Pediatriya ixtisası üzrə nümunəvi test sualları 13. 09. 2012-ci IL tarixində əlavə olunub


) Hansı preparatın təyini zamanı osteoparoz əmələ gəlmə ehtimalı artır?



Yüklə 1,28 Mb.
səhifə3/13
tarix06.06.2018
ölçüsü1,28 Mb.
#52849
1   2   3   4   5   6   7   8   9   ...   13

142) Hansı preparatın təyini zamanı osteoparoz əmələ gəlmə ehtimalı artır?

A) Makrolidlər

B) Trental

C) Veroşpiron

D) Triamsinolon

E) Laziks
Ədəbiyyat: Т. В. Сергеева. «Лечение гломерулонефрита у детей» 2001.г.
143) Tubulointerstitsial nefritin müalicəsinə daxildir:

A) Antioksidantların təyini

B) Mübadilə pozğunluqlarının korreksiyası

C) Sadalananların hamısı

D) Pəhriz terapiyası

E) Böyrək hemodinamikasını yaxşılaşdıran preparatların təyini
Ədəbiyyat: Э. А. Юрьева. «Диагностический справочник нефролога» 2007г
144) Amiloidoza nə zaman tez-tez rast gəlinir?

A) Tubulointerstitsial nefritdə

B) Tubulopatiyalarda

C) Pielonefritdə

D) Qlomerulonefritdə

E) Revmatoid artritində
Ədəbiyyat: С. И. Рябов. «Нефрология» 2000г.
145) Sistit üçün hansı simptom xarakterik deyil?

A) Sidikifrazı zamanı sancı

B) Bel nahiyyəsində ağrı

C) Pollakuriya

D) Diz üstündə ağrı

E) Dizuriya
Ədəbiyyat: Э. А. Юрьева. «Диагностический справочник нефролога» 2007г
146) Pielonefrit zamanı adətən böyrəyin hansı funksiyası pozulmur?

A) Nefronun proksimal hissəsi

B) Henle ilgəyi

C) Nefronun tubulyar hissəsi

D) Nefronun distal hissəsi

E) Yumaqcıq
Ədəbiyyat: М. М. Хаджиалиева. «Пиелонефрит у детей» 2006г.
Bölmə 9. Qan yaradıcı üzvlərin xəstəlikləri. Hemorragik xəstəlikər.
147) Hamilə qadında dəmir çatmamazlığı səbəbinə hansı aid deyil?

A) Hədsiz alkohol qəbulu

B) Gur menstruasiyalar

C) Vegetarianlıq

D) Tez-tez hamiləlik

E) Uzunmüddətli laktasiya
Ədəbiyyat: Кузмина Л.А. Гематология детского возраста. М. 2001.
148) Dəmir çatmamazlığının kliniki əlamətlərinə hansı aid deyil?

A) Ürək zirvsində sistolik küy

B) Dərinin, tüklərin və dişlərin distrofik dəyişilikləri

C) Selikli qişaların avazıması

D) Splenomeqaliya (1 yaşdan yuxarı)

E) Koylonixiyalar
Ədəbiyyat: Кузмина Л.А. Гематология детского возраста. М. 2001.
149) Hansı ərzaq məhsullarından dəmir daha yaxşı mənimsənilir?

A) Nar

B) Ət


C) Balıq

D) Alma


E) Qarabaşaq
Ədəbiyyat: Воробьев А.С. «Руководство по гематологии» 2002г.
150) Talassemiya üçün hansı kliniki əlamət xarakter deyil?

A) Purpura

B) Kardiopatiya

C) Hepatomeqaliya

D) Splenomeqaliya

E) Osteoparoz
Ədəbiyyat: Кузмина Л.А. Гематология детского возраста. М. 2001.
151) Talassemiya üçün hansı əlamət xarakter deyil?

A) Zərdabda dəmirin artması

B) Zərdabda dəmirin azalması

C) Fetal hemoqlobinin artması

D) Hipoxrom anemiya

E) Elektrofarez zamanı anormal hemoqlobinlərin aşkar edilməsi
Ədəbiyyat: Кузмина Л.А. Гематология детского возраста. М. 2001.
152) Hemolizin əsas hemotoloji əlaməti hansıdır?

A) Anemiya

B) Retikulositoz

C) EÇS-in yüksəlməsi

D) Polisitemiya

E) Trombositoz
Ədəbiyyat: Кузмина Л.А. Гематология детского возраста.М. 2001.
153) Kəskin leykoz zamanı mütləq vacib olmayan müayinə hansıdır?

A) Sternal punksiya

B) Sistoqrafiya

C) Döş qəfəsinin rentgenoqrafiyası

D) Qanın kliniki analizi

E) Qarın boşluğu üzvlərinin və limfa vəzilərinin USM
Ədəbiyyat: Кузмина Л.А. Гематология детского возраста. М. 2001.
154) Limfoqranulamatoza xarakterik olmayan şikayət hansıdır?

A) Dəridə qaşınma

B) Titrəmə ilə birgə temperatur reaksiyası

C) Ümumi zəiflik

D) Qanaxma

E) Tərləmə
Ədəbiyyat: Воробьев А.С. «Руководство по гематологии» 2002г
155) Splenomeqaliya hansı xəstəlik üçün xarakterik deyil?

A) Dəmirdeffisitli anemiya üçün

B) Sepsis üçün

C) Brusellyoz üçün

D) Hepatit üçün

E) Anadangəlmə sifilis üçün
Ədəbiyyat: Воробьев А.С. «Руководство по гематологии» 2002г
156) DDl-sindromunun əmələ gəlməsinə nə səbəb olmur?

A) Qanın özlülüyünün artması

B) Mikroangiospazm, venoz durğunluq

C) Qan dövranının sürətinin azalması

D) Qanın özlülüyünün azalması

E) Qızdırma
Ədəbiyyat: Воробьев А.С. «Руководство по гематологии» 2002г
157) Hemofiliya zamanı daha informativ müayinə hansıdır?

A) Hemoqlobin

B) Trombositlərin sayılması

C) Laxtalanma müddətinin təyini

D) Laxtalanmanın plazma faktorlarının təyini

E) Qanaxma müddətinin təyini
Ədəbiyyat: Воробьев А.С. «Руководство по гематологии» 2002г
158) A hemofiliyası zamanı hansı hemopreparat yeridilməlidir?

A) Uzunmüddət saxlanılmış qanın köçürülməsi

B) Anadan birbaşa qanın köçürülməsi

C) Birbaşa qanın köçürülməsi

D) “Yuyulmuş” eritrsitlər

E) VIII faktorun konsentratı
Ədəbiyyat: Кузмина Л.А. Гематология детского возраста.М. 2001.
159) Hemolitik anemiya diaqnozu nə vaxt şübhə doğurmur?

A) Retikulositlərin miqdarının artmasında

B) Hemoqlobinin səviyyəsinin enməsi zamanı

C) Eritrositlərin yaşama müddətinin enməsi zamanı

D) Eritrositlərin osmotik rezistentliyinin dəyişilməsi zamanı

E) Rəng göstəricisinin artması zamanı
Ədəbiyyat: Кузмина Л.А. Гематология детского возраста.М. 2001.
160) Fol defisitli anemiyanın səbəblərinə hansı daha az daxildir?

A) Keçi südü ilə qidalanma

B) Fenobarbital qəbulu

C) Mədə-bağırsaq sistemi xəstəlikləri

D) Hamiləlik

E) Xroniki qanitirmə
Ədəbiyyat: Кузмина Л.А. Гематология детского возраста.М. 2001.
161) Hansı əlamət oraqvari anemiyanın klinikasına aid deyil?

A) Artrozlar

B) Hemorragik krizlər

C) Anemiya

D) Aplastik krizlər

E) Sarılıq
Ədəbiyyat: Шабалов Н.П. Детские болезни. С.Петербург-2006
162) Trombositopenik purpurada qanaxmanın tipi necə olur?

A) Profuz

B) Angiomatoz

C) Petexial-ləkəli

D) Hematomalı

E) Qarışıq
Ədəbiyyat: Секреты неотложной терапии. Стивен Селбст, Кейт Кронэн. Москва. 2006
Bölmə 10. İntensiv terapiya və reanimasiya.
163) Aşağıdakı tədbirlərdən hansı biri uşaqlarda kəskin tənəffüs çatmamazlığı zamanı aparılan təxirəsalınmaz yardıma aid deyil?

A) Turşu-qələvi müvazinətinin korreksiyası

B) Sirkulyasiya edən qanın həcminin bərpası

C) Oksigenoterapiya

D) Vitaminoterapiya

E) Tənəffüs çatmamazlığının aradan qaldırılması
Ədəbiyyat: Э. К. Цыбулькин. «Неотложная педиатрия в алгоритмах» 1998г.
164) Kəskin larinqotraxeit zamanı nə aşkar edilmir?

A) Səsin dəyişməsi

B) Kobud hürücü öskürək

C) Tənəffüs çatmamazlığı

D) Nəfəsalmanın uzanması

E) Döş qəfəsinin çıxıntılı hissələrinin gərilməsi
Ədəbiyyat: Э. К. Цыбулькин. «Неотложная педиатрия в алгоритмах» 1998г.
165) Aşağıdakılardan hansı biri bir çox pataloji hallar zamanı infuzion terapiyanın başlanğıc mərhələsinin əsas məqsədi hesab olunur?

A) Sirkulyasiya edən plazmanın həcmini bərpa etmək

B) Ekstrasellular mayenin həcmini bərpa etmək

C) Sirkulyasiya edən eritrositlərin həcmini bərpa etmək

D) Dezintoksikasiya

E) Kalium defisitinin aradan qaldırılması
Ədəbiyyat: В. С. Михельсон. «Реанимация и анестезиология» 1987г.
166) Zəhərli göbələklə zəhərlənmə zamanı nə baş verir?

A) Hemorragik sindrom

B) Kəskin böyrək çatmamazlığı

C) Kəskin qaraciyər çatmamazlığı

D) Ağciyərlərin ödemi

E) Qıcolma sindromu
Ədəbiyyat: Э. К. Цыбулькин. «Угрожающие состояние у детей (экстренная врачебная помощь)» 2000г
167) Atropinəbənzər maddələrlə zəhərlənmə zamanı nəyi müşahidə etmək olar?

A) Arasıkəsilməz qusma

B) Tonik-klonik qıcolmalar

C) Dərinin hiperemiyası, selikli qişaların quruluğu, bəbəklərin genişlənməsi

D) Salivasiya, bronxospazm, bəbəklərin daralması

E) Huşun itməsi, bəbəklərin daralması
Ədəbiyyat: Э. К. Цыбулькин. «Угрожающие состояние у детей (экстренная врачебная помощь)» 2000г
168) Aşağıdakılardan hansı biri ürəyin dayanması zamanı aparılan reanimasiyon tədbirlər sırasına aid deyil?

A) “Ağızdan ağıza” ASV

B) Ürəyin qapalı massajı

C) Magistral damarlara soyuq qoyulması

D) Həyəcan siqnalının verilməsi

E) Zədələnən şəxsi sərt yerə uzatmaq
Ədəbiyyat: В. С. Михельсон. «Реанимация и анестезиология» 1987г.
169) Erkən yaşlı uşaqlarda generalizəolunmuş qıcolmaların daha tez-tez rast gəlmə səbəbi hansıdır?

A) Kəskin zəhərlənmə

B) Baş beynin travması

C) Epilepsiya

D) Irinli meningit

E) Virus infeksiyaları zamanı ensefalitik reaksiyalar
Ədəbiyyat: В. С. Михельсон. «Реанимация и анестезиология» 1987г.
170) Ürəyin effektiv qapalı massajı zamanı aşağıdakılardan hansı olmaya bilər?

A) Bəbəklərin daralması

B) Dəri və selikli qişaların rənginin yaxşılaşması

C) Ürək fəaliyyətinin bərpası

D) Iri arteriyalar üzərində nəbz

E) Perferik damarlar üzərində nəbz
Ədəbiyyat: В. С. Михельсон. «Реанимация и анестезиология» 1987г.
171) İntubаsiyаnın аpаrılmаsındа əlаvə göstərişlərə nə аid deyil?

A) Huşun səviyyəsinin zəifləməsi

B) Taxipnoe

C) Müаlicəyə bахmаyаrаq PCO2-nin (kаrbоn qаzının pаrsiаl təzyiqi) аrtmаsı

D) Apnое


E) Üzülmə
Ədəbiyyat: Azərbaycan Respublikası Səhiyyə nazirliyinin dəstəyi ilə Beynəlxalq Tibb Korpusu və Con Hopkins Universiteti tərəfindən tərtib olunub “ Təcili tibbi yardım təbabəti” Bakı 2007.
172) Аstmаtiк stаtusdа nə göstərişdir?

A) β– blокаtоrlаr

B) β – stimulyаtоrlаr

C) Bаrbiturаtlаr

D) Antihistаminlər

E) Qlüкокоrtiкоid hоrmоnlаr
Ədəbiyyat: Azərbaycan Respublikası Səhiyyə nazirliyinin dəstəyi ilə Beynəlxalq Tibb Korpusu və Con Hopkins Universiteti tərəfindən tərtib olunub “ Təcili tibbi yardım təbabəti” Bakı 2007.
Bölmə 11. Yoluxucu və parazitar xəstəliklər və vərəm.
173) Aşağıdakılardan hansı qızılçanın səpmə dövrü üçün tipik xüsusiyyət deyil?

A) Ardıcıl olaraq səpkilərin yaranması və sönməsi

B) Normal hərarət olduqda səpkinin əmələ gəlməsi

C) Kataral əlamətlərin olması

D) Birləşmə tendensiyalı xallı-düyünlü səpkilər

E) Səpkilərin yaranma vaxtı hərarətin və toksikozun artması
Ədəbiyyat: В.Ф. Учайкин Детские инфекционные болезни . «Медицина» . Москва. 2004
174) Ağız və udlaq nahiyəsində toksiki difteriya formasında aşağıdakı fəsadlardan hansı ola bilməz?

A) Ensefalit

B) Miokardit

C) Toksik nefroz

D) Zəif periferik iflic inkişaf etməklə polikulonevrit

E) Kəllə-beyin sinirlərinin nevriti (Yumşaq damağın iflici, oftalmoplegiya)
Ədəbiyyat: В.Ф. Учайкин Детские инфекционные болезни . «Медицина» . Москва. 2004
175) Epidemik parotit zamanı nə inkişaf etmir?

A) Pankreatit

B) Tireoidit

C) İrinli meningit

D) Orxit


E) Seroz meningit
Ədəbiyyat: N.M.Hüseynova, M.Q.Qurbanov. Uşaq infeksion xəstəlikləriBakı, 2005.
176) Qrip üçün nə səciyyəvi deyil?

A) Hemorragik sindrom

B) İnaq


C) Hipertermiya (yüksək hərarət)

D) Sarılıq

E) Qıcolma sindromu
Ədəbiyyat: N.M.Hüseynova, M.Q.Qurbanov. Uşaq infeksion xəstəlikləri. Bakı, 2005.
177) Salmanellyozlu xəstələrdə törədicini harada aşkar etmək olar?

A) Qusuntu kütləsində

B) Göstərilən bütün biosubstratlarda

C) Nəcisdə

D) Sidikdə

E) Qanda
Ədəbiyyat: M.Q.Qurbanov, N.M.Hüseynova. Uşaqlarda kəskin bağırsaq infeksiyaları. Bakı. 2005.
178) Gastroenteritin rotavirus üçün xarakterik olmayan simptomları hansılardır?

A) I-II dərəcəli eksikoz

B) Hərarət, əsasən subferil, kafi intoksikasiya

C) Təkrarlanan qusma

D) Az fasiləli, kütləli, sulu nəcis

E) Az fasiləli, selikli və qanlı nəcis
Ədəbiyyat: В.Ф. Учайкин Детские инфекционные болезни . «Медицина» . Москва. 2004
179) Botulizmin kliniki mənzərəsində adətən nə müşahidə olunmur?

A) Hepatolienal sindrom

B) Görmə qabiliyyətinin pozğunluğu ( dumalılıq və ikiləşmə)

C) Tənəffüs pozğunluğu

D) Udma qabiliyyətinin pozulması

E) Miasteniya
Ədəbiyyat: В.Ф. Учайкин Детские инфекционные болезни . «Медицина» . Москва. 2004
180) Vəbanın müalicəsində əsas rehidratasion preparatlar hansılardır?

A) Kolloid məhlullar

B) Hipertonik duzlu məhlullar

C) Fizioloji məhlul

D) Plazma

E) Standart duzlu məhlullar
Ədəbiyyat: В.Ф. Учайкин Детские инфекционные болезни . «Медицина» . Москва. 2004
181) Enterovirus infeksiyası üçün xarakter olmayan hansıdır?

A) Yüngül hərarətin kifayət qədər diareya ilə uyğun gəlməməsi

B) Hemokolitin inkişafı

C) Ağız-udlaqda katoral dəyişikliklər

D) Ekzantemanın meydana çıxması

E) Erkən hepatosplenomeqaliya
Ədəbiyyat: В.Ф. Учайкин Детские инфекционные болезни . «Медицина» . Москва. 2004
182) Əksər seroz meningitlərinin etilogiyası nələrdir?

A) Vərəm

B) Virus-bakterial

C) Parotit və enterovirus

D) Adenovirus

E) Qrip
Ədəbiyyat: В.Ф. Учайкин Детские инфекционные болезни . «Медицина» . Москва. 2004
183) Kimlər HİV infeksiyasının yoluxma mənbəyi sayıla bilməz?

A) Opportunist xəstəliklər dövründə olan xəstələr

B) Kliniki əlamətlər müşahidə olunmayan xəstələr

C) Kəskin HİV infeksiyalı xəstələr

D) Ev və ya vəhşi heyvanlar

E) HİV-ə yoluxan hamilələr
Ədəbiyyat: В.Ф. Учайкин Детские инфекционные болезни . «Медицина» . Москва. 2004
184) 2TE PPD-L –lə tuberkulin sınağı zamanı hansı ölçülü indurasiya insanın VMB yoluxmaya şübhə yaradır?

A) 3mm

B) 4mm


C) Hiperemiya

D) 1mm


E) 5mm –dən böyük
Ədəbiyyat: Əli İnsanov. Vərəm. Bakı,2004
Bölmə 12. Qarışıq ixtisaslar. Qulaq- boğaz- burun xəstəlikləri.
185) Udlaqarxası absesi nə ilə differensasiya etmək lazımdır?

A) Tonzilitlə

B) Allergiya mənşəli şiş ilə

C) Nəfəs yollarında yad əşya ilə

D) Sadalanan hər bir xəstəliklə

E) Paratonziliar abseslə
Ədəbiyyat: Клинические рекомендации ведение больных, раздел оториноларингология, под ред. А. Г. Чучалина.2008г.
186) Hansı xəstəlik adətən anginanın fəsadı kimi əmələ gəlmir?

A) Revmatizm

B) Stomatit

C) Paratonzilliar abses

D) Perintonzilit

E) Çənəaltı limfadenit
Ədəbiyyat: Пальчун В.Т. «Оториноларингология: национальное руководство» 2008г
187) Otit zamanı nə məsləhət görülmür?

A) Qulağa spirtli damcıların təyini

B) İsti saxlamaq

C) Burun boşluğuna damaryığıcı preparatların təyini

D) Antibakterial terapiya

E) İnhalasiya müalicəsi
Ədəbiyyat: Scottish Intercollegiate Guidelines Network: Diagnosis and management of childhood otitis media in primary care. 2003.
188) Kəskin haymorit zamanı əlavə müayinə metodlarına aid olmayan hansıdır?

A) Zimnitski və Neçiporenko üsulu ilə sidiyin analizi

B) Qanın biokimyavi analizi

C) Flora və antibiotikoqrammaya görə burun ifrazatından yaxma

D) Qan analizi

E) Burun ciblərinin rentgenoqrafiyası
Ədəbiyyat: Пальчун В.Т. «Оториноларингология: национальное руководство» 2008г.
189) Otit və mastoidit xəstəliyi olan uşaqın müayinəsində hansı üsuldan istifadə olunmur?

A) Ezofaqoskopiya

B) Əsnəkdən yaxma

C) Qanın analizi

D) Sidiyin analizi

E) Gicgah sümüklərin rentgenografiyası
Ədəbiyyat: Пальчун В.Т. «Оториноларингология: национальное руководство» 2008г.
190) Kəskin herpetik stomatitin etioloji müalicəsi hansıdır?

A) Virus əleyhinə müalicə

B) Antibakterial dərmanlar

C) Pəhriz

D) Qızdırmanı aşağı salan vasitələr

E) Antiseptik məhlullarla ağız boşluğunu yaxalamaq
Ədəbiyyat: О.Е. Ткачук «Стоматология детского возраста» 2006.
191) Pəhrizdə qida komponentlərindən hansı artıq olduqda dişlərin kariesinin inkişafına şərait yaradır?

