Psixologiyadan mühaziRƏ MƏtnləRİ İxtisas: Rİm kurs: 3



Yüklə 0,86 Mb.
səhifə53/95
tarix01.01.2022
ölçüsü0,86 Mb.
#103696
1   ...   49   50   51   52   53   54   55   56   ...   95
Ümumi məfhumlar Müəyyən cisim və hadisələr qrupunun mühum

və ümumi əlamətlərini əks etdirir. Məsələn: şagird, müəllim, şəhər, bitki və s.

  • Fərdi məfhumlar. Ayrı-ayrı cisim və hadisələrin ümdə

xüsusiyyətlərini əks etdirir. Bakı, dahi şair nizami. Mars.

  • Konkret mafhumlar. Gerçək cisimlərin mühüm əlamətlərinin

inikasından ibarətdir. Məsələn: qələm. Maşın, kitab və s.

  • Müzərrəd məfhumlar: insan təfəkkürünün obyekti konkret cisim

və hadisələr deyil onların keyfiyyətləri, xassələri de olur və bu məfhumlar mücərrəd məfhumlar adlanır. Məsələn: xoşbəxtlik, yaxşılıq, pislik və s.

II. Hökm – varlığın cisim və hadisələri arasındamüəyyən əlaqə və mühasibətin olub olmadığını iqrar və ya inkar etməkdən ibarətdir. Hökm cisim və hadisələrin bu və ya digər cəhətini əks etdirir. Məsələn: Azərbaycan təbii sərvətlərlə zəngindir.

Hökmlər aşağıdaki növlərdə olur:


  • Ümumi – “Bütün quşlar uçur”

  • Xüsusi – “Bəzi quşlar suda üzür ”

  • Fərdi – “Bu quş gözəldir”

  • Iqrari – “Təxəyyül insana məxsusdur”

  • Inkari – “Heyvanlarda şüur yoxdur”

Hökmlərin üç forması vardır: mümkünlük, gərçəklik, zərurət.

Mümkünlük hökmündə cisimlə onun əlamətvə ya keyfiyyəti

arasındakiəlaqə ehtimal kimi başa düşülür. Məsələn: “Bəlkə bu gün yağış yağdı” – ola biləcəklər ifadə olunur.

Gərcəklik hökmü cisimlə, onun xassəsi, sifəti arasındaki əlaqəni əks etdirir. Məsələn: “Bu gün hava tutğundur” – olanları ifadə edir.

Zərurət hökmu cisim və hadisələrləonların əlamətləri arasında mövcud olan zəruri əlaqələri əks etdirir. Bu hökmün ən yüksək formasıdır və olmalıları əks etdirir.

III.İstidlal və ya əqli nəticə - Hər hansı hökmün doğruluğu başqa hökmlərin düzgünlüyündən nəşət edirsə belə təfəkkür formasına deyilir. İstidlal obyektiv aləm hadisələrinin məlum əlaqələri arasında nəməlum əlaqələri bilməkdən ibarət təfəkkür formasıdır.




Yüklə 0,86 Mb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   95




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin