Psixologiyadan mühaziRƏ MƏtnləRİ İxtisas: Rİm kurs: 3



Yüklə 0,86 Mb.
səhifə49/95
tarix01.01.2022
ölçüsü0,86 Mb.
#103696
1   ...   45   46   47   48   49   50   51   52   ...   95
Unutma. Müasir psixologiyanın bir çox tədqiqatları sübut edir ki, sağlam beyində informasiyalar uzun müddət qorunsa da onların çox hissəsi istifadə olunmamış qalır və ən nəhayət unudulur. Q. Ebbinhauz sübut edir ki, öyrənilən materialın 40 faizi yarım saat sonra, 66 faizi bir gündən sonra, 75 faizi üç gündən sonra, 79 faizi bir aydan sonra unudulur. Əlbəttə, burada fərdi xüsusiyyətlər, materialın mənalılığı, önəmliliyi də böyük rol oynayır. Göründüyü kimi, unutmada başlıca yeri vaxt tutur. Lakin psixika üçün paradoksal hallar da xasdır. Məsələn, yaşlı adamlar indicə, az müddət əvvəl eşitdiklərini asanlıqla unutduqları halda, uzaq keçmişdə baş verənləri çox da çətinlik çəkmədən və aydın xatırlayırlar. Bu fenomen “Ribo qanunu” adlanır. Unutmanın ikinci önəmli amili adətən mövcud informasiyadan aktiv istifadə olunmasıdır. O şeylər daha tez unudulur ki, ona az tələbat olur və ya ehtiyac olmur. Yaşlı adamlarda verbal haizə daha tez unutqanlıqla əvəz olunur. Uşaqlığın təssüratı, xatirələri, hərəkət vərdişləri hafizədə daha davamlı, bəzən on illərlə heç də çox iradi səy göstərmədən yada salınır. Belə faktlar da məlumdur ki, üç il həbsxanada yaşamış adam nəinki qalstuk bağlamağı, hətta ayaqqabı bağlamağı belə unudur. Unutma eyni zamanda, psixikanın özünümüdafiə mexanizmidir. Unutma şüur və şüuraltı sahələri sarsıntı və pozulmalardan qoruyur. İnsana xüsusilə kəskin təsir etmiş hadisələrin uzun müddət həmin şiddətlə davam etməsinə təbii ki, orqanizm davam gətirməz. Vaxt keçdikcə onun təsiri azalır, tədricən unudulur. O şeylər ”unudulur” ki, psixoloji tarazlığı pozur, davamlı neqativ gərginlik yaradır. Hafizə insanın daha asan pozulan qabiliyyətlərindəndir. Hafizənin pozulması insanın fərdi xüsusiyyətləri ilə bağlıdır.

3. Hafizənin növləri və tipləri. Yadda saxlanılan materialların növlərinə uyğun olaraq hafizənin aşağıdakı dörd növü var.

1. Müxtəlif hərəkətlərin yadda saxlanılması hərəkət hafizəsi adlanır. Maşın sürmək, musiqi alətlərində ifa etmək, kompyuterdə yazmaq və s. Hərəki hafizə peşə fəaliyyətini icra etmək üçün vacibdir. Sonra gerçəkliyin cisim və hadisələrinin keçmişdə qavramış olduğumuz surətlərinin yadda saxlanılması, qorunması və yada salınmasından ibarət surət hafizəsi formalaşır. Surət hafizəsində hansı analizatorun daha aktiv iştirak etməsindən asılı olaraq onun beş növünü: görmə, eşitmə, toxunma, iy bilmə və dadı ayırırlar. İnsan psixikası üçün görmə və eşitmə hafizəsi daha önəmli rol oynayır.

Praktik olaraq hərəkət hafizəsi ilə eyni vaxtda emosional hafizə formalaşır. Emosional hafizə yaranmış hisslərin, şəxsi emosional vəziyyətin və affektlərin yada salınmasıdır. Həyətdən qəflətən çıxan itdən qorxan şəxs uzun müddət oradan keçərkən həmin hissləri təkrar yaşayır. Hafizənin ən yüksək, ali növü verbal hafizə hesab olunur. Onun köməyi ilə insanın intellektual bazası yaranır və fikri fəaliyyətinin (oxumaq, yazmaq, hesablamaq və s. ) böyük əksəriyyəti həyata keçirilir.

Yaddasaxlama və yadasalmanın iradi proseslərinin dərəcələrinə görə hafizənin qeyri-ixtiyari (bəzən özü də istəmədən nəyisə xatırlayır) və ixtiyari hafizələrə ayırırlar. İxtiyari hafizədə insan sanki qarşısına məqsəd qoyur. “Yada sal”. Lakin iradi səy həmişə uğurla tamamlanmır və maraqlıdır ki, insan həmişə undacağından qorxduğu şeyi unudur. Müxtəlif növ məlumatların yadda saxlanılması qabiliyyəti insanın hansı-sol və sağ yarımkürələrinin dominant olmasından asılıdır. Birinci halda verbal hafizənin (sxemlər, məntiqi sübut, terminlər və s.), ikinci halda isə görmə və hərəkət hafizələrinin mexanizmləri daha səmərəlidir. Yadda saxlama müddətindən asılı olaraq hafizənin qısamüddətliuzunmüddətli növləri də vardır. Qısamüdətli hafizə qısamüddətli yaddasaxlamaya əsaslanır. Uzunmüddətli hafizəyə gəldikdə isə bu zaman öyrənilən material uzun müddət, bəzən bütün həyat boyu beyində qorunur, istənilən vaxt yada salınır.



Yeni materialın uzunmüddətli hafizəyə daxil olması və sonra yada salınması xeyli iradi səy tələb edir. Psixikamızın operativ və analitik mərkəzi özünün informasiya mərkəzinə qismən nəzarət edir. Elə bu səbəbdən də qorunan informasiyaların içərisindən gərəkli olanını həminki anda seçmək xeyli çətindir. Beyində qorunanların qısa müddətdən sonra yenidən yada salınması xeyli çətin baş verir, 2-3 gündən sonra daha aydın və əhatəli yada salınır. Hafizənin operativ növü də vardır. Adətən, insan müəyyən məsələni həll edərkən ona lazım olan məlumatları xatırlayır və ondan istifadə edir. Əməliyyat qurtardıqdan sonra həmin məlumat yenidən beyində qorunur. Bu proses operativ hafizə ilə əlaqədardır.


Yüklə 0,86 Mb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   95




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin