“VALENTLIK”ANLAYIŞININ TƏDRISI TƏCRÜBƏSINDƏ
Mürşüd Fərəcov
Dossent
Kəmalə Quluyeva
Binəqədi r. 299 nömrəli məktəbin kimya müəllimi
Əsirlərin və minilliklərin qovuşduğu bir vaxtda sürətlə n dəyişən, durmadan qloballaşan çağdaş dünyamızda bəşəriyyət üçün tamamilə yeni olan problemlər yaranmışdır. Elmin sürətlə inkişaf etməsi, sənaye ölkələrində elmi-texniki tərəqqinin geniş vüsət alması dünya üzrə enerji, xammal və ekoloji problemləri kəskinləşmişdir. Göstərilən həyati əhəmiyyətli, dünyəvi problemlərin həlli yeni insanın dünya, cəmiyyət və təbiətlə qarşılıqlı münasibətlərində yeni düşüncə tərzi tələb edir. Bütün bunlar isə təhsil sistemindən keçir, təhsillə əldə edilir
Göstərilən problemlərin həlli təhsildə mütləq əsaslı dəyişikliklərin aparılmasını, onun müasir cəmiyyətin maraqlarına uyğunlaşmasını labüd edir. Dəyişikliklər təhsilin məzmunundan, strukturundan tutmuş təlim metodikalarınadək, demək olar ki, bütün sahələri əhatə etməlidir.
Bu gün milli təhsil sistemləri üçün ən vacib və son dərəcə zəruri olan odur ki, öyrənənlərdə sadəcə oxumaq, yazmaq və hesab vərdişləri yaratmaq, onlara təbiət, social və digər elm sahələrindən biliklər verməklə kifayətlənməyərək, vətəndaşlarda heç kəsin, o cümlədən gələcək nəsillərin hüquq və maraqlarına xələl gətirmədən özünün, xalqının və ümumən insanın inkişafına yönələn dərk edilmiş fəal həyat mövqeyi formalaşdırmaq, layiqli yaşayış üçün lazımi qabiliyyət, bacarıq və vərdişlər aşılamaqdır. Başqa sözlə, müasir təhsil sistemi insana ilk növbədə təbiətlə ahəgdar yaşamağı öyrətməli, insanı, şəxsiyyəti əsas götürən, təbiətə istiqamətləndirən dünyagörüşü formalaşdırlmalıdır.
Dünya təcrübəsi göstərir ki, fəal (interaktiv) və inteqrativ təlim metodları dərsin keyfiyyətini artırmaq məqsədilə güclü vasitə ola bilər. Bu metodlar şagirdlər üçün dərsi çox maraqlı və cəlbedici edir. Fəal (interativ) təlim həm məzmunun öyrənilməsinin, həm də tətbiqinin səmərəliliyini artırır və şagirdlərin dərketmə fəaliyyətini daha da fəallaşdırır.
Təhsilin məzmununa xüsusi konstruksiya verən fənlərarası və fəndaxili əlaqələr təhsil sektorunun inkişaf layihəsi çərçivəsində inteqrativ kurrikulumun mahiyyətini təşkil edir. Təcrübəli müəllimlərin fikrincə inteqrativ təlim bacarığı olmadan hər hansı bir fənnin tədrisində müvəffəqiyyət əldə etmək mümkün deyil. Şagirdlərə dayanıqlı və kompleks şəkildə biliklər vermək, onların dünyagörüşünü genişləndirmək, şagird təfəkkürünün inkişafında tədqiqatçılığa meyl yaratmaq, qazanılan nəzəri bilikləri praktik olaraq həyata tətbiq etmək və s. bacarıqların formalaşdırılmasında interaktiv və inteqrativ təlimin əhəmiyyəti əvəzedilməzdir/.
Qabaqçıl iş təcrübəsinə və şəxsi mülahizələrimizə əsaslanaraq “Valentlik”anlayışının tədrisində inteqrasiya və interaktiv təlim metodlarından istifadəyə aid dərsin gedişini nəzərdən keçirək
Standart: 1.1.1; 3.2.1.
Mövzu: “Valenlik Valentliyə görə kimyəvi formulun tərtibi.”
mövzusunun tədrisində inteqrativ və interaktiv təlim metodlarından istifadə
Məqsəd:1. valentlik nədir? 2.Elementin valentliyi onun atomunu quruluşu ilə əlaqəlidirmi?
3. Elementin sabit və dəyişkən valentli olmasının səbəbi nədən asilidir?
5. Müxtəlif valentli elementlərdən əmələ gələn mürəkkəb maddənin tərkibində atomların sayı necə olmalıdır?
6 Kimyəyəvi formul nəyi göstərir və fomulun düzgün tərtibi hansı qanunun tələbidir?
Strategiya: a) təlim üsulu-müsahibəli şərh, BİBO, tədqiqatçılıq, fənlərarası və fəndaxili əlaqə müstəqil iş; inteqrasiya: fizika- VI s 2.1.2; 2.2.1
b) təlim forması: siniflə iş, qruplarda iş
Resurslar: Dövri sistem cədvəli, atomun quruluşuna aid tablo, mil və kürəciklər, iş vərəqləri
Qiymətləndirmə.
Dərsin gedişi:
Sinifin təşkilindən sonra müəllim Ilk kimyəvi anlayışlardan olan “element”in bir şox xarakter xüsusiyyətləri: kimyəvi işarəsi, nisbi atom kütləsi, atomunun tərkibi, bəsit və mürəkkəb maddələrin əmələ gəlməsində kimyəvi elementlərdən istifadə
olunması haqqında məlumatlarla yanaşı fizika fənnin tədrisində də mürəkkəb maddələrin atomlardan təşkil olunmasını, hər bir elementin eyni atomlardan əmələ gəlməsini və litium, helium, su molekulunun quruluşu haqqında məlumatlar şagirdlərə xatırladılır.. Bu məlumatları bilən şagirdlərdən müəllim yeni mövzu ilə bağlı şagirdləri düşündürmək məqsədi ilə aşağıdakı sualla müraciət edir:
Dərsin birinci mərhələsi:Motivasiya, problemin qoyuluşu
Müəllim şagirdlərin məlum biliklərinə əsaslanaraq onlara sual edir:
Eyni növ atomlardan bəsit maddələrin və müxtəlif növ atomlardan mürəkkəb maddələrin əmələ gəlməsinə səbəb nədir?
Bunun üçün sizə verilən iş vərəqləri əsasında dərslikdən lazımı materialı nəzərdən keçirin və cavablar hazırlayın.
Dərsin II mərhələsi: Tədqiqatın aparılması kiçik qruplarda aşağıdakı suallar ətrafında araşdırmalar aparmaqla başlanılır.
Qrup I.Prust
1.Hansı maddələr eyni atomlardan ibarət molekullardan təşkil olmuşdur?
2. Atomları bir-birindən hansı xüsusiyyətləri fərqləndirir?
3. Cl (III və VII), S (IV və VI ) valentli oksidlərinin formullarını tərtib edin.
4. Civə (I) oksid, Cl (V) oksid, sulfat turşusunun formuluna əsasən hər bir elementin valentliyini təyin edin
Qrup II. Dalton
1. Hansı maddələr müxtəlif atomlardan ibarət molekullardan təşkil olmuşdur?
2. Kimyəvi elementin və atomun bir-birindən fərqi nədir?
3. 5 Al2O3 formulunda rəqəmlərin mənasını izah edin.
4. MqO və H3PO3-formullarında Mq, O və P-un valentliyini təyin edin.
Qrup III.Bertselius
1.Atomun quruluşu ( tərkibi ) necədir?
2.Bəsit maddə ilə mürəkkəb maddənin fərqi nədir?
3.Na , Ca, C (IV ) və P ( III )-ün hidrogenli formulunu tərtib edin.
4. S ( II,IV,VI ), Cr (II, III, VI ) elementlərin oksidlərinin formulunu tərtib edin.
Qrup IV.Franklend
1 Valentliyi 1 olan iki elementin, 3 olan bir elementin və 4 olan bir elementin oksidinin formulunu yazın.
2. H3PO4 və H2SO3 formulunda fosforun və kükürdün valentliyini təyin edin
3. HClO4, formullarında xlorun valentliyini təyin edin.
4. 3 Fe2O3 formulu oxuyun
Motivasiya, problemin qoyulması
Dərsin bu mərhələsində şagirdlərə təqdim olunmuş iş vərəqlərində göstərilən mövzunun araşdırılmasını təmin edən tədqiqat sualları əsasında “istənilən bəsit və mürəkkəb maddələrin eyni növ və müxtəlif növ atomlardan əmələ gəlməsinin mənası nədən ibarətdir? sualının cavablandırılmasıdır.
Tədqiqatın aparılması
Bu mərhələdə hər bir kiçik qrupa cəlb edilmiş şagirdlərdən tədqiqat sualları ətrafında dərslikdən istifadə etməklə cavabların hazırlanması tapşırılır.
Qrup şəkilində təlim “ müəllim-şagird”dialoqundan imtina edilməsini və “müəllim-qrup-şagird”üçlüyünün qarşılıqlı münasibətlərinə keçməyi nəzərdə tutur.Qrup işinin gedişində şagirdlərin birgə fəaliyyəti nəinki əməkdaşlıq və müxtəlif problemləri bir yerdə həll etməyi öyrədir, həm də hər bir şagirdin idrak prosesinə cəlb edilməsini təmin edir, hər bir şagirdə öz fikrini söyləmək və başqalarını dinləmək imkanı verir, şagirdlərə problemin həllində müxtəlif baxışların, yanaşma və metodların mövcudluğunu göstərir, yoldaşlarının bilik və bacarıqlarını qiymətləndirməsi üçün əlverişli şərait yaradır.
İnformasiya mübadiləsi.
Bu mərhələdə şagirdlər tədqiqatın gedişində əldə etdikləri məlumatların, yeni informasiyanın mübadiləsini aparırlar.Qoyulmuş suala cavab tapmaq zərurəti tədqiqatın bütün iştirakçılarını bir-birinin təqdimatını dinləməyə sövq edir.Bu mərhələdə yeni bir tələbat əldə edilmiş bilikləri qaydaya salmaq, sistemləşdirmək, müəyyən bir nəticəyə gəlmək üçün tədqiqat sualına cavab tapmaq zərurəti yaranır.
İnformasiyanın müzakirəsi və təşkili
Bu, ən mürəkkəb mərhələdir və bütün bilik, bacarıq və vərdişlərin, təfəkkürün müxtəlif növlərinin (məntiqi, tənqidi, yaradıcı) səfərbərliyini tələb edir.Müəllim failasiya əsasında (yönəldici, köməkçi suallardan istifadə etməklə) əldə edilmiş faktların məqsədyönlü müzakirəsinə və onların təşkilinə kömək edir.İnformasiyanın təşkili bütün faktlar arasında əlaqələrin müəyyən edilməsinə, onların sistemləşdirilməsinə yönəldilir.Nəticədə mövcud tədqiqat sualına cavabın elementləri seçilməyə başlayır.Əldə edilmiş məlumatlar cədvəl, sxem ,qrafik şəkilində təşkil oluna bilər.
Nəticə, ümumiləşdirmə
Dərsin bu həlledici mərhələsində şagirdlər yeni biliyin əldə edilməsinə və qrup daxilində dəqiqləşməsinə nail olurlar..Müasir dərsin şagirdyönülü olması da onların yeni biliyi özləri müstəqil olaraq öyrənmələri və tətbiq etmələridir.
Yaradıcı tətbiqetmə
Biliyin mənimsənilməsinin başlıca meüayarı onun yaradıcı surətdə tətbiqidir. Yaradıcı tətdiqetmə biliyi möhkəmləndirir, onun praktik əhəmiyyətini əks etdirir. Ona görə də müəllim şagirdlərə bildirməlidir ki, onlar bəzi nəzəri məlumatların daha əsaslı şəkildə mənimsənilməsi üçün qazanılmış biliklərin tətbiqinə nail olması lazımdır. Bu məqsədlə çalışmaladan istifadə edilməlidir.
Dərsin VII mərhələsi: Qiymətləndirmə
Qiymətləndirmə istənilən prosesin təkmilləşdirilməsini təmin edən bir mexanizmidir. Fəal təlimin mühüm xüsusiyyətlərindən biri şagirdlərin müstəqil təlim (öyrənməyi öyrənmək), müstəqil özünüinkişaf vərdişlərinə yiyələnməsinə imkan yaratmaqdır. Qiymətləndirmə meyarlar üzrə aparılmalıdır. Müəllim şagirdləri əvvəlcədən bu meyarlarla tanış edər və ya qiymət verməklə əsaslandıra bilər.
IV qrupun şagirdlərinin iş vərəqlərində olan suallar əsasında yeni biliyin əldə edilməsini fəal təlimin mərhələləri üzrə nəzərdən keçirək. Qrupda 5 nəfər şagird var. Qrupun lideri sualları şagirdlər arasında bölür Şagirdlər suallar ətrafında dərslikdən istifadə etməklə cavab hazırlayırlar.Bunun üçün onlara 15 dəqiqə vaxt verilir. Vaxt tamam olduqdan sonra qrupun liderinin göstərişi ilə əldə olunan cavablar qrup daxilində dəqiqləşdirilir Hər bir sualın cavabını qrupda olan şagirdlər də öyrənirlər. Sonra cavablar sualın cavabını hazırlayan şagird tərəfindən sinif qarşısında izah edilir. Hazırlanan cavablar lövhədə ardıcıllıqla aşağıdakı kimi qeyd olunur. Qeydləri bütün sinif şagirdləri kimya dəftərlərində edirlər.
IV qrupun suallarına cavablar.
I I III IV
1. Na2O, K2O, Cr2O3, CO2
I x II I V II
2. H3P O4 = 4 x II (2) = 8- (3xI) = 8-3=5 H3 P O4:
I x II I IV II
H2SO3 = 3x II (2)= 6- ( 2xI)= 6-2= 4 H2 S O3
I x II I VII II
3. HClO4= 4xII (2)=8-1=7 H Cl O4
4. 3 Fe2O3 - 3 (əmsal ) ferrium-2-O-3
Digər qrupun sualları da göstərilən qaydada cavablandırılır
Müəllim şagirdlərin valentlik haqqında əldə etdikləri məlumatlara əsaslanaraq belə bir sualla onlara müraciət edir: Aşağıda göstərilən tabloda nə üçün xlora bir hidrogen, oksigenə iki hidrogen, azota üç hidrogen, karbon atomuna isə dörd hidrogen atomu birləşmişdir
Şagirdlər kimyəvi elementlərin bir qrupunun sabit, digər qrupunun dəyişkən valentli olmasını,valentliyə görə formulun tərtib edilməsini, formula əsasən elementin valetliyinin təyin edilməsini qeyd edə bilirlər, lakin sualın cavabını söyləməkdə çətinlik çəkirlər. Bunu nəzərə alaraq müəllim şagirdlərin fizikadan “ kainatda obyektlərin əlaqəli sistemləri” haqqında məlumatlarını yada salır. Bu mövzuda şagirdlər atomların müsbət yüklü nüvədən və onun ətrafında hərəkət edən mənfi yüklü elektronlardan ibarət mürəkkəb sistem olmasını, hər bir neytral atomun özündən elektron veməsini, beləliklə atomun müsbət yüklənməsini, əksinə elektroneytral halda olan atom özünə elektron qəbul edərsə mənfi yüklənməsini bilirsiniz.Beləliklə atomun elektron itirməsi və elektron qəbul etməsi müsbət və mənfi yüklü ionların əmələ gəlməsinə səbəb olur.Bunu siz həmən mövzuda verilən hidrogenin, heliumun, litiumun atom və ion quruluşlarında da görə bilərsiniz. Bu məlumatlara əsaslanaraq qeyd etmək olarki hər bir bəsit və mürəkkəb maddənin atomlardan əmələ gəlməsinə səbəb atomların elektronlarının yerdəyişməsi hesabına əmələ gələn cazibə qüvvəsinin yaranmasından asılıdır. Aşağıdakı formullarda hidrogen atomunun bir elektronu biləşdiyi atomların elektronlarına birləşir. Bununla atomlardan molekul əmələ gəlir. Buna görə də valentlik sözünün mənası da birləşdirici qüvvə deməkdir. Bu da atomun nüvəsi ətrafında yerləşən elektronların digər atomlar tərəfindən cəlb olunmasından asılıdır
Şagirdlərin dərsin gedişində əldə etmiş olduqları bilik və bacarıqlarını müəyyənləşdirmək üçün məzmun xəttini reallaşdıran məzmun standartlarına əsaslanaraq aşağıdakı məzmunda hazırlanmış qiymətləndirmə standartının köməkliyi ilə yoxlamaq olar.
Maddə və maddi aləm məzmun xətti
Məzmun standartları
|
Qiymətləndirmə standartları
|
1.2. Maddələr və onları təşkil edən hissəciklərin əlaqələrinə dair bilik və bacarıqlar nümayiş etdirir.
|
K. VII 1.2. QS-2 Maddələr və onları təşkil edən hissəciklərin əlaqələrinə dair bilik və bacarıqlarının qiymətləndirilməsi sxemi
|
1.2.2.İlk kimyəvi anlayışlar və onların əlaqələrini şərh edir.
|
1.2.2. QS-4 Mürəkkəb maddələrin formullarını elementlərin valentliyinə əsasən tərtib edə bilirlər.
|
|
1.2.2. QS-3. maddənin kimyəvi formuluna əsasən onun tərkibində olan elementlərin valentliklərini təyin edə bilirlər.
|
|
1.2.2. QS-2. İki və altı valentli kükürdün oksigenli birləşməsinin formulunu tərtib edə bilir.
|
|
1.2.2 . QS-1. NH3, Fe2O3, və P2O5 formullarında elementlərin valentliyini təyin edə bilir.
|
Cədvəlin sol tərəfində verilən 1.2- kimya fənn kurikulumunda verilən 1-birinci məzmun xətti, 2- isə ikinci əsas standartdır. 1.2.2 burada isə axırıncı 2 ikinci alt standartıdır. Demək qiymətləndirmə standartında əsas standarta aid olan alt standartın əsasında müəyyən edilmiş mövzunun necə mənimsənilməsi qiymətləndirilməlidir.
Cədvəldə dörd səviyyədə hazırlanmış sualların cavabı müəllim tərəfindən qiymətləndirilir.
Dərsin sonunda aşağıdakı suallardan variantlar təşkil etməklə istifadə etmək olar.
1.Aşağıdakı birləşmələrdə elementlərin oksigenə görə valentliklərini təyin edin.
P2O5, NO2, N2O5, MnO2, SO3, CO
2. Natrium-oksid, xrom-3 oksid, xrom-6 oksid, kükürd-4 oksid, mis-1 oksid, alüminium oksid birləşmələrinin formulunu tərtib edin
3.Valentliyi I,II,III olan elementləri müəyyən edin.
H, Li, Na, K, F, O, Be, Al, Mg, Ca, Ba, Na, K Zn, Hg, B,
4.Aşağıdakı elementlərin mümkün olan valentliklərini göstərin.
Pb, S, Cr, P, Fe, Ni, Mn, Cl, N
Evə tapşırıq olaraq aşağıdakı çalışmaların yerinə yetirilməsi məsləhət bilinir.
1.Na, Mg və B elementlərinin oksigenli birləşmələrinin formulunu tərtib edin.
