Q. Y. MƏMMƏdov m. M. İSmayilov b I t k I Ç İ L i K



Yüklə 7,47 Mb.
Pdf görüntüsü
səhifə262/418
tarix05.12.2023
ölçüsü7,47 Mb.
#138344
1   ...   258   259   260   261   262   263   264   265   ...   418
05 08 2021 12 21 57 119 7828561 Bitkiçilik = 2012

Yemiş (qovun) – melo
cinsinə daxildir. Bitkinin quruluşuna görə balqabağına oxşardır. 
Gövdəsi qısa, nazik, yarpaqları və çiçəkləri xırdadır. Kökü torpağın 3-4 metr dərinliyinə işləyir. 
Gövdəsi silindrşəkilli, sürünəndir. Yarpaqları uzun saplaqlı ürəkşəkilli və böyrəkşəkillidir. 
Çiçəyinin tacı sarımtıl-yaşıl rəngdədir. Meyvəsi iri oval, yumurtavarı, uzunsov, kürəşəkillidir. 
Rəngi müxtəlifdir. Meyvənin səthi hamar yaxud cadarlıdır. Ətli hissəsində 12% şəkər var. Toxumu 
yumurtavarı, iriliyi 0,5-2,5 sm, tərkibində 25-30% yağ var. 1000 ədədinin kütləsi 35-50 q-dır.
Qovun bioloji xüsusiyyətlərinə görə qarpıza oxşardır lakin, ona nisbətən istilik sevən və 
quraqlığa davamı isə azdır. 
Azərbaycanda rayonlaşdırılmış sortları: 
Kolxoznitsa – 749/753, Yantarnaya, Tavriya. 
Qabaq 
– üç növü var: Süfrə, yemlik və muskat. Çoxillik və birillik formaları vardır. Normal 
becərmə şəraitində yoğun, uzun və şaxələnən tağ əmələ gətirir. Kökü torpağın 3-4 m dərinliyinə 
işləyə bilir. Yarpaqları uzun saplaqlı, tamkənarlı, az hallarda dilimlənmiş olur (10-15ədəd). 
Çiçəkləri narıncı-sarı rəngdədir. Erkəkcik çiçəkləri, dişicik çiçəklərindən fərqli olaraq uzun 
saplaqlıdır. Meyvəsi kürəşəkilli oval, yastı, ellips formalı, müxtəlif rənglidir. Meyvəsinin ətli hissəsi 
sarı, narıncı və ağ rənglidir. Tərkibində 4-8% şəkər vardır. Toxumları ürəkvarı, oval, xırda və 
müxtəlif rənglidir. Toxumun tərkibində 50-52% yağ var. 1000 ədədinin kütləsi 200-230 q-dır. 
Bostan bitkiləri payızlıq taxıllardan, qarğıdalı və birillik otlardan sonra becərilir. 
Qabaq, qarpıza və qovuna nisbətən istiliyə, quraqlığa az tələbkardır. Toxumları 12-13 
0
C–də 
cücərməyə başlayır. Qabaq gillicəli torpaqda yaxşı bitir. 


239 
Azərbaycanda rayonlaşdırılmış sortları: Yem qabağı
– Krupnoplodnaya – 1, Vitaminnaya. 

Yüklə 7,47 Mb.

Dostları ilə paylaş:
1   ...   258   259   260   261   262   263   264   265   ...   418




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin