Mərkəzi bank özünün analoji fəaliyyəti çərçivəsində kommersiya banklarının
kassa dövriyyələrinin proqnozlarından istifadə etməklə pul emissiyasının ölçüsünü
müəyyən etmiş olur. Həmçinin onu da qeyd etmək lazımdır ki, bu zaman emissiyanın
optimal həcmi ilə yanaşı, onun reqionlar arasında düzgün paylaşdırılması da vacib
şərtlərdəndir.
Nağd pul emissiyası üçün ərazilər üzrə mərkəzi bankın bas idarələrinin
hesablaşma-kassa mərkəzlərində
(HKM)
ehtiyyat fondları
və
dövriyyə kassaları
yaradılır.
Ehtiyyat fondlarında
tədavülə buraxılmaq üçün nəzərdə tutulan, lakin hələ
mahiyyət etibarilə pul hesab edilməyən (pul tədavülü prosesində iştirak etmədiyi üçün)
pul nişanları saxlanılır.
Hesablaşma kassa mərkəzinin
dövriyyə kassalarında pullar daim hərəkətdə
olurlar. Belə ki, kommersiya bankları nağd pul qalıqlarını bura təhvil verir və yaxud da
lazım olduqda oradan nağd pullar alırlar.
Beləliklə hesablarına-kassa mərkəzlərinin dövriyyə kassalarındakı pullar daim
hərəkətdə olur və tədavüldə olan pullar hesab olunur.
Əgər HKM dövriyyə kassalarına nağd pul qəbulu ondan çıxan pullardan çox
olarsa, bu zaman əmələ gələn fərq tədavüldən çıxarılır və ehtiyyat fonduna keçir.
Burada bu pullar müvəqqəti olaraq pul olma xassəsini itirirlər.
Əksinə əgər, HKM-nin dövriyyə kassalarından çıxan pullar kassaya daxil olan puldan
çox olarsa, ehtiyyat fondundan
dövriyyə kassalarına
əlavə pul keçir ki, bununla da bir
növ
pul emissiyası
baş vermiş olur.
Lakin onu da nəzərə almaq lazımdır ki, bir HKM-nin digər HKM ilə emissiya
yerinə yetirməsi zamanı bir kassaya əlavə daxilolmalar, digər kassadan çıxan artıq
pullarla ört-bastır oluna bilər. Buna görə də tədavüldə nağd pulların ümumi həcmi
dəyişməyə də bilər, bununla da emissiya baş verməyə də bilər.
Müəyyən bir gündə pul emissiyasının baş verib-verməməsi haqda məlumat yalnız
hər bir ölkənin mərkəzi bankının direktorlar şurası tərəfində müəyyən edilir. Belə ki,
Dostları ilə paylaş: