Pedaqogikanın ümumi əsasları Plan


Təlim müvəffəqiyyətinin yoxlanılması və qiymətləndirilməsi



Yüklə 176,29 Kb.
səhifə61/141
tarix01.01.2022
ölçüsü176,29 Kb.
#102867
növüMühazirə
1   ...   57   58   59   60   61   62   63   64   ...   141
Təlim müvəffəqiyyətinin yoxlanılması və qiymətləndirilməsi

Plan:


  1. Təlim müvəffəqiyyətinə nəzarətin əhəmiyyəti

  2. Nəzarətin tərkib hissələri

  3. Təlim nəticələrinin yoxlanması üsulları

  4. Qiymətləndirmə və qiymətləndirmə meyarları

Ədəbiyyat:

1.Əliyev İ.İ. Pedaqogika (Mühazirələr kursu), Ali məktəblər üçün dərs vəsaiti. Naxçıvan, “Əcəmi” Nəşriyyat- Poliqrafiya Birliyi. 2017, 280 səh. s.132-140

2. Sadıqov F. Pedaqogika. Dərs vəsaiti. Bakı, Adiloğlu, 2012

3. Kazımov N.M. Məktəb pedaqogikası. Bakı, Çaşıoğlu, 2002


1. Təlim müvəffəqiyyətinə nəzarətin əhəmiyyəti

Müvəffəqiyyətə nəzarət dedikdə - təlim prosesinin gedişi və nəticələrinin qarşıya qoyulmuş məqsəd baxımından ümumiləşdirilməsi və təhlili başa düşülür. Müvəffəqiyyətə nəzarət şagirdlər üçün,müəllimlər üçündövlət üçün mühüm əhəmiyyət kəsb edir.

• Müvəffəqiyyətə nəzarətin şagirdlər üçün əhəmiyyətinə bunları daxil etmək olar: - şagirdlərin bilik və bacarıqlarının səviyyəsini üzə çıxarır; - qazanılmış nailiyyətlərin daha da inkişaf etdirilməsinə imkan verir; - nöqsan və çatışmazlıqları müəyyən etməyə və aradan qaldırmağa kömək edir; - şagirdlərdə təlim vəzifələrinə məsuliyyət hissi oyadır, onları özlərinə qarşı tələbkar olmağa təhrik edir.

• Təlim müvəffəqiyyətinə nəzarət müəilimin fəaliyyətində aşağıdakılar baxımından əhəmiyyətlidir: - müəllim təlim çətinliklərini və onların səbəblərini müəyyən edir; - təlim üsulunun düzgün seçilib-seçilmədiyi müəyyən edilir və lazım gələrsə, daha optimal üsul seçimi edilir; - şagirdlərin ümumi inkişafına nəzarət imkanları yaranır; - müstəqil işləmə səviyyələrinə uyğun təshihlər aparılır və s.

• Təhsil dövlət strategiyasının prioritet sahəsi olduğundan: - təlim prosesinin nəticələri daim dövlət nəzarəti altında olur; - təlimin nəticələrinin dövlət standartlarına uyğunluğu aşkar edilir; - gənc nəslin həyata hazırlıq səviyyəsi müəyyən edilir; - təhsilin təşkili və idarəedilməsinin daha müasir və demokratik formalarına keçilməsinin zəruriliyi müəyyənləşdirilir.

Nəzarətə verilən tələblər bunlardır: - nəzarətdə obyektivlik gözlənilməli, xeyirxahlıq hökm sürməlidir; - nəzarət müntəzəm aparılmalıdır; - nəzarətdə aşkarlıq olmalıdır; - nəzarət hərtərəfli aparılmalıdır; - nəzarət zamanı pedaqoji etika gözlənilməlidir.

Nəzarətin növləri:- cari nəzarət, tematik nəzarət, dövrü nəzarət, yekun nəzarət

Cari nəzarət hər bir dərsdə, ayrıca götürülmüş bir mövzunun tədrisi zamanı həyata keçirilir.

Tematik nəzarət bir neçə saata tədris olunan iri mövzular üzrə bilik və bacanqların şagirdlər tərəfindən nə dərəcədə mənimsənildi-yini aydınlaşdırmaq lazım gələndə tətbiq edilir.

Dövrü nəzarət. Tədris rübünün sonunda fənn üzrə keçilmiş mövzulara dair bilik və bacarıqların səviyyəsini müəyyən etmək üşün tətbiq olunur.

Yekun nəzarəti, adətən, tədris ilinin sonunda təşkil edilir. Fən-nin hissələri, bölmələri və mövzuları arasında daxili əlaqələrin şagirdlər tərəfindən nə dərəcədə şüurlu anlaşıldığını müəyyən etmək məqsədi daşıyır.


Yüklə 176,29 Kb.

Dostları ilə paylaş:
1   ...   57   58   59   60   61   62   63   64   ...   141




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin