məcmusu kimi başa düşülür:
- tədavül vasitəsi kimi lazım olan pulun miqdarı
ilə realizə olunan mal və
xidmətlərin qiymət məbləği arasındakı birbaşa asılılıq;
- tədavül vasitəsi kimi lazım olan pulun miqdan ilə pulun dövretmə sürəti
arasındakı tərsinə asılılıq.
Bütün bunları aşağıdakı formulla göstərmək olar:
K = S/C (1)
Burada: K - tədavül vasitəsi kimi lazım olan pulun miqdarı;
S - realizə olunan mal və
xidmətlərin qiymət məbləği;
C - tədavül vasitəsi kimi pulun dövrlərinin orta sayı (pulun dövretmə sürəti).
Pulun tədiyə funksiyasının ortaya çıxması ilə əlaqədar olaraq bu düstur bir qədər
qəlizləşdi və pulun tədavüldəki miqdarını muəyyən edən qanun aşağıdakı kimi
formalaşmış oldu:
K = (Sl-S2+S3-P)
/
C
(2)
Burada: S1 - mal və xidmətlərin qiymət məbləği;
S2 - kreditə satılmış malların qiymət məbləği;
S3 - öhdəliklər üzrə
ödəmələrin məbləği;
P - qarşılıqlı ödəmələr.
Beləliklə, görürük ki, tədavül üçün lazım olan pulun miqdarına bir sıra
faktorldar təsir edir:
- istehsal şərtlərindən asılı olan və tədavüldə olan malların miqdarına təsir edən
faktorlar;
- mal və xidmətlərin qiymət səviyyəsini müəyyən edən faktorlar;
- pulun dövretmə
sürətinə təsir edən faktorlar;
- kreditin inkişaf səviyyəsinə təsir edən faktorlar;
- nağdsız hesablama sisteminin inkişafına təsir edən faktorlar.
Pulun dövretmə sürəti (pulun tedavül sürəti)
pulun
tədavül və tədiyə
KitabYurdu.az
30
funksiyasını yerinə yetirdiyi zaman pul hərəkətinin intensivliyinin göstəricisi olub, il
ərzində, hər bir dövrü gəlirlərin xərclərinə xidmət edən,
pul kütləsinin dövrlərinin
sayını göstərir. Bununla da P.Samuelsonun hesab etdiyi kimi,
pulun il dövretmə
sürəti gəlirlərin dövretmə sürətini göstərir.
Qərb ölkələrinin əksəriyyətində pulun dövretmə sürəti iki göstərici ilə
müəyyənləşir:
1.Gəlirlərin dövriyyəsində dövretmə sürətinin göstəricisi:
2.
Tədiyə dövranında pulun dövriyyəliyinin göstəricisi:
Aydındır ki, metal pul tədavülü dövründə pulun dəfinə funksıyası
vasitəsilə
tədavüldə pulun miqdarı avtomatik olaraq tənzimlənirdi. Yəni, əgər pula tələbat
azalırdısa, artıq pullar dəfinəyə yığılırdı. Əksinə, əgər pula tələbat artırdısa, o zaman
dəfinədən tədavülə əlavə pul buraxılırdı. Elə buna görə də tədavüldə pulun miqdarı
həmişə lazımi səviyyəsini saxlaya bilirdi.
Həmçinin onu da qeyd etmək lazımdır ki, əgər tədavüldə qızıla xırdalanmaya
bankotlar və ya kağız pullar dövr edərsə və buraxılan bu pulların miqdarı tədavül üçün
lazım olan qızıl pulların miqdarına
bərabər olarsa, bu zaman da heç bir problem
çıxmaz. Belə ki, kağız pullar bu zaman ideal şəkildə qızıl pulları əvəz etmiş olar.
Lakin problem o zaman qalxır ki, heç bir şeylə məhdudlanmayan kağız pul
emissiyası pul tədavülü qanununu pozmuş olur, tədavül kanalları artıq pullarla dolur ki,
bu da son nəticədə ölkədə inflyasiyanın yaranmasına səbəb olur.
Əlbəttə ki, pulun dövretmə sürətinin dəyişməsi
həm ümumi iqtisadi amillərdən,
həm də monetar amillərdən asılıdır.
ЦММ (цмуми милли мящсул) / М1 вя йа М2
Банкын жари щесаблары цзря кючцрцлян вясаитлярин мябляьи /
Пул кцтлясинин орта щяжми
Dostları ilə paylaş: