234
Sirat
1105. Doğru yol
Quran:
«Bizi doğru yola yönəlt»1
Hədis:
3559. İmam Sadiq (ə): «İnsanlar sağa-sola azdılar, ancaq biz və şiələrimiz doğru yola hidayət olunduq.»2
1106. Doğru yolun (Siratul müstəqimin) mənası
Quran:
«Həqiqətən mənim Rəbbim, sizin Rəbbinizdir. Elə isə Ona ibadət edin ki, doğru yol budur.» 3
«Allahın ayələri sizə oxunduğu və Onun Rəsulu sizin aranızda olduğu halda necə küfr edirsiniz? Kim Allahın ipindən yapışsa, şübhəsiz ki, doğru yola (siratul müstəqimə) hidayət olunmuşdur.»4
Hədis:
3560. İmam Sadiq (ə) (sirat sözünün mənası barədə): «O, Allahı tanımağın yoludur və iki növdür: dünyada sirat və axirətdə sirat. Dünya siratı, elə itaəti vacib olan imamdır. Dünyada imamı tanıyan və onun göstərdiyi yolu gedən şəxs, cəhənnəmin üzərində körpü olan axirət siratından keçəcək.»5
3561. İmam Sadiq (ə): «Doğru yol (Siratul müstəqim) Əmir-əl-möminin Əlidir (ə).»6
1107. Axirət siratı və onun üzərindən keçmək
3562. Musa (ə) (dualarının birində): «İlahi! Sənin hikmətini aşkar və gizli şəkildə oxuyan şəxsin mükafatı nədir?» Buyurdu: «Siratdan ildırım sürətilə keçər.»2
3563. Allahın Peyğəmbəri(s): «Sizlərdən sirat üzərində ən sabit qədəmliniz, mənim Əhli-Beytimə (ə) daha çox məhəbbəti olanınızdır.»3
3564. Allahın Peyğəmbəri(s): «Dəstəmazı kamil şəkildə al ki, siratdan bulud kimi keçəsən.»4
3565. Allahın Peyğəmbəri (s): «Sirat tükdən nazik, qılıncdan itidir.»5
3566. İmam Sadiq (ə) («Həqiqətən, sənin Rəbbin pusquda bərk dayanmışdır»6 ayəsi barədə): «Pusqu, Sirat üzərində olan bir körpüdür ki, oradan boynunda hətta bir məzləmə (yəni insanlar qarşısında boynunda olan hər bir haqq və xirda, az miqdarda olan pul borcları) olan şəxs də keçə bilməz.»7
3567. İmam Sadiq (ə): «İnsanlar sirat üzərindən keçməkdə bir neçə dəstəyə böünürlər: bəziləri ildırım sürətilə keçər, bəziləri çapar at kimi, bəziləri sürünə-sürünə, bəziləri də ondan asılmış və bədənlərinin bir hissəsini od bürürmüş halda keçəcək.»8
235
Uşaqlıq dövrü
1108. Uşaqlıq dövrü
3568. Allahın Peyğəmbəri(s): «Uşağın balaca vaxtı dəcəlliyi (və şeytanlığı), böyüyəndə əqlinin çoxluğuna dəlalət edir.»1
3569. İmam Əli(ə): «Uşaqlıq dövrü özünü əziyyətə və çətinliyə salmayan şəxs, böyüyəndə şərəfə çatmaz.»2
3570. İmam Əli(ə): «Uşaqlığında soruşan böyüyəndə cavab verər.»3
3571. İmam Əli(ə): «Uşaqlığında öyrənməyən böyüyəndə inkişaf etməz.»4
3572. İmam Əli(ə): «Nadan, qoca olsa da uşaqdır. Alimsə, yeniyetmə olsa da böyükdür.»5
3573. İmam Kazim (ə): «Oğlanın uşaqlıq dövründə dəcəlliyi (və şeytanlığı), böyüyəndə dözümlülüyünə səbəb olduğuna görə bəyənilibdir.»6
236
1109. Əl ilə görüşmək
3574. Allahın Peyğəmbəri (s): «Bir-birinizlə üz-üzə gələndə, salam verib əl tutmaqla görüşün. Bir-birinizdən ayrılan zaman, günahlarınızın bağışlanması arzusu ilə ayrılın.»1
3575. Allahın Peyğəmbəri(s) : «Bir-birinizlə əl verməklə görüşün. Çünki əl vermək kin-küdurəti aradan götürər.»2
3576. Allahın Peyğəmbəri(s): «Bir-birinizə əl verin ki, bu kini aparar.»3
3577. İmam Baqir (ə): «İki nəfər kişi əl ilə görüşəndə, əlini saxlayan şəxsin savabı əlini buraxandan daha çoxdur. Bilin ki, bu əməl (yəni əl ilə görüşmək) onların günahlarını tamamilə qurtaranadək yuyub aparar.»4
3578. İmam Sadiq (ə): «Müsəlmanlar Allahın Rəsulunun (s) qoşununda müharibəyə çıxanda sıx ağaclıq olan yerdən keçib açıqlığa çıxan zaman Bir-birinə baxıb əl verərdilər»5
3579. İmam Sadiq (ə): «Peyğəmbər (s) hər bir şəxsə əl verən zaman, həmin şəxs əlini çəkməyincə heç vaxt birinci öz əlini çəkməzdi.»6
1110. Qadına əl verməyin qadağan olması
3580. Allahın Peyğəmbəri(s): «Mən qadınlara əl vermirəm.»7
3581. İmam Sadiq (ə): «Evlənməyi halal olan (yəni, məhrəm olmayan) qadına, yalnız paltarın üstündən istisna olmaqla, əl vermək olmaz. Belə olan surətdə də əli sıxmaq olmaz.»2
237
Sülh
1111. Müharibə vaxtı sülh
Quran:
«Əgər sülhə meyl etsələr, sən də sülhə doğru get və Allaha təvəkkül et ki, Allah eşidən və biləndir.» 1
Hədis:
3582. İmam Əli (ə): «İslama zəiflik gətirməyən halda, mən sülhü müharibədən daha faydalı bilirəm.»2
3583. İmam Əli (ə) (Malik Əştəri Misirə vali təyin etdiyi fərmanından): «Əgər düşmən səni sülhə çağırsa və Allahın razılığı bunda olsa, onu rədd etmə. Çünki sülh, qoşununun və sənin özünün qüssələrdən rahat, asudə olmağının və vətəninin əmin-amanlığının mənşəyidir. Amma sulhdən sonra düşmənindən çox ehtiyatlı və agah ol. Belə ki, bəzən düşmən qəflətən hücum etmək üçün özünü sənə yaxınlaşdırar. Beləliklə, ehtyiatlı və uzaqgörən ol, düşmənə arxayın və nikbin olma.»3
1112. İmam Həsənin (ə) sülhü
3584. İmam Əli(ə): (ibn Mülcəmin qılınc zərbəsindən sonra öz alicənab oğlu Həsənə (ə) tövsiyəsindən): «Bil ki, Muaviyə mənə müxalif olduğu kimi sənin də əleyhinə çıxacaqdır. Beləliklə, əgər onunla sülhə və barışığa gəlsən, Bəni Zömrə və Bəni Əşcə qəbilələri ilə sülh bağlayan cəddin peyğəmbərin (s) yolunu getmiş olarsan. Düşməninlə müharibə etmək istəsən, (bil ki,) atanın tərəfdarlarında olan xeyir və vəfalılıq heç vaxt sənin tərəfdarlarında olmayacaq.»1
3585. İmam Sadiq (ə): «Həsən ibn Əli (ə) özünə qarşı sui-qəsddən sonra o Həzrətin (ə) ardıcılları onunla mübahisəyə qalxanda xilafət işini Müaviyəyə təhvil verdi. Bu vaxt onun şiələri Həzrətə(ə) belə salam verdilər: Salam olsun sənə, ey möminləri xar edən. Həzrət (ə) buyurdu: Mən möminləri xar edən deyiləm, əslində möminlərə izzət bəxş edənəm. Sizin düşmən muqabilində qüdrətiniz olmadığını görəndə işi ona təhvil verdim ki, mən və siz onların arasında olaq. Belə ki, o müdrik (Xızır peyğəmbər (ə)) gəminin öz sahiblərinə qalmasından ötrü onu deşdiyi kimi, onların arasında qalmağımız üçün mənim və sizin əhvalatınız də buna bənzər.»2
1113. İnsanlar arasında barışıq yaratmağın əhəmiyyəti
Quran:
«Həqiqətən, möminlər bir-biri ilə qardaşdır. Buna görə də qardaşlar arasında barışıq yaradın və Allahdan qorxun. Ümid var ki, Allah sizə rəhm etsin.»3
«Onların pıçıldaşmalarının çoxunda bir xeyir yoxdur, yalnız sədəqə verməyi, ya yaxşı iş görməyi, ya da insanlar arasında sülh yaratmağı əmr edənlərdən başqa. Kim Allah razılığına xatir belə edərsə, tezliklə ona böyük mükafat verərik.»4
Hədis:
3586. Allahın Peyğəmbəri(s): «Sizə namazdan, orucdan, sədəqədən (zəkatdan) daha fəzilətli bir şeydən xəbər verimmi? Bu, insanlar arasında sülh yaratmaqdır. Çünki insanlar arasında əlaqənin pozulması ölümə və dinin aradan götürülməsinə bərabərdir.»5
3587. İmam Sadiq (ə): «İnsanlar Bir-birilə ixtilafa və düşmənçiliyə düçar olanda onların arasında sülh yaratmaq, bir-birlərindən uzaqlaşan zaman onları yaxınlaşdırmaq, Allahın sevdiyi bir sədəqədir.»1
3588. İmam Sadiq (ə): (Müfəzzələ xitabən): «Bizim şiələrdən iki nəfərin çəkişdiyini gördükdə, mənim malımdan ixtilafa səbəb olan xərci ödəməklə, onların arasında barışıq yarat.»2
1114. Barışıq xatirinə yalana icazə verilməsi
3589. İmam Sadiq (ə): «Barışıq yaradan yalançı deyil.»3
3590. İmam Sadiq (ə): «Söz üç növdür: doğru, yalan və insanlar arasında sülh yaratmaq üçün deyilən söz.» İmama (ə) dedilər: «Sənə fəda olaq, insanlar arasında sülh yaratmaq nədir?» Buyurdu: «Bir nəfərin digəri barədə, həmin şəxsin qulağına çatarsa onun narahatçılığına səbəb ola biləcək sözlər dediyini eşitdikdə, sən o biri şəxsi görəndə «filankəsin, sənin yaxşılığın barədə …. dediyini eşitdim.» deyərsən.» 4
Dostları ilə paylaş: |