Kitab üzərində işin növlərinə aiddir: - dərsdə müəllimin rəhbərliyi ilə və evdə müstəqil surətdə. Kitab üzərində işləmə bacarıqlarına aiddir: sərbəst oxumaq və başa düşmək bacarığı, materalda öyrənilməsi əsas olanı tapmaq bacarığı, öyrənilmişlərin qeydiyyatını aparmaq bacarığı.
6.
Mövzu 5
Təlimin təşkilat formaları
Plan:
Təlimin təşkilat formaları haqqında
Dərs təlimin əsas təşkili forması kimi
Ev tapşırıqları
Ekskursiyalar
Fakultativ məşgələlər
Ədəbiyyat:
1.Əliyev İ.İ. Pedaqogika (Mühazirələr kursu), Ali məktəblər üçün dərs vəsaiti. Naxçıvan, “Əcəmi” Nəşriyyat- Poliqrafiya Birliyi. 2017, 280 səh. s.124-130
2. Sadıqov F. Pedaqogika. Dərs vəsaiti. Bakı, Adiloğlu, 2012
3. Qasımova L., Mahmudova R. Pedaqogika: mühazirə kursu. Bakı, BDU-nun nəşri, 2003
1. Təlimin harada, şagirdlərin nə kimi tərkibi ilə və necə təşkili təlimin təşkilat formalarını müəyyən edir. Təlimin təşkilat formaları müəyyən tarixi inkişaf yolu keçmiş təlim növlərinə əsaslanır. Təlimin növləri aşağıdakılardır:
- doğmatik təlim
- izahl-illustrativ –təlim
- problemli təlim
- proqramlaşdırlmış təlim
Doğmatik təlim zamanı real aləm, fakt və hadisələr, onlar arasındakı əlaqə və
asılılıqlar dəyişməz qaydalar doğmalar kimi təqdim olunur, şagirdlər bu materialıolduğu kimi yadda saxlayıb təkrarlayırlar.
İzahlı- illustrativ təlim növü materialı əyaniliyin iştirakı ilə izah etməyə,
şagirdlərin öyrəndiklərini yadda saxlayaraq səhvsiz təkrar etməsinə əsaslanır
Problemli təlim zamanı şagirdlər təlim problemlərinin həlli prosesində bilikləri
müstəqil şəkildə özləri qazanırlar.
Proqramlaşdırlmış təlim- əvvəlmədən planlaşdırılmış nəticəni əldə etmək üçün
ardıcıl əməliyyatlar sisteminin yerinə yetirilməsinə əsaslanır.
Tarixən təlimin təşkili müxtəlif formalarla həyata kecirilib:
fərdi təlim
fərdi-qruplarla təlim
qarşılıqlı təlim
qabiliyyətə görə diferensiallaşdırılmış təlim
sinif-dərs sistemi.
2. Sinif- dərs sistemi ən geniş yayılmış təlim formasıdır. Bu sistemin əsas xüsusuyyətləri bunlardır:
- eyni yaş dövrünə və hazırlıq səviyyəsinə aid şagirdlərin sabit tərkibi
- hər bir sinifdə təlimin illik plan əsasında aparılması
- təlim prosesi bir-biri ilə qarşılıqlı əlaqədə olan hissələrin (dərslərin) ardıcıllıqla baş verməsi əsasında həyata keçirilir.
- hər bir dərs müəyyən fənnə aiddir.
- müəllimin aparıcı rolu
Şagirdlərin əmək və istirahətinin növbələşdirilməsi.
3.Keçirilmə yerindən, iştirakçıların tərkibi və keyfiyyət formalarından, vaxtından, materialın optimal şəkildə şagirdlərə çatdırılmasından və s. asılı olaraq konkret təlim məqsədinin daha səmərəli nəticələnməsinə imkan verən formaları “təlimin təşkilinin digər formaları” şərti adı altında qruplaşdırmaq olar. Bu formaları ayrı -ayrı müəlliflər müxtəlif cür təsnif edirlər. Məsələn, 1. Ekskursiyalar 2. Seminarlar. 3. Ev tapşırıqları. 4. Əlavə məşğələlər. 5. Məsləhətlər. (M.Muradxanov və b.)
Yaxud: 1. Tədris ekskursiyası. 2. Fakultativ məşğələ. 3. Praktikum. 4. Şagirdlərlə əlavə məşğələ. 5. Evdə şagirdlərin tədris işi. 6. Mühazirə. 7. Zaçot (məqbul). 8. İmtahan. (N.Kazımov, Ə.Həşimov)
Başqa bir təsnifat: 1. Ekskursiya. 2. Ev tapşırığı. 3. Fakültativ məşğələ. 4. Əlavə məşğələ. 5. Mühazirə. 6. Seminar məşğələləri. 7. Praktik məşğələ. 8. İmtahan. 9. Praktikum. 10. Məsləhət və s. (L.Qasımova, R. Mahmudova)
Təlimin təşkili formalarını təsnif edərkən nəzərə alınmalıdır ki: - obyektlər hansı əlamətlərinə görə qruplaşdırılır; - eyni anlayış yalnız bir təsnifata daxil edilsin. Məsələn. “mühazirə”, “seminar”, “praktikum” anlayışalrı pedaqoji ədəbiyyatda eyni müvəffəqiyyətlə həm təlim üsulu, həm dərs tipi, həm də təlimin təşkilat forması kimi verilir. Yaxud “imtahan”, “zaçot” anlayışları təlimdə nəzarət üsulu kimi də verilir, təlimin təşkili forması kimi də və s.
Təlimin ən çox istifadə olunan təşkilat formaları bunlardır: - dərs; - ev tapşırıqları; - ekskursiyalar.
Dostları ilə paylaş: |