241
buynuzlu mal-qaranı yemləyən zaman yem kələminin yaşıl kütləsi və silosunun norması
bir baş
üçün sutkada 20-25 kq keçməməlidir. Yaşıl kütlənin tərkibində qlikozinolitlərin olmasından
heyvanlar sutkada 40-50 kq dozada yemləndirilərsə anemiya xəstəliyinə tutula bilər,
silosun daha
artıq dozası südün tamına mənfi təsir göstərir.
Yığım yem yığan kombaynlarla yaxud biçib-xırdalayan aqreqatlarla aparılır. Yığım zamanı
biçilib-xırdaladanmış silosluq kütlənin şirəsinin tərkibindəki quru maddənin itkisini azaltmaq üçün
15-20% küləş əlavə edilir. Yem kələminin yığımını bitkini xırdalamadan da aparmaq mümkündür,
bu halda siloslaşdırma zamanı quru maddənin itkisinin azalması təmin olunur.
Yem kələminin toxumçuluğu baş kələmdə olduğu kimidir. Bir hektara 20-30
min meyvə
budağı basdırılır. Onları cərgə boyu (60-70 sm) bir tərəfə əyərək basdırırlar. Toxumluq sahəni
xəstəliklərdən, toxum yetişən zaman isə quşlardan mühafizə etmək lazımdır. Yığım ikifazalı 2-3
üsullarladır. Düzgün aqrotexnika da məhsuldarlıq hektardan 1000 – 1200 kq-a çatır.
Dostları ilə paylaş: