Q. Y. MƏMMƏdov m. M. İSmayilov b I t k I Ç İ L i K



Yüklə 7,47 Mb.
Pdf görüntüsü
səhifə233/418
tarix05.12.2023
ölçüsü7,47 Mb.
#138344
1   ...   229   230   231   232   233   234   235   236   ...   418
05 08 2021 12 21 57 119 7828561 Bitkiçilik = 2012

Bioloji xüsusiyyətləri.
Həyatının birinci ili yem çuğundurunun boy və inkişafını şəkər 
çuğunduru kimi üç əsas dövrə bölmək olar. Yem çuğundurunun vegetasiya dövrü həyatının birinci 
ili 125-150 günə bərabərdir ki, bu da şəkər çuğunduruna nisbətən 25-30 gün azdır.
Yem çuğundurunun toxumu 2-5 
0
C temperaturda cücərmə qabiliyyətinə malikdir. Həyat 
qabiliyyətli cücərtilər 6-7 
0
C, daha bərabər çıxışlar isə 12-15 
0
C temperaturda alınır. Yarpaq və 
kökümeyvələrin böyüməsi üçün daha əlverişli temperatur 15-20 
0
C-dir. Payızda orta sutkalıq 
temperaturun 6 
0
C qədər enməsi zamanı bitkinin boy atmasının dayanması müşahidə edilir.
Yaşlı bitkilərin yarpaqları – 6 
0
C qısa müddətli şaxtalara dözdüyü halda, torpaqdan çıxarılmış 
və üstü basdırılmamış kökümeyvələr artıq – 2 
0
C–də qışa saxlamaq üçün yararsız hala düşür.
Yem çuğundurunun kökümeyvə məhsulunun normal formalaşması üçün sortun 
xüsusiyyətlərindən asılı olaraq vegetasiya dövründə 1500-2400 
0
C fəal temperatur cəmi zəruridir.
Yem çuğunduru dərin şum qatı olan münbit torpaqlara tələbkardır. 
Azərbaycanda rayonlaşdırılmış sortları: 
Yarımşəkərli ağ çuğundur, Lvovskaya joltaya. 
Becərilmə aqrotexnikası.
Yem çuğundurunu fermayanı növbəli əkində yerləşdirdikdə daha 
çox kökümeyvə məhsulu verir. Bu halda yüksək normada üzvi gübrə tətbiq edilir, məhsulun 
daşınmasına çəkilən xərc isə minimuma enir. Subasar torpaqlarda tərəvəz növbəli əkinlərində 
yüksək məhsul alınır. Yem çuğundurunu tarla növbəli əkinlərində becərən zaman gübrələnmiş 
payızlıq dənlilər, birillik otlar, eləcə də çoxillik otlar, əsasən onların birillik istifadəsi ən yaxşı 
sələflər hesab edilirlər. Çuğundur bir ton kökümeyvə və ona müvafiq yarpaq ilə torpaqdan 2,5-3,0 
kq azot, 0,9-1,0 kq fosfor və 4,5-5,0 kq kalium elementi aparır. Müqayisəli dərəcədə kalium sevən 
bitkidir. Mübadilə olunan kaliumun miqdarı torpaqda zəif olduqda yüksək normada kalium 
gübrəsinin verilməsi zəruridir.
Azot gübrəsinin orta norması bütün torpaq tiplərində güclü yarpaq səthi və kökümeyvə kütləsi 
formalaşmasına səbəb olur. Yüksək normalar nitratların (0,5%) YVH (yol verilən hədd)
toplanmasına səbəb olur və bununla yemin keyfiyyəti pisləşir. 
Mineral qida elementlərinin əsas mütəhərrik formaları ilə zəif təmin olunmuş torpaqlarda 
yemləmə gübrəsi həyata keçirilir. Birinci buketləmə (seyrəltmədən sonra), ikinci isə cərgələr 
qapandıqda aparılır. Yemləmə gübrəsinin norması və növ tərkibi, bu qida elementinin torpaqda 
miqdarı və planlaşdırılmış məhsulun səviyyəsini nəzərə almaqla müəyyən edilir.
Torpağın əsas və səpinqabağı becərilməsi sistemi şəkər çuğundurunda olduğu kimidir. Yay-
payız dövrü davamlı surətdə isti keçərsə payızlıqların yığımından sonra alaq otları əmələ gəldikcə 
torpaqda 2-3 dəfə üzləmə aparılır. 
Yazda torpaq lazımi dərəcədə fiziki yetişkənliyə çatdıqda nəmlik itkisinin qarşısını almaq 
üçün sahə malalanır. Səpinqabağı becərmə torpağın üst qatının yumşaldılmasını, hamarlanmasını və 
tapanlanmasını təmin etməlidir.
Çuğundurun toxumları dəqiq səpinlərin aparılması üçün iki fraksiyada 3,5-4,5 və 4,5-5,5 mm 
ölçüdə kalibrlənir. Toxumları dərmanlamaq üçün şəkər çuğundurunda tətbiq edilən kimyəvi 
preparatlardan istifadə olunur.
Səpin şəkər çuğunduru ilə eyni müddətdə dəqiq səpən aqreqatlarla yaxud tərəvəz səpən 
maşınla cərgəarası 45, 60 yaxud 70 sm olmaqla aparılır. Səpin norması elə hesablanır ki, yığım 
dövrünə cərgənin bir metrində 4-5 bitki (1 hektarda 65-80 min bitki) qalmış olsun. Yem çuğunduru 
əkinlərinə edilən qulluq işləri şəkər çuğundurunda olduğu kimidir. Çuğundurun boy və inkişafının 
ikinci dövründə nəmliklə az təmin olunmuş bölgələrdə hektara 600-700 m
3
normada suvarma 
həyata keçirilir.
Çuğundur əksər hallarda payızın sonunda aşağı yarpaqlar saraldıqda əl ilə yığılır. Maşınla 
mexanikləşdirilmiş kompleks yığım üsulu işlənib hazırlanmışdır. Yarpaqlar biçilir və yem ehtiyatı 
üçün istifadə olunur, bu zaman kökümeyvənin başcıq hissəsi kəsilir, lakin yarpaq saplaqlarının bir 
qədəri 5-8 sm uzunluğunda qalır.


214 
Kökümeyvəni qazıb çıxarmaq üçün kartofqazan, eləcə də kartof çıxaran kombayndan istifadə 
etmək olar. Yığım zamanı kartof qazandan istifadə edildikdə kökümeyvə əl ilə yığılır, lakin kartof 
yığan kombayn kökümeyvəni yığır və nəqliyyat vasitəsinə yükləyir. Saxlanılma yerlərinə daşınan 
kökümeyvələr yenidən seçilir və kəsilmiş və əzilmişləri çıxdaş edilir. Saxlama yerlərində solmamış 
və mexaniki zədələnməmiş yalnız sağlam kökümeyvələr tığlara yığılır. Belə ki, tez xarab 
olduqlarına görə şaxta vurmuş kökümeyvələrin uzun müddət saxlama yerlərində tığlara yığılması 
yolverilməzdir. 
Saxlama yerlərində tığın hündürlüyünün 2, eninin 3 və uzunluğunun 30 metrə qədər olması 
tövsiyə edilir. Tığın bünövrəsi 20-50 sm, üzəri 10-30 sm torpaq qatı ilə, sonra isə 20-50 sm küləş 
təbəqəsi ilə örtülür. Şaxtalar düşdükdə tığın üzəri bütünlüklə 10-15 sm torpaq qatı ilə örtülür. Əgər 
tığın üzəri dərhal küləşlə örtülərsə, onda buxarlanan nəmliyin hesabına islanmış küləşə toxunan 
kökümeyvə təbəqəsi tez çürüyür. Torpağın (süxur) qışda donması nəzərə alınmaqla torpaq və küləş 
qatının qalınlığı nəzərə alınır. 

Yüklə 7,47 Mb.

Dostları ilə paylaş:
1   ...   229   230   231   232   233   234   235   236   ...   418




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin