Biliklərin möhkəmləndirilməsi və təkmilləşdirilməsi dərsinin quruluşu -Sinfin təşkili.Məqsəd və vəzifələrin izahı. Verilmiş tapşırığın yerinə yetirlməsi üçün gərəkli olacaq biliklərin təkrarı. Şagirdlərin müstəqil işi. Nəticə. Ev tapşırığı və qiymətləndirmə.
Təkrar və ümumiləşdirmə dərslərinin quruluşu: -Sinfin təşkili.Müəllimin giriş sözü, dərsin məqsəd və vəzifələrinin izahı. Şagirdlərin müstəqil işi. Nəticələrin yoxlanması və təshihi. Ev tapşırığı və qiymətləndirmə.
Yoxlama dərslərinin quruluşu: -Sinifin təşkili. Məqsəd və vəzifələrin izahı. Şagirdlərin müstəqil işi. Ev tapşırığı. -Yoxlama dərsləri şifahi aparıldıqda müstəqil işlərdən sonra yekunlaşdırma mərhələsi də ola bilər.
İnteqrativ dərslər İnteqrativ dərs dedikdə - bir mövzunun öyrədilməsi zamanı bir neçə fənnin materiallarından istifadə edilməsi başa düşülür. Dərsi bu tipdə keçmək üçün, hər şeydən əvvəl, əsas məqsəd müəyyən olunur, ondan sonra müvafiq təlim fənlərindən həmin məqsədin reallaşdırılması üçün zəruri olan məlumatlar seçilib müəyyən ardıcıllıqla istifadə olunur.
İnteqrativ dərslərin təşkili və keçirilməsinə verilən tələblər:
hər bir sinif üzrə il ərzində bu tipdə tədris olunacaq dərslərin sistemini müəyyən etmək;
hər bir dərsin planlaşdırılması, əsas və yardımçı məqsədlərin müəyyən edilməsi;
dərsin məzmununa yalnız əsas məqsədin tam reallaşdırılmasına yönəldilmiş materialları daxiletmək;
təlimin üsul və vasitələrini düzgün seçmək;
bu tip dərslərin tədrisinə, mümkün olduqca, digər müəllimləri, mütəxəssisləri cəlbetmək.
Müasir didaktikada, qeyri-ənənəvi adlandırılan dərs tipləri də mövcuddur. Bunlara aiddir:- fantaziya – dərslər;