ödənilməsi, sığorta orqanları ilə müəssisə və təşkilatların və əhalinin hesablaşmaları,
kreditlərin alınması və ödənilməsi.
Pul dövriyyəsi nağdı və nağdsız dövriyyədən ibarətdir. Nağdı pul dövriyyəsində
nağdı pul iştirak edir. Belə ki, əmtəələr satıldıqda, xidmətlər göstərildikdə onun dəyəri
nağdı pulla ödənilir. Eləcə də digər ödənişlər nağdı pulla aparıla bilər.
Nağdsız dövriyyədə pul bilavasitə iştirak etmir. Burada tərəflər arasında
hesablaşma köçürmə qaydasında aparılır. Qeyd etmək lazımdır ki, nağdı və nağdsız pul
dövriyyəsinin bir-biri ilə qarşılıqlı əlaqəsi vardır. Belə ki, pul nağdsız dövriyyədən
nağdı dövriyyəyə və əksinə keçirilə bilər. Nağdı və nağdsız pul dövriyyəsinə uyğun
olaraq hesablaşmalar da nağdı və nağdsız hesablaşmalara bölünür. Nağdı hesablaşmalar
zamanı məhsulların satışı və xidmətlərin göstərilməsindən pul vəsaitləri müəssisələrin
kassasına mədaxil edilir. Satın alınan əmtəələrin və göstərilən xidmətlərin dəyəri
müəssisənin kassasından nağdı pulla ödənilir. Bu zaman kassada nağdı pulla aparılan
hesablaşmalarda kassa mədaxil-məxaric orderi və kassa kitabından istifadə edilir. Bü
sənədlərin müvafiq rekvizitləri vardır. Nağdsız hesablaşmalarda nağdı pul iştirak etmir,
hesablaşma bankın iştirakı ilə köçürmə yol ilə aparılır. Nağdsız hesablaşmanın
aparılması üçün müəssisələrə bankda hesab açılmalıdır. Hesabın açılması üçün
aşağıdakı sənədlər banka təqdim edilməlidir: xüsusi formada ərizə, müəssisənin dövlət
qeydiyyatından keçməsinə dair sənəd, nizamnamənin surəti, müəssisə rəhbəri və baş
mühasibin imzalarının surəti olan kartoçka, müəssisənin vergi orqanında qeydiyyatına
dair sənəd, müəssisənin statistika orqanında qeydiyyatına dair sənəd. Göstərilən
sənədləri yoxladıqdan sonra bank müəssisəyə hesab açır. Hesab açıldıqdan sonra
nağdsız hesablaşmalar üzrə pul vəsaitləri hesaba daxil olur və nağdsız ödəmələr
hesabdakı vəsaitlə aparılır. Nağdsız hesablaşmaların inkişafı pul tədavülü üçün böyük
əhəmiyyət kəsb edir. Belə ki, nağdsız hesablaşmaların əsas məqsədi, ödəmə
dövriyyəsində nağdı pulu əvəz etməkdir. Nağdsız hesablaşmalar pul vəsaitlərinin
dövriyyəsinin sürətlənməsinə kömək edir, material fondlarının hərəkətinə nəzarəti təmin
edir, tədavüldə olan pulların həcminin azalmasına, pul tədavülü xərclərinin aşağı
Dostları ilə paylaş: