207
kütləsinə nisbəti 3:1-nə qədər artır. Texniki yetişkənlik başlamazdan əvvəl çuğundurun cərgə araları
açılır, yarpaqlar açıq-yaşıl rəng alır, tədricən saralır və məhv olurlar.
Bitkinin vegetasiya dövrü becərmə şəraitindən asılı olaraq 1-ci ili 150-170 gün davam edir.
Çuğundurun kökümeyvəsindən toxum almaq üçün onu torpaqdan çıxararaq qış müddətində
saxlayır və yazda torpağa basdırırlar. Başcıqdakı cücərmiş tumurcuqlardan hündürlüyü 1,0-1,5 m-ə
çatan yarpaqlanmış çiçəkli budaqlar əməl gəlir. Hamaşçiçək sünbül şəkilli qotazdır. Çiçəklər
çiçəkdaşıyıcıların yuxarı hissəsində, yarpaqyanlıqlarının qoltuğunda, çoxtoxumlu sortlarda
qruplarla 3-4 və daha çox birtoxumlu sortlarda isə tək-tək formalaşırlar. Çiçəyi beş erkəkcik və bir
dişicikdən ibarətdir. Tozlanma küləyin köməyi ilə və həşəratlarla çarpaz gedir. Meyvəsi xırda
qozcuqdur.
Yetişmə zamanı meyvəsi saralır və bir-birinə birləşərək içərisində 2-6 ədəd toxum (qozcuq,
fındıq) olan kələfcə əmələ gətirir. Çoxtoxumlu çuğundurda 1000 ədəd kələfcənin kütləsi 20-50
qram, təktoxumlularda isə 20 qram olur. Meyvənin içərisindəki toxum qonur rəngli, parlaq qılaflıdır
və meyvənin kütləsinin 25-30%-ni təşkil edir. Toxum qılafdan və rüşeymdən, aralarında tumurcuq
yerləşən iki ləpəyarpağından, ləpəaltı dizcikdən, rüşeym kökcüyü və ehtiyat qida maddələri olan
perispermadan ibarətdir.
Şəkər çuğundurunun həyatının ikinci ili vegetasiya dövrü 100-130 gün davam edir.
Dostları ilə paylaş: