304
Allahdan günahlarının bağışlanmasını diləmək
1416. Cünahların bağışlanmasını diləmək.
Quran:
«Bir günah iş gördükləri, yaxud zülm etdikləri zaman Allahı yada salıb günahlarının bağışlanmasını diləyənlər....»1
«Hər kəs pis iş gördükdən və ya özünə zülm etdikdən sonra Allahdan bağışlanmağını dilərsə, Allahın bağışlayan və mərhəmətli olduğunu görər»2.
Hədis:
4813. Loğman (ə) (Öz övladına tövsiyyəsi):–«Övladım! Məbada, xoruz səndən zirək olsun və sən yuxuda olarkən səhər erkən oyansın və bağışlanmasını diləsin!»3
4814. Allahın Peyğəmbəri (s): «Ən yaxşı dua günahlarının bağışlanmasını diləməkdir.»4
4815. Allahın Peyğəmbəri (s): «Ən yaxşı ibadət istiğfar (günahlarının bağışlanmasını istəmək) etməkdir.»5
4816. Allahın Peyğəmbəri (s): «Çox istiğfar edin. Çünki Allah istiğfarı sizə yalnız ona görə öyrətmişdir ki, günahlarınızı bağışlasın.»6
4817. İmam Əli (ə): «Günahlarının bağışlanmasını istəyən və bununla belə naümid olana heyrət edirəm.»7
4818. İmam Əli (ə): «Günahlarının bağışlanmasını diləməklə özünüzü ətirləndirin ki, günahlarınızın iyi sizi rüsvay etməsin.»2
4819. İmam Əli (ə): «Hər kəsə günahlarının bağışlanmasını diləmək (neməti) verilibsə, əfvdən məhrum qalmaz.»3
4820. İmam Sadiq (ə): «Bəndə günah iş görəndə, səhər tezdən gecəyə qədər ona möhlət veririk. Əgər günahlarının bağışlanmasını diləsə, o günah yazılmır.»4
1417. Əfv diləmək və ruzinin artması.
Quran:
«Və Rəbbinizdən bağışlanmağınızı diləyəsiniz. Sonra Ona tövbə edin ki, müəyyən edilmiş müddətdə sizə yaxşı ruzi versin və öz fəzlindən hər bir əməl sahibinə mükafatını ehsan buyursun.»5
«Ey camaatım! Rəbbinizdən bağışlanmanızı diləyin. Sonra Ona tövbə edin ki, göydən sizə bol yağış göndərsin, qüvvətinizin üstünə bir qüvvə də artırsın. Günahkarlar kimi üz döndərməyin.»6
Hədis:
4821. Allahın Peyğəmbəri (s): «Hər kim çox bağışlamaq dilərsə, Allah onun hər qəmi üçün bir fərəc, çətinliyi üçün bir çıxış yolu qoyar.»7
4822. İmam Əli (ə): «Tövbə etmək ruzini artırar.»8
4823. İmam Əli (ə): «Tövbə edin ki, ruzi verilsin.»9
1418. Allaha yaxın insanların bağışlanmaq diləmələri.
4824. Allahın Peyğəmbəri (s): «Bəzən qəlbimi qubar bürüyür və mən bir gündə yetmiş dəfə Allah dərgahından bağışlanmağımı diləyirəm.»1
1419. Günah işləri davam etdirməklə əfv diləməkdən çəkinmək.
4825. İmam Əli (ə): «Günah işləri davam etdirə-etdirə əfv diləməyin özü, yeni günahdır.»2
4826. İmam Rza (ə): «Kim Allahdan bağışlamaq dilərsə və yenə də günah iş görərsə, Allahına rişxənd edən kimidir.»3
4827. İmam Rza (ə): «Kim dili ilə bağışlanmaq diləyib ürəyində (öz günahından) peşman olmasa, özünə rişxənd etmişdir.»4
305
Qəflət (xəbərsizlik)
1420.Qəflətdən çəkinmək.
4828. İmam Əli(ə): «Qəflət azğınlıqdır.»1
4829. İmam Əli (ə): «Əfsuslar olsun hər bir qafilə ki, ömrü əleyhinə hüccət olar və günləri onu bədbəxtliyə sürükləyər.»2
4830. İmam Əli (ə): «Ey eşidən! Öz məstliyindən ayıl, qəflət yuxusundan oyan və tələskənliyini azalt.»3
4831. İmam Əli (ə): «Digərlərinin sizin işlərinizdən qafil olmadığı insanlar! Ey (Allahdan və onun əmrlərindən) üz döndərmiş və nəyi (canı, malı və övladı) varsa əlindən alınacaq adamlar! Nə olub ki, Allaha arxa çevirdiyinizi və ondan geyrisinə üz tutduğunuzu görürəm.»4
4832.İmam Əli (ə): «Parçanı geymək üçün toxuyan, ancaq ona kəfəni olan, yaşamaq üçün ev tikən, ancaq qəbri olan qafil nə qədər də çoxdur?»5
4833. İmam Sadiq (ə): «Əgər şeytan düşməndirsə, qəflət nəyə görə düşmən olmasın?»6
4834. Allahın Peğəmbəri (s): «Ey Əbuzər! Yaxşı iş görə bilməsən də yaxşı iş görə bilməyi niyyət et ki, qafillər zümrəsində yazılmayasan.»7
4835. İmam Əli (ə): «Daima Allahı xatırlamaqla qəflət pərdəsi kənara çəkilər.»8
4836. İmam Əli (ə): «Kim vaxtı tanıdısa, (axirətə) tədarük görməkdən qafil olmaz.»2
4837. İmam Baqir (ə): «Vacib namazlara əhəmiyyət verən və onu vaxtında qılan hər bir mömin qafillərdən deyil.»3
1422.Qafil şəxsin nişanələri.
4838. Loğman (ə) (Övladına nəsihətindən):–«Oğlum! Hər şeyin onu tanıtdıran, mövcudluğunu təsdiqləyən bir nişanəsi var. Qafilin üç nişanəsi var: səhvi, başının qarışıq olması və unutqanlığı.»4
4839. İmam Həsən (ə): «Qəflət odur ki, (namaz qılmaq üçün) məscidi tərk edəsən və pozğun adama tabe olasan.»5
1423.Qəflətin nəticələri.
4840. İmam Əli (ə): «Qafilliyi uzun çəkənin ölümü sürətlənər.»6
4841. İmam Əli(ə): «Qəflət kimə üstün gələrsə, onun qəlbi ölər.»7
4842. İmam Əli(ə): «Qəflətin davam etməsi bəsirət gözünü kor qoyar.»8
4843. İmam Əli(ə): «Qəflətdən və möhlətə (ömürə) aldanmaqdan çəkin. Çünki qəflət işləri korlayır.»9
1424 . Özünü qafilliyə və görməzliyə vurmağın təqdiri.
4844. İmam Əli(ə): «Ağıllı insanın yarısını dözüm və səbr, digər yarısını isə göz yummaq təşkil edir.»1
4845. İmam Əli(ə): «Comərd insanın şəxsi rəftarlarının ən yaxşısı bildiklərindən (camaatın səhvləri və pislikləri) bəzilərini görməməzliyə vurmasıdır.»2
4846. İmam Sadiq (ə): «Həqiqiətən, ictimai həyat və ünsiyyətin vəziyyəti ağzına qədər dolu bir qaba bənzər ki, onun üçdə ikisi diqqət və ayıqlıq, üçdə biri isə göz yummaqdır.»3
Dostları ilə paylaş: |