Psixologiyadan mühaziRƏ MƏtnləRİ İxtisas: Rİm kurs: 3


Təsadüfi deyildir ki, ali idrak prosesi olan təfəkkür bir sıra elmlər tərəfindən araşdırılır. T



Yüklə 0,86 Mb.
səhifə52/95
tarix01.01.2022
ölçüsü0,86 Mb.
#103696
1   ...   48   49   50   51   52   53   54   55   ...   95
Təsadüfi deyildir ki, ali idrak prosesi olan təfəkkür bir sıra elmlər tərəfindən araşdırılır.

Təfəkkürlə materiyanın qarşılıqlı əlaqəsi , təfəkkürün köməyi ilə varlığın dərk edilməsi yolları və imkanları fəlsəfə elmi tərəfindən araşdırılır.

Təfəkkürün əsas formalarının qanunauyğunluqları formal məntiq, onun beyin mexanizmi isə fiziologiya elmi tərəfindən öyrənilir. Kibernetika isə təfəkkürü informasiya prosesi kimi nəzərdən keçirir, insanın fikri fəaliyyəti ilə EHM –in işi rasındakı ümumi və fərqli cəhətləri araşdırır. Təfəkkür psixologiyada daha geniş aspektdə nəzərdən keçirilir. Psixologiyada təfəkkür dərk edən subyektlə dərk olunan obyekt arasında qarşılıqlı təsir prosesi, Subyektin ətraf aləmə bələdləşməsinin aparıcı forması kimi öyrənilir.

Təfəkkür bir idrak prosesi kimi insanın öz tələbatını ödəməsi üçün ətraf mühiti dəyişdirmək qaydalarını tapmaq, məsələni həll etmək üçün yeni biliklər əldə etmək şəraitində özünü büruzə verir. Deməli təfəkkürün mənbəyi xarici obyektiv aləmdir.

fəkkürün xarici təsirlə şərtlənməsi bilavasitə səciyyə daşımır. O fikri fəaliyyətin daxili qanunauyğunluqları vasitəsilə həyata keçirilir. Daxili fikri fəaliyyət hissi idrakın verdiyi məlumatları dəyişdirir. Həmin məlumatlar təfəkkürdə daha tam və hərtərəfli bərpa edilir. Yəni təsir edən obyekt , gerçəklik fikrən bərpa edilir. Bununla da idrakın yüksək səviyyəsi olan təfəkkürlə şüur arasındakı qarşılıqlı əlaqə və asılılıq. Eləcə də onlardan hər birinin məxsusi cəhətləri asanlıqla aşkar edilə bilər.

Ümumi psixologiyanı ilk növbədə fərdi şüur, onun inkişaf qanunları maraqlandırır. Bu , şüurla təfəkkürün kəsişdiyi əsas nöqtədir. Hər ikisinin də ümumi cəhəti odur ki, onlar beynin məhsuludur, varlığı əks etdirir və insanın tarixi inkişafı prosesində əmələ gələn, təşəkkül edən ideal inikasdır. Başlıca fərqləndirici cəhət odur ki, şüur ideal inikas kimi yalnız və yalnız ictimai insana məxsusdur. Deməli, təfəkkürün kökü və mənşəyi sanki şüura nisbətən daha qədimdir , yəni təfəkkür bu və ya digər səviyyədə heyvanlar aləmində də özünü göstərir. Onun bioloji kökləri daha dərinliklərə gedir. əgər məsələyə genetik cəhətdən yanaşsaq , təfəkkür daha qədimdir, amma şüur nisbətən sonra meydana gəlsə də , daha geniş və əhatəlidir. Şüuru bəzən insanın malik olduğu biliklər məcmuyu kimi izah edirlər. Təfəkkür də biliyə istinad edir, lakin təfəkkür bilik əldə etməyin operasiolnal (əməliyyat) tərəfini təşkil edir. Deməli, şüurla təfəkkür öz funksiyalrına görə fərqlənir. Təfəkkür varlığı əks etdirir, şüur səviyyəsində isə əks etdirilənə münasibət bəslənir,
1.Təfəkkür haqqında anlayış. Real aləmin dərk edilməsi duyğu və qavrayışla başlayır.Lakin idrakın bu mərhələsində cisim və hadisələr arasındakı mürəkkəb və coxcəhətli əlaqə və asılılıqlar , onların mahiyyəti əks etdirilə bilmir. Duyğu və qavrayışdan alınan məlumatlar hissi idrakın səviyyələri kimi təfəkkürün dərketmə sərhədlərinin genişləndirilməsində dayaq rolunu oynayır. Təfəkkür duyğu və qavrayışın köməyi ilə əldə edilmiş biliklərin ayrı-ayrı hissələrini müqayisə edir, qarşılaşdırır, fərqləndirir, münasibətləri ayırd edir, yeni bilikləri kəşf edir və hissi idrakın verdiyi şeylərin əlamətlərini mücərrədləşdirir, qarşılıqlı əlaqələri aydınlaşdırır və gerçəkliyin mahiyyətinə vararaq onu dərk edir. Təfəkkürün əsas məqsədi cisim və hadisələr arasından münasibət və əlaqələrin açılmasına yönəlib.. Təfəkkür – cisim və hadisələrin mahiyyətinin onlar arasındaki əlaqə və asılılıqların insan şüurunda ümumiləşmış və vasitəlı inikasdan ibarət olan idrak prosesidir:

Duyğu və qavrayış təfəkkürün mənbəyidir. Duyğu və qavrayışın verdiyi materiallar olmadan təfəkkür fəaliyyəti də mümkün deyil.

Təfəkkür prosesində insan qeyri uyğun əlaqələri təsadüfi

əlaqələrdən ayırd edir, ayrı-ayrı hallardan ümumi hala keçir, yəni varlığı ümumiləşmiş halda əks etdirir.

Təfəkkürün köməyi ilə bilavasitə qavranılmayan cisim və hadisələr

də dərk olunur. (Məsələn atomun tərkib hissəsini bilavasitə qavramaq mümkün deyil). Halbuki insanlar onu bilir. Bu vasitəli bilikdir.Beləliklə. təfəkkür varlığın vasitəli inikasıdır.

2. Dilin və nitqin təfəkkürlə əlaqəsi. Təfəkkür nitqlə vəhdətdədir. O dil materialları əsasında maddiləşir.Dil bilavasitə fikrin gerçəkliyidir.Adam öz – özünə fikirləşəndə də, başqasının fikrini bilmək istəyəndə də , öz fikrini şərh edəndə də mütləq dildən istifadə edir.

Dil insanın fikirləşdiyi, qavradığı və yadda saxladığı əşyalara təsir edir. Təlim insanın sözlü (fikri) gücünü artırmaq məqsədi daşıyır. Lakin fikri proseslər əksər hallarda sözsüz baş verir. Dilin təfəkkürə təsir etməsi qabiliyyəti söz ehtiyatının artırılması hesabına təhsilin əsas hissəsi üçün önəmli rol oynayır. Dilin fikir formalaşdırmaq və ya ifadə etmək vasitəsi kimi qiymətləndirilməsi dilin idraki fəaliyyəti ilə bağlıdır. Dil ünsiyyət prosesində fikrin ifadə vasitəsi kimi həm də qarşılıqlı anlama üçün vasitədir. Dilin fikri ifadə etmək, ünsiyyət yaratmaq, əks etdirmə vasitəsi, ətrafda baş verən hadisələri, cisimlərin əlamət və xassələlrini əks etdirmək keyfiyyəti vardır.

Eksperimental tədqiqatlara görə, orta məktəbi bitirən şagird 80 minə qədər söz bilir, bu orta hesabla hər ilə 5000, gündəlik isə 13 sözün mənimsənilməsi deməkdir. Uşaqlarda dilin inkişafı onun strukturu ilə bağlıdır. Körpə dilə yiyələnməyib (in fautis- danışmayan deməkdir), lakin 4 aylıq uşaq ananın dodaqlarından onun nə demək istədiyini seçir və səsləri tanımağa başlayır. Uşaq sifətə baxmaqla, tələffüz edilən səsləri ayırd etməyə çalışır və səslərin tələffüzü zamanı dodaqların vəziyyəti uşaq üçün həm də ona qarşı davranış tərzi kimi anlanılır.

3-4 aylıq uşağın qığıltıları, müxtəlif səslərlə müşayət olunur və ilk dövrlərdə o, dillə bağlı deyil. Uşağın dilə yiyələnməsi bir neçə mərhələ keçir. Bir sözlü mərhələ 1 yaşdan 2 yaşa qədər olan dövrdür. Cüttərkibli mərhələ isə 2 yaşdan sonra başlayır, əsasən uşaq iki sözdən ibarət cümlələr ifadə etməyə başlayır. 10 aylıq uşağın qığıltıları ana üçün artıq aydın səs rolunu oynayır.

Nitq fikrin mövcudluq formasıdır. Nitq və təfəkkür arasında vahidlik var. Lakin bu vahidlikdir, eyniyyət deyil. Nitq intellektual əməliyyatdır. Təfəkkürü nitqlə eyniləşdirmək və onlar arasında bərabərlik işarəsi qoymaq olmaz, ona görə ki, nitqin nitq kimi mövcud olması onun təfəkkürə münasibəti ilə bağlıdır.

Lakin təfəkkür və nitqi bir-birindən ayırmaq olmaz. Nitq-fikrin xarici görkəmi deyil, onu dəyişməklə fikri dəyişmək olmaz. Nitqlə fikir formalaşır, lakin fikri formalaşdıraraq, onun özü də formalaşır. Nitq fikrin xarici vasitəsidir, söz təfəkkür proseslərinə forma kimi, onun məzmunu ilə bağlı olan bir hadisə kimi daxil olur. Nitq formasını yaradaraq təfəkkür özü formalaşır. Təfəkkür nitqdə nəinki ifadə olunur, həm də onda təkmilləşir, tamamlanır, icra olunur. Təfəkkürdə icra olunan obrazlar, nitq funksiyası daşıyır və bu obrazlar təfəkkürdə anlamın məzmununun hissi əsasını təşkil edir. Nitq formasını yaradan təfəkkürün özü formalaşır.

Təfəkkür ictimai-tarixi hadisədir.

Təfəkkür mürəkkəb idrak prosesi kimi aşağıdaki üç formada özünü

göstərir:

I Məfhum – cisim və hadisələrin ümumi və mühüm əlamətlərinin inikasından ibarət olan təfəkkür formasıdır. Məfhumlar sözlərlə ifadə olunur. Onlar aşağıdakilardır:


1   ...   48   49   50   51   52   53   54   55   ...   95




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin