Mərhum Fətəli Şah Qacarın səltənət dövrünün sonlarında Mərhum seyidul-füqaha vəl müctəhid Əllamə hacı seyid İsmail Müctəhid Mücabinin ən seçilmiş övladlarından olan bizim böyük cəddimiz mərhum Seyid Həsən Vaiz Şirazi müqəddəs Məşhəddə imam Rızanın (ə) məzari-şərifini ziyarət edib döndükdən sonra Tehrana gəldi. Elm-sevər Şahin şah ona çox maraq göstərib, Tehranda qalmasını rica etdi. Dini vəzifəsini icra etmək üçün o, şahın ricasını qəbul etdi. O zamanlar Tehranda alimlərin dini məsələləri bəyan etdikləri məscidlərdən başqa, bu günki kimi digər təbliğat məclisləri adət və mütədavil deyildi. Təkkələrdə sadəcə təziyə və nohə oxuyaraq, mərasimlər təşkil olunurdu. Onlardan ən əhəmiyyətlisi, Şahin şah dövlətinin təkkəsində təşkil olunan məclislər idi.
Bu səbəbdən, hörmətli seyid Həsən və Şahin şahın ona göstərişi ilə təkkələr, nohə və təziyə məclislərini təbliğ məclislərinə çevirdilər.
Tehranda ilk təbliğ toplantısının təməlini qoyan və təbliğ minbərləri quran, böyük babam mərhum seyid Həsən Vaiz Şirazi olmuşdur. Bu toplantılar, müctehid və mərceyi-təqlidlərin hədəfləri istiqamətindəki irəliləyişlərə çox yardımçı olmuşdur. Bunun üçün mərhum seyid Həsən və mərhum hacı seyid İsmaili Müctəhidin öz cədləri olan Şirazda yaşayan babalarına bir məktub yazırlar. Bununla əlaqədər öz övladları arasından seyid Cəfər, seyid Rıza müctehidi-fəqih, hacı seyid Abbas, seyid Cəvad, seyid Məhdi, seyid Müslim, seyid Kazım və seyid Fətullah Tehrana gedirlər.
Qəzvin əhalisinin də᾽vəti ilə seyid Məhdi, seyid Müslim və seyid Kazım təbliğ üçün o bölgəyə göndərilirlər. O üç seyidin nəslindən olan Mücabi seyidləri indi də o bölgədə məşhur və mə᾽rufdurlar.
Mərhum seyid Həsənin özü də, digər qardaşlarıyla birlikdə Tehranda təbliğ məclisləri təşkil edirdi. Bu təbliğ sahəsini genişləndirir, mehrab, minbər vasitəsiylə şəri-ənvəri ‒ nurlu şəriəti yaymağa çalışırdılar. Hicri 1291-ci ildə mərhum seyid Həsən (r.ə) vəfat edir. Ondan sonra «Silsileyi-cəliləi sadat»ın riyasəti, o mərhumun rəşid oğlu, mənim böyük babam olan mərhum seyid Qasim Bəhrilə intiqal edir. Çünki «Silsileyi-cəliləi sadat»ın bu gözəl riyasət libası, o zaman min kişi bərabərində olan Şirazi xanədanı arasında zöhd, vər᾽ə və təqvada məşhur, məqul və mənqulu1 cəm üsul və füruu əhatə edən, zamanın üstün zəkalısı, elm, əməl və siyasətdə tam məşhur olan sadəcə o şanı uca seyidə yaraşırdı.
Mərhum Bəhril-Ülumun Allahın rəhmətinə qovuşduğu2 hicri 1308-ci ildən bu zamana qədər, bu şanı uca xanədanın riyasəti, «həmiuş-Şiə, muhyiş-şəriat, nasiri milləti vəd-din, mürəvvicu əhkamu seyidul-mürsəlin, siqətul-İslam vəl-müslimin, fəridüd-dəhr, vahidul-əsr» və Qacar şahı Nəsrəddin tərəfindən «Əşrəful-Vaizin» ləqəbiylə məşhur olan uca cəddimiz həzrət seyid Əli Əkbər (daməd bərəkatüh) ilədir.
Bu uca insan səksən ilə yaxın müddət ərzində töhvid bayrağı olmuş və müxtəlif, xüsusən son əsrin hadisələri, din düşmənləri və əcnəbilər qarşısında tam bir cəsarət, fədakarlıq və sonsuz bir qüdrətlə durmuş, dini-mubin və əhkamı yaymaqda çalışmış, mənhiyatı (nəhy ediləni) qabaqlamaqda, pak İslam şəriətinin hökmlərini qorumaqda, həqiqətləri çatdırmaqda və elm mərkəzlərini genişləndirməkdəki xidmətləri, dost və düşmən tərəfindən təsdiq və tə᾽yid olmuşdur.
O qədri uca şəxsin günəşdən daha aşkar olan sehirli bəyan və tə᾽siredici sözləri, müxtəlif zaman və məkanlarda üləmai-ə᾽ləm və mərceyi-təqlidlərin diqqətlərini çəkmişdir. Xüsusilə hüccətül-islamlar, ayətullahlar, mərceyi-təqlidlər, əsrin üstün zəkalıları mərhum höccətül-İslam hacı mirzə Məhəmməd Həsəni Şiraziye Bozorq (XΙΙΙ yüzillikdə Əhli-beyt məzhəbini canlandıran), hacı Mirzə Həbibullahi Rəşdi, hacı şeyx Zeynülabidin Mazandarani, hacı Mirzə Hüseyn, hacı Mirzə Xəlil Tehrani, seyid İsmail Sədr İsfahani və Mirzə Məhəmməd Təqiyi Şirazi (qaddəsəllah əsrarəhum), xüsusiylə elm şəhəri Nəcəful-Əşrəfdə oturan, bu qarmaqarışıq əsirdə «Firqeyi naciyeyi imamiyyə»nin riyasətinin qabaqcıl fəqihi Əhli-beyti ismət vət-təharət seyidul-füqaha vəl-müctəhidin, ayətullahi fil-ərəzin, nabiğatüd-dehr həzrəti seyid Əbül Həsən İsfahani (mətdəallahil-müsliminə bətuli bəkaih) o şanı uca seyidin ‒ Əşrəful-Vaizin haqqında həddindən çox lütf və məhəbbət izhar etmişlər3.
Seyid Əbül Həsən İsfahani həqiqətən elm və hüsni-siyasətdə «انا مدينة الملم وعلي بابها» bayrağını, bir dünya müxalif qarşısında nasutun sarayı (bəşəriyət aləmi) üzərində yüksəltməyə, Mavərai-Bihara qədər İslam əhkamını yaymağa və müxtəlif millət və inanclara sahib olanlardan bir çox qrupların, İslam hövzəsinə (elm mərkəzi) və məzhəbi-haqq olan cəfəri məzhəbinə daxil olmalarına səbəb olmuşdur4.
Yenə usdadların usdadı və Qumun ilahi elmlər mədrəsələrinin rəhbəri olan müqəddəs zat Ayətullahul-uzma hacı şexh Əbdül Kərim Hairi Yəzdi (mudde zilluhul-ali)1 Əşrəful-Vaizinə həddindən artıq dəyər vermiş, tə᾽yid etmişdir; daima «Seyful-İslam» (İslamın qılıncı) adıyla onu yad etmişdir. Çünki kəsici dil qılıcının gücüylə küfr, ilhad, zındıqlıq və fəsad sarayının təməlini sarsıtdığını, ilahi kəlmətullah və məzhəbi haqqı yaymaq yolunda cihad və fədakarlıq göstərməkdən çəkinmədiyini müşahidə edirdi.
Allahın verdiyi qüdrət və güclə, bir an belə mülhitlər və İslam düşmənlərinin zəhərli hədəflərini məhv etmək yolunda rahat oturmamışdır. Daxili və xarici düşmənlərin, o böyük şəxsin məqsəd və hədəflərinin qarşısını almaq üçün göstərdikləri sə᾽ylərinə baxmayaraq, daima ümumi olaraq İslam dini və millətini, xüsusən də haqq olan cəfəri məzhəbini müdafiə etmişdir.
Xülasə, indiyə qədər bu silsileyi-cəlilə Tehran və onun ətrafında, «Sadati Şirazi Abidi və Mücabi» adıyla daima şəriətə xidmət etmiş və üzərilərinə düşən vəzifələrini yerinə yetirmişlər. Müxaliflərin baltaları, böhtan və iftiraları qarşısında müqavimət göstərərək, gözəl bir şəkildə cavablarını vermişlər. Demək, «Nə səbəbdən İrana getdiniz və bu nə cür baş verdi?» deyə soruşduğunuz sualın cavabı, bu silsileyi-cəlilənin uzun həyatından qısaca ərz etdiklərimdir.
Bu böyük xanədanın hədəf və məqsədi, imam Museyi-Kazımın (ə) oğlanlarından olan seyid Əmir Məhəmməd Abid və seyid İbrahim Mücabın zamanından (təqribən 1300 il ötür) indiyə qədər, İslam dini və şəriətinə xidmət etmək olmuşdur. Daima bu ayəni ‒ «Allahın risalətini təbliğ edənlər və Ondan qorxanlar, Allahdan başqa heç kəsdən qorxmurlar. Allah hesabgörücü olaraq yetər»2 göz önündə canlandıraraq təbliğ kürsüsündə oturmuş, Allahdan başqa heç kəsdən qorxmadan, Allaha söykənərək, üzərlərinə düşən vəzifələrini yerinə yetirmişlər.
Müzakirə bura yetişdikdə, Seyid Əbdülhəy saatına baxıb belə dedi: «Gecədən xeyli vaxt keçmişdir. İzn versəniz, digər söhbətlər sabaha qalsın; sabah inşaallah vaxtımızın daha çox olması üçün bir az tez gələrik».
Mən də təbəssümlə, gülər üzlə həmsöhbətlərimə müvəffəqiyyət dilədim. Çay içib Hindistan şirnilərindən yedikdən sonra ayağa qalxdılar; biz də səmimiyyət və məhəbbətlə onlarla vidalaşdıq.
İKİNCİ GECƏ
24 rəcəb, şənbə, 1345-ci il.
Axşam namazından sonra dünən gecə məclisdə iştirak edən eyni şəxslər, sonradan tacir və sahibkar olduqlarını bildiyimiz digər möhtərəm bir neçə nəfərlə birlikdə gəldilər; bir az cəmimi söhbət etdikdən və çay içdikdən sonra Hafiz ağa sözə başladı.
Hafiz: «Möhtərəm qardaşlar, tə᾽rif etmək üçün demirəm, həqiqətən dünən gecəki məclisdən böyük bir feyz aldıq, mühüm tarixi xatirələr eşitdik. Hüzurunuzdan ayrıldıqdan sonra bütün yol boyu qardaşlarla sizin haqqınızda söhbət edirdik. Həqiqətən cazibəniz o qədər güclü idi ki, hamımızı surət və sirətinizə1 cəzb etmişdi. Hüsnü surət və sirətə sahib olan kəslər, çox az tapılırlar.
«اثهد انك ابن رسول الله حقاً»2.
Bu gün sübh kitabxanaya getmişdim. Ənsab və tarix kitablarından bir neçə cild, xüsusilə qədri uca seyidlərin nəsli haqqında «Həzar-məzar» və «Əsari-əcəm» kitablarını götürüb, mütaliə etdim və dünən gecə dediklərinizə bir az diqqət etdim; həqiqətən xoşhal oldum, feyz aldım və həqiqətən bu şərəfli nəsilə qiptə etdim. Bir müddət düşündüm, sonda bu cənab kimi şərif və nəsli doğru bir şəxsin bu gözəl surət və sirətinə baxmayaraq, nə səbəbdən keçmişdəkilərin mə᾽nasız və azğın adətləri tə᾽sirində qalaraq, böyük cədlərinin yolundan çıxıb, Məcusi iranlıların siyasi adət və üsullarını qəbul etmişdir!» deyə düşünərək, çox təəssüf etdim».
Də᾽vətçi: «Birincisi, cənabın hüsni-zənn və nəzəri-lütfündən şad oldum, təşəkür edirəm. İkincisi, məqsədinizi anlamadığım qarışıq və qeyri-müəyyən bir neçə cümlə buyurdunuz. Zəhmət olmasa, həqiqətin əslinin aşkar olması üçün cümlələri ayrı-ayrı bəyan edin. Məsələn, keçmişdəkilərin mə᾽nasız və azğın adətləri, üz çevirdiyimiz dəyərli cədlərimin yolu və tabe olduğum İranın siyasi adət və üsulları nələrdir?».
Hafiz: «Keçmişdəkilərin mə᾽nasız adətlərindən məqsədim, yəhudilərin əliylə Hənif dini olan İslama qatılan bid᾽ət və əqidələrdir».
Də᾽vətçi: «Mümkünsə, aludə olduğum bid᾽ətlərin hansılar olduğu mə᾽lum olması üçün bir az daha izahlı şəkildə söyləyin».
Dostları ilə paylaş: |