Pedaqogikanın ümumi əsasları Plan


Qiymətləndirmə və qiymət meyarları



Yüklə 176,29 Kb.
səhifə63/141
tarix01.01.2022
ölçüsü176,29 Kb.
#102867
növüMühazirə
1   ...   59   60   61   62   63   64   65   66   ...   141
4. Qiymətləndirmə və qiymət meyarları

Qiymət - yerinə yetirilmiş tapşırığın dəqiqliyi və düzgünlü-yünün, şagirdlərin fəallıq və müstəqillik dərəcəsinin göstəricisidir. Qiymətləndirmə təlim işinə xasiyyətnamə verməkdir. Qiymətləndirmədə aşağıdakı cəhətlər nəzərə alınmalıdır.

- biliyin həcmi nəzərə alınmalıdır;

- biliyin dərk edilməsi nəzərə alınmalıdır;

- biliyin tətbiq edilməsi nəzərə alınmalıdır;

- biliyin ifadə olunması nəzərə alınmalıdır

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 yanvar 2009-cu il tarixli 9 nömrəli qərarı ilə "Azərbaycan Respublikasının ümumi təhsil sistemində Qiymətləndirmə Konsepsiyası" təsdiq edilmişdir. Həmin Konsepsiyaya görə müəyyən edilmiş yeni qiymətləndirmə sistemi aşağıdakıları təmin edir:

- təhsildə müsbət dəyişikliklərin aparılması üçün mühüm vasitə rolunun yerinə yetirilməsini;

- təhsilin keyfiyyəti üçün əsas göstərici olan "şagirdin təlim nəticələri" haqqında etibarlı məlumat verilməsini;

- qiymətləndirmə vasitəsilə şagirdin bilik və bacarıqları haqqında kifayət qədər məlumat əldə edildikdən sonra fənn kurikulumlarında və dərsliklərdə müvafıq dəyişikliklərin aparılmasını;

- təhsildə olan bəzi neqativ hallara qarşı mübarizə vasitəsi funksiyasını;

- qiymətləndirməyə yeni yanaşmaların yaddaşa əsaslanan qiymətləndirmənin əksinə olaraq, məntiqi təfəkkür vərdişlərinin inkişafına xidmət etməsini.




Yüklə 176,29 Kb.

Dostları ilə paylaş:
1   ...   59   60   61   62   63   64   65   66   ...   141




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin