Bakı,2012.
6. Аллес Г. Религия // The Encyclopedia of Religion. Macmillan Reference, 2005.
7. Васильев Л.С. История религий Востока. Москва, 2012..
8. Иудаизм от А до Я./ сост. Н. Б. Антонов. М.: АСТ: Восток-Запад, 2007.
9. Лебедев А. П. История разделения церквей в IX, X и XI веках. СПб. 1999.
10. Мананников И.«Политеизм», Католическая энциклопедия. Том 3, Москва, 2007.
11. Мень А. В. История религии: В поисках Пути, Истины и Жизни. — (в 7 томах). —
Москва, 1991—1992.
Əlverişli iqlimə, münbit torpaqlara və gözəl təbiətə malik Azərbaycan bütün dövrlərdə cəlbedici və diqqət mərkəzində olub. Şübhəsiz ki, Azərbaycan ərazilərində müxtəlif tarixi dövrlərdə çoxsaylı etnik və dini qrupların məskunlaşmasında bu amil böyük rol oynayıb. Amma inkaredilməz faktdır ki, bu məsələdə coğrafi şərait yeganə amil deyil. Müxtəlif xalqlara və dinlərə mənsub insanların Azərbaycana pənah gətirməsinin əsas səbəbi bu ölkədə yaşayan insanların mədəniyyəti və onların xarakterik keyfiyyətinə çevrilmiş tolerantlıq xüsusiyyətidir. Bu, elə bir sərvətdir ki, min illər boyu heç bir qüvvə onu Azərbaycan xalqından ala bilməyib, əksinə, əsrlər keçdikcə daha da zənginləşib və möhkəmlənib. Səmavi dinlərə qədər Azərbaycan ərazilərində bütpərəstlik hökm sürmüşdür. Amma bu dövrdə bəzi inanclara, xüsusilə, oda, suya, ağaca və səma cisimlərinə inam daha güclü olmuşdur. Min illərin keçməsinə baxmayaraq, bu inamın əlamətləri insanların yaddaşında qalmış və bu gün də onların həyat tərzində özünü büruzə verir. Məsələn, ilk insandan üzü bəri oda bütün dövrlərdə qoruyucu, müqəddəs təmizləyici qüvvə kimi baxılmışdır. Odun hər cür çirkinliyi yox etdiyinə və insanlara təmizlik gətirdiyinə inam bəslənmişdir. Ümumiyyətlə, həyatın mövcudluğunu şərtləndirən əsas komponentlər kimi od, su, torpaq və hava İslamın yayılmasına qədər Azərbaycan ərazilərində yaşayan insanların etiqadında önəmli yer tutmuşdur. Atəşpərəstlik də bu təsəvvürlərlə bağlı inanclar zəminində meydana çıxmışdır. Azərbaycan ərazisində məskunlaşan əhalinin böyük bir qismi odu müqəddəsləşdirmiş, ona sitayiş etmişdir. Novruz bayramı ilə günümüzədək gəlib çatan od ayin və mərasimləri Azərbaycanda atəşpərəstliyin güclü ənənələri olduğunu göstərir. Azərbaycan ərazisində Atropatenanın dini mərkəzi Qazakada, Bakı, Şamaxı, Salyan və Lənkəranda atəşgədələr olmuşdur. Suraxanıdakı atəşgah Hindistandan gələn atəşpərəstlərə xidmət üçün XVIII əsrdə tikilmişdir. Qafqaz Albaniyasında atəşpərəstlik xristianlıq tərəfindən təqibə məruz qalsa da, mövcudluğunu qoruyub saxlaya bilmişdir. İslamın Azərbaycana gəlişi ilə atəşpərəstlik tədricən əhəmiyyətini itirmiş və aradan qalxmışdır.
Dostları ilə paylaş: |