3. Dərsə verilən tələblər Hər bir dərs təlim prosesinin əsas funksiyalarını yerinə yetirməlidir. Dərsə verilən tələblər aşağıdakı istiqamətlərdə qruplaşır:
-didaktik (öyrədici) tələblər;
-tərbiyəedici tələblər;
-inkişafetdirici tələblər;
-təşkilati tələblər
Didaktik tələblərə aiddir:
konkret dərsin, digər dərslər sistemində yeri və vəzifəsini dəqiq müəyyən etmək;
tədris proqramı və şagirdlərin hazırlıq səviyyəsinə müvafiq olaraq dərsin optimal məzmununu müəyyən etmək;
pedaqoji prosesin prinsiplərini həyata keçirmək;
daha səmərəli təlim üsulunu, priyom və vasitələrini, stimullaşdırma və nəzarət üsullarını seçmək;
kollektiv, qruplarla, fərdi işin müxtəlif növlərini əlaqələndirmək;
fənlərarası əlaqəni təmin etmək.
Tərbiyəedici və inkişafetdirici tələblərə aiddir:
təfəkkürün, hafizənin və diqqətin müxtəlif növlərinin formalaşdırılması;
əxlaqi keyfiyyətlərin, ətraf aləmin estetik qavranılmasının tərbiyəsi;
şagirdlərdə idraki maraqlar və təlimə müsbət münasibət motivləri tərbiyəsi;
şagirdlərin inkişaf səviyyəsinin və psixoloji xüsusiyyətlərinin hərtərəfli hesaba alınması;
biliklərə tələbat, onları təmin etmək bacarığı formalaşdırmaq;
şagirdləri özünütəhsilə hazırlamaq;
ünsiyyət yaratmaq təcrübəsinin zənginləşdirilməsi;
yaradıcılıq qabiliyyətlərinin inkişafı.
Təşkilati tələblərə aiddir:
dərsin planının olması;
dərsin aparılmasının dəqiq təşkili: vaxtında başlanması, təlim tempinin optimallığı, dərsin məntiqi tamlığı;
şüurlu dərs intizamının mövcudluğu;
təlimin texniki vasitələrindən, İKT-dən səmərəli istifadə;