6.Sözlə əməlin vəhdəti prinsipi. Bu prinsip şagirdlərin şüuruna və əhval-ruhiyyəsinə səmərəli təsir göstərməkdə həlledici əhəmiyyət kəsb edir. Vəhdət olan yerdə sözlə iş arasında fərq, uyğunsuzluq olmur, şüurdavranışa, söz əmələ mütabiq gəlir.
Müşahidələr göstərir ki, şagirdlərdən bəziləri danışanda bir söz deyil, işdə başqa cür hərəkət edirlər. Məsələn, onlar dərsə vaxtında gəlməyin, sinifdə sakit oturmağın vacib olduğunu deyir, lakin özləri üzürsüz dərs buraxır, sinfə zəngdən sonra girir, dərs zamanı şuluqluq salırlar; yaxud davranış mədəniyyəti və intizamlılığın əhəmiyyəti haqqında ağızdolusu danışır, lakin özlərinin əməli fəaliyyətlərində bağışlanılmaz kobudluğa yol verirlər. Ədəb ərkan qaydalarına əməl etməyin zəruriliyi haqqında başqalarına öyüd-nəsihət verir amma özləri məktəb əmlakını zay edir, tay tuşları ilə savaşırlar və s. Belə halları aradan qaldırmaq vəzifəsi ilk növbədə müəllimlərin öhdəsinə düşür və onlardan pedaqoji səriştə, rəngarəng üsullardan istifadə etmək bacarığı tələb olunur.
Tərbiyədə sözlə işin vəhdəti prinsipini rəhbər tutaraq müəllim, məsələn, “şagirdlər üçün qaydalar”dan hər hansı birinin əhəmiyyəti barədə uşaqlara müvafiq məlumat verdikdən sonra onları həmin qaydaya aid praktik işlərə cəlb etməlidir.
Mövzu 8
Tərbiyə prosesinin mahiyyəti və tərbiyənin prinsipləri
Plan:
Tərbiyə prosesinin xüsusiyyətləri
Tərbiyə prosesinin quruluşu
Tərbiyənin məzmunu
Tərbiyənin prinsipləri
ƏDƏBİYYAT:
1. Əliyev İ.İ. Pedaqogika (Mühazirələr kursu), Ali məktəblər üçün dərs vəsaiti. Naxçıvan, “Əcəmi” Nəşriyyat- Poliqrafiya Birliyi. 2017, 280 səh. s.150-163
2. Sadıqov F. Pedaqogika. Dərs vəsaiti. Bakı, Adiloğlu, 2012
3. Kazımov N.M. Məktəb pedaqogikası. Bakı, Çaşıoğlu, 2002
Dostları ilə paylaş: |