Pulun emissiyası
dedikdə pulların tədavülə elə buraxılışından söhbət gedir ki, bu
zaman pul kütləsi tədavüldə artmış olsun. Həmçinin onu da qeyd etmək lazımdır ki, pul
emissiyası hər bir ölkənin mərkəzi bankı
tərəfindən həyata keçirilir ki,
bununla da
tədavülə əlavə «ilkin» pullar buraxılmış olur.
Beləliklə də tədavülə pulun buraxılmasını analoji olaraq pulun nağd və nağdsız
emissiyasına bölürlər.
2.4. BANK MULTİPLİKATORUNUN MAHİYYƏTİ VƏ
MEXANiZMi
İqtisadiyyatda inzibati amirlik dövründə nağd və nağdsız pul emissiyası
anlayışları arasında elə də fərq yox idi. Çünki, hər iki emissiyanı
dövlətin mərkəzi
bankı SSRİ Dövlət Bankı yerinə yetirirdi.
Bazar iqtisadiyyatı şəraitində isə emissiya funksiyası bölünməyə başlayır:
Nağdsız pul emissiyası kommesiya bank sistemi və qeyri- bank təşkilatları
vasitəsilə həyata keçirilir.
Nağd pul emissiyasını isə Milli Bank yerinə yetirir. Nağdsız pul emissiyasının
başlıca məqsədi hüquqi şəxslərin tədavül vasitələrinə
olan əlavə tələblərinin
ödənilməsindən ibarətdir. Lakin, kredit təşkilatlarında olan vəsaitlər hesabına
hüquqi
şəxslərin tədavül vasitələrinə olan əlavə tələbatını deyil, adi tələbatı ödənilir. Aydındır
ki, əlavə tələbat əlavə vasitələr hesabına ödənilə bilər.
Bunun üçün də bu əlavə
vasitələri yarada bilən nağdsız pul emissiya mexanizmi olmalıdır.
ikipilləli bank sistemi şəraitində emissiya mexanizmi bank (depozit)
multiplikatoru əsasında fəaliyyət göstərir.
Bank multiplikatoru
ölkənin bank sistemi çərçivəsində nağdsız pulların bir
bankdan başqa banka hərəkəti prosesində kommersiya banklarının hesablarında
onların həcminin artması deməkdir.
Onu da qeyd etmək lazımdır ki, bank, kredit və depozit
multiplikatoru müxtəlif
nöqteyi nəzərdən multiplikasiyanın vahid mexanizmini xarakterizə edir.
Dostları ilə paylaş: