Nəzəri obrazlı təfəkkür- anlayışlar təfəkküründən obrazların istifadəsi ilə fərqlənir. Hər hansı təfəkkür az və çox dərəcədə əyani-hissi obrazlarla qarışır. Anlayışlar və obraz-təsəvvürlər bu təfəkkür növündə ayrılmazdır. İnsan təsəvvürlərsiz ancaq anlayışlarla hissi əyanilikdən uzaq fikirləşə bilməz, o, həmçinin təkcə hissi-əyani obrazlarla, anlayışlarsız fikirləşə bilməz.
Nəzəri və obrazlı təfəkkür idrakın müxtəlif pillələri kimi vahid prosesin müxtəlif tərəfləridir və obyektiv reallığın dərkinə yönəlib. Nəzəri obrazlar ya hafizədən əldə edilir, ya da təxəyyüldən yaradıçılıqla yaradılır. Ədəbiyyat, incəsənət yaradıcı əmək adamları elə obrazlı təfəkkürə malikdir. Nəzəri anlayışlar və nəzəri obrazlı təfəkkür yanaşı mövcuddur. Onlar bir digərini qarşılıqlı tamamlayır, qarşılıqlı əlaqədə olan varlığın müxtəlif tərəflərini aşkarlayır. Nəzəri anlayışlar təfəkkürü mücərrəd olsa da, gerçəkliyi ümumiləşmiş, həm də daha düzgün əks etdirir.
Dostları ilə paylaş: |