyrəltmə aparılır. Buketləmə (dəstə-dəstə bitmək üçün
bitkiləri əkmək və ya seyrəkləşdirmə üsulu) cərgə arasını şumlayan kultivatorla 27-30 sm sxemində,
buket 30 sm, çeşidləmədən sonra buketdə 6-8 bitki saxlamaqla aparılır. Seyrəltmə eləcə də cərgə
uzunu bitki seyrəldən aqreqatla yerinə yetirilir. Yığıma qədər hektarda 300-350 min bitki
qalmalıdır.
Yarpaqlar yarpaq biçən aqreqatla biçilir. Sonra kökümeyvə çıxaran və ya kartof qazan maşınla
məhsul çıxarılaraq əl ilə yığılır.
Yerkökü xəndəklərdə və digər saxlama yerlərində saxlanılır. Yerkökü hər hansı üsulla
saxlanıldıqda üzəri qumla örtülür, bu halda 2-3 dəfə itki azalır. Saxlama kameralarında yerkökünü
saxlayarkən temperaturu 1-2
0
C , nisbi rütubəti isə 90-95% olması məqsədə uyğundur.
Soyuq ərazilərdə yerkökündən toxum almaq üçün kökümeyvəni həm əl ilə, həm də şitil
basdıran maşını yenidən təchiz etməklə əkini həyata keçirmək olar. Kökümeyvəni kultivatorla
qabaqcadan hazırlanmış 60 x 30, 60 x 60 yaxud 70 x 30 sm sxemində basdırmaq mümkündür.
Toxumluqların yetişməsi əlaməti çətirlərin qonurlaşması və onların çiçək salxımının içərisinə doğru
əyilməsidir. Toxumun yığılması iki mərhələdə aparılır: qabaqca biçilərək tirələrə sərilir, 12-14
gündən sonra toxumyığan kombaynla döyülür.