2. HClO4 formulunda xlorun, H2SO3 formulunda kükürdün valentliyini təyin edin.
3. üç valentli fosforun hidrogenli və oksigenli birləşməsinin formulunu yazın.
Dərsin sonunda şagirdlərin fəaliyyəti aşağıdakı cədvəl əsasına qiymətləndirilir.
Qrup işinin qiymətləndirilməsi üçün meyar cədvəlinin nümunəsi.
Qrup
|
Tapşırıq tam və uyğun yerinə yetirilib
|
Bir-birini dinləmə
|
əməkdaşlıq
|
əlavələr (suallar cavablar)
|
Tərtibat
|
Vaxtında
yerinə yetirilib
|
I
|
|
|
|
|
|
|
II
|
|
|
|
|
|
|
III
|
|
|
|
|
|
|
IV
|
|
|
|
|
|
|
İstifadə edilmiş ədəbiyyat:
-
Abbasov V.M., Abbasov M.M. və b. Ümumtəhsil məktəblərinin VIII sinfi üçün dərslik. Bakı, Azpoliqraf, 2010, 127 səh.
-
Abbasov V.M., Abbasov M.M. və b. Ümumtəhsil məktəblərinin IX sinfi üçün dərslik. Bakı, Azpoliqraf, 2010, 127 səh.
Муршуд Фараджов, Камала Гулуева
Понятия валентности из применения опыта интеграции и интерактивного метода обучения
АННОТАЦИЯ
В этой статье понятия обучения о «Валентности» ученики дают на уроке разные информации по физике на тему «Взаимосвязные системы обьектов во Вселенной», в которой есть взаимосвязь в образовании молекул из атомов между разноименными зарядами и образованными силами притяжения.
А так же в процессе урока по этапам интерактивного метода ученикам раздаются по группам рабочие листы, на основе этих листов ученики исследуют и делают результаты. Активность учеников в том, что они находят слайды из интернета, чтобы облегчить понятия валентности постоянных и переменных химических элементов.
На уроках даются примеры на основе заданий определения валентности по формулам разных веществ для проявления способностей учащихся. В процессе интерактивных уроков направленная на личность широко отражались мышления учителя в презентациях малых групп и между группами учеников, а так же лидерами групп.
Статья, посвященной валентности может стать примером на основе современных педагогических и методических технологий.
Murşud Farajov, Kamala Guluyeva
The concepts of valence from application of integration experience and interactive teaching method
ANNOTATION
In this article, the notion of learning about “Valence” different information on physics on the theme “Interconnected systems of objects in the Universe” is given to the students. There is interconnection in formations of molecules from atom between opposite charges and gravity. As well as during the lesson according to interactive methods worksheets are distributed to the students by groups and on the basis of these worksheets students explore and make the results. The activity of the students is that they find slides from internet in order to make easy the notion of the constant valence and variable chemical elements.
For manifestation student ability examples are given on the basis of valence definition tasks by formulas of various substances. During the interactive lessons the idea of teacher find it is wide range of reflection in the presentations of small groups and leaders of group.
The article that dedicated to the valence may become examples to the modern pedagogical and methodical technologies.
Açar sözlər: Valentlik, atom, ion, elektron, nüvə, sabit valentli, dəyişkən valentli, fizika, kainatda əlaqəli sistemlər, hidrogen, helium, litium, Kаvendiş, fəal təlim, iş vərəqləri, kiçik qruplar, bilik və bacarıq, fənlərarası və fəndaxili əlaqə, motivasiya, nəticəyönüмlü və şəxsiyyətyönümlü.
Ключевые слова: Валентность, ион, электрон, ядро, постоянная валентность, переменная валентность, физика, взаимосязные системы во Вселенной, водород, гелий, литий, Кавендиш, интерактивный метод, рабочие листы, малые группы, грамотность и способность, между и внутрипредметная связь, мотивация, направляющая результативность и направляющая на личность
Key words: Valence, atom, ion, electron, nuclear, constant valence, variable valence, physics, interconnected systems in the universe, hