Botaniki təsviri və bioloji xüsusiyyətləri. Yazlıq yağçiçəyi –
Camelina sativa Czantz. -
kələmkimilər fəsiləsinin – (
Brassicaceae) birillik otvari bitkisidir. Yağçiçəyinin mil kökü, 50-80 sm
hündürlüyündə sarmaşan yaxşı inkişaf etmiş nazik gövdəsi vardır. Yarpaqları qısa saplaqlı
lansetvari, tamkənarlı yaxud zəifdişli səthi sərt tükcüklərlə örtülüdür. Hamaşçiçəyi qotazdır.
Çiçəkləri xırda açıq-sarı rənglidir. Şimal ərazilərdə öz-özünü tozlayır, cənubda çarpaz tozlanmaya
meyillidir. Meyvəsi armud şəkilli qındır, uzunluğu 6-9 mm-dir, yetişən zaman partlayır. Toxumu
xırda (1,5-2 mm), hər qında 6-8 toxum, uzunsov-oval formalı, qırmızı-darçını rənglidir. Toxumun
100 ədədinin kütləsi 1,0-1,5 qramdır.
Payızlıq kürəncə-
Camelina Waller quruluşuna görə yağlığa çox oxşardır. Gövdəsi
oduncaqlaşmış, güclü budaqlanandır. Budaqları və yarpaqları güclü tüklüdür. Meyvəsi xırdadır (5-7
mm).
Yazlıq yağçiçəyinin toxumları 1-2
0
C temperaturda cücərməyə başlayır. Cücərtilər 12
0
C-yə
qədər şaxtalara dözürlər. Nisbətən yüngül quraqlığa dözürlər. Qumsal və zəif şorlaşmış torpaqlarda
yaxşı bitirlər.
Yazlıq yağçiçəyinin vegetasiya müddəti 66-90 gündür. Uzun gün bitkisi kimi şimala getdikcə
onun vegetasiya dövrü qısalır.
Becərilmə texnologiyası. Yazlıq yağçiçəyi üçün ən yaxşı sələflər payızlıqlar və başdan-başa
becərilən bitkilərdir. O mineral gübrələrin (N P K ) verilməsinə yaxşı reaksiya göstərir. Torpağın
səpinqabağı becərilməsinə tələbkardır.
Yağçiçəyini erkən müddətdə səpirlər. Səpin adi cərgəvi üsulla aparılır. Səpin norması hektara
8-10 kq, toxumun basdırılma dərinliyi 2-3 sm-dir. Əkinlərə qulluq çıxışlar alındıqdan sonra
malalamanın aparılmasıdır.
Bitkinin aşağı yaruslarındakı qınlar qonurlaşdıqda və içərisindəki toxumlar bərkidikdə, yəni
yağçiçəyi tam yetişkənlik fazasında tərtib edilmiş kombaynla yığılır.
Yağçiçəyi toxümu saxlanan zaman onun nəmliyi 9%-dən artıq olmamalıdır.