A) Şəkər

B) Maye


C) Xörək duzu

D) Kalsium

E) Yağlar
Ədəbiyyat: О.Е. Ткачук «Стоматология детского возраста» 2006.
192) Dişlərin laxlaması, diş ətinin qanaması (parodontal sindrom) nə vaxt baş verə bilər?

A) Nefritdə

B) Respirator-virus xəstəlikləri zamanı

C) Birləşdirici toxumanın sistem xəstəliklərində

D) Neytropeniya zamanı

E) “Kollagenozlarda “
Ədəbiyyat: Н.В.Курякина . «Терапевтическая стоматология детского возраста» 2004
193) Şəkərli diabet xəstəliyinə xas olmayan əlamət hansıdır?

A) Polifagiya

B) Arıqlama

C) Sidik ifrazının tezləşməsi

D) Yanğı hissi

E) Uşağın kövrək, ağlağan olması
Ədəbiyyat: Жуковский М. А. «Детская эндокринология» 1992г.
194) Şəkərli diabet xəstəliyinə xas olmayan əlamət hansıdır?

A) Ekzoftalm

B) Dəridə qaşınma yerləri

C) Poliuriya

D) Yanğı hissi

E) Dərinin quruluğu
Ədəbiyyat: Жуковский М. А. «Детская эндокринология» 1992г.
195) Adrenogenital sindromun duzitirmə formasında xarakter olan əlamət hansıdır?

A) Bütün sadalananlar

B) Hiponatremiya

C) Virilizm

D) EKQ-də T dişciyinin itiləşmiş yüksəkliyi

E) Hiperkalemiya
Ədəbiyyat: Жуковский М. А. «Детская эндокринология» 1992г.
196) “Diabetik ketoasidotik koma” diaqnozunu təsdiqləyən əlamətlərə aid olmayan hansıdır?

A) “Göz almalarının yumşaqlığı”

B) Huşsuz vəziyyət

C) Ağ ciyərlərdə çoxlu xırıltının olması

D) Dərinin quruluğu

E) Kussmaul tip tənəffüs
Ədəbiyyat: Жуковский М. А. «Детская эндокринология» 1992г.
197) Xroniki böyrəküstü vəz çatışmazlığında ( Addison xəstəliyi) nə müşahidə edilir?

A) Dəridə hiperpiqmentasiya

B) İştahanın artması

C) Əllərin tremoru

D) Dərinin sarılığı

E) Qıcolmalar
Ədəbiyyat: Жуковский М. А. «Детская эндокринология» 1992г.
198) 3 aylıq uşağın dayaq reaksiyalarının və avtomatik yerişinin sönməsi nəyi bildirir?

A) Proqradient xəstəliklərini

B) Onurğa beyninin zədələnməsini

C) Hərəki inkişafın düzgünlüyünü

D) Raxiti

E) Davamlı serebral defekti
Ədəbiyyat: Н.П. Шабалов «Детские болезни» 2005
199) Sağlam uşaq nə vaxt qarını üstə çevrilə bilir və əlindən tutduqda oturur?

A) 5-6 aylarında

B) 3-4 aylarında

C) 8-9 aylarında

D) 6-7 aylarında

E) 4-5 aylarında
Ədəbiyyat: Барашнев Ю. И. «Перинатальная неврология» М. 2001.г.
200) Qıcolma statusunun aradan qaldırılması üçün hansı daha effektlidir?

A) Barbituratlar

B) Droperidol, aminazin

C) Vena daxili seduksen 0,35 -0,5 mq/kq dozada

D) Konvuleks

E) Vena daxili seduksen 0,1 mq/kq dozada
Ədəbiyyat: Барашнев Ю. И. «Перинатальная неврология» М. 2001.г.
201) Pilorostenoz zamanı qusma nə ilə səciyyələnir?

A) Bol qusma ilə

B) Hər qidalanmadan sonra yaranan qusma ilə

C) Cuzi qaytarma ilə

D) Uşağın bir dəfəyə yediyindən az miqdarda qusma

E) “Fontan” qusma ilə
Ədəbiyyat: Ş.B.Quliyev. “Cərrahi xəstəliklər” 2000-ci il.
202) Kəskin appendisit üçün xarakterik deyil?

A) Sağ qalça nahiyyəsində əzələlərin gərginliyi və ağrılar yuxu zamanı özünü aydın biruzə verir

B) Baş ağrısı

C) Nəbzin tezliyinin və bədən hərarətinin “tərs mütənasibliyi” (hərarət – 37,6°C, nəbz - 130' dəqiqədə)

D) Xəstəliyin ilk saatlarında bədən hərarəti yüksək deyil, xəstəliyin şiddətlənməsi ilə yüksəlir

E) Qusma
Ədəbiyyat: Ş.B.Quliyev. “Cərrahi xəstəliklər” 2000-ci il
203) Əyripəncəliyi hansı yaşda müalicə etmək mütləq vacibdir?

A) 1 yaşından

B) 3 yaşından

C) 5 yaşından

D) 6 ayından

E) Həyatın ilk günlərindən
Ədəbiyyat: N.V.Kornilov, E.T.Qryaznuxin, V.İ.Ostaşko. “Ortopediya” 2001.-ci il
204) Hansı simptom uşağın təcili cərrahi stasionara yerləşdirilməsini tələb edir?

A) Qarın əzələlərinin gərginliyi

B) Tezləşən duru nəcis

C) Bayılma

D) Bədən hərarəti 38°C

E) Təkrarlanan qusma
Ədəbiyyat: K.U.Aşkraft, T.M.Xolder. “Uşaq cərrahiyyəsi” 1997-ci il
205) Konyuktivit nə vaxt müşahidə edilə bilər?

A) Qızılcada

B) Adenovirus infeksiyaları zamanı

C) Bütün saydıqlarımız hallarda

D) İersiniozda

E) Qurdeşənəyi zamanı
Ədəbiyyat: Е.И. Сидоренко «Офтальмология». 2002
206) Hansı preparatı uzun müddət təyin etdikdə katarakta baş verə bilər?

A) İbuprofen

B) Prestarium

C) Stuqeron

D) Metipred

E) Selanid
Ədəbiyyat: Е.И. Сидоренко «Офтальмология» 2002.
207) Göz hansı xəstəlikdə çox vaxt zədələnir?

A) Reaktiv artrit zamanı

B) Dermatomiozitdə

C) Yuvenil revmatoid artriti zamanı

D) Revmatizm zamanı

E) Sklerodermiya zamanı
Ədəbiyyat: Е.И. Сидоренко «Офтальмология» 2002.
208) Atopik dermatitin əsas əlamətlərinə aid olmayan hansıdır?

A) Nəmlənmə

B) Erimatoz-skvamoz ocaqlar ekzematizasiya ilə

C) Erimatoz-skvamoz ocaqlar, lixenizasiya ilə

D) Dəri qaşınması

E) Diareya
Ədəbiyyat: Ю.К.Скрипкина. Кожные и венерические болезни.М.1996
209) Sadə ixtiozun klinik əlamətlərinə aid olmayan hansıdır?

A) İri və orta lövhəli qabıqlanma

B) Saçın tökülməsi

C) Dərinin quruluğu

D) Pustulyoz elementləri

E) Dırnaqların distrofiyası
Ədəbiyyat: Ю.К.Скрипкина. Кожные и венерические болезни.М.1996
210) Atopik dermatitin müalicəsinə aid olmayan hansıdır?

A) Anafilaksiya mediatorlarının blokatorları

B) Fermentlər

C) Hipoallerqen pəhriz

D) Antihistamin preparatlar

E) Antibakterial preparatlar
Ədəbiyyat: Ю.К.Скрипкина. Кожные и венерические болезни.М.1996
211) Məhdud sklerodermiyanın əsas klinik əlamətlərinə aid olmayan hansıdır?

A) Dəri distrofiyası

B) Qaşınma

C) Dərinin atrofiyası

D) Zədələnmə nahiyasində bərkimə və indurasiyalar

E) Tünd qırmızı-bənövşəyi rəngdə olan ödemli ləkə
Ədəbiyyat: Ю.К.Скрипкина. Кожные и венерические болезни.М.1996
212) Uşaqlarda sifilis zamanı nadir halda zədələnən orqan hansıdır?

A) Böyrəklər

B) Ağ ciyərlər

C) Ürək

D) Limfa düyünləri



E) Qara ciyər
Ədəbiyyat: Суворова К.Н. Детская дерматовенерология. Казань. 1996
213) Kəskin şüa xəstəliyinin erkən kliniki əlamətlərinə nə aiddir?


Yüklə 1,28 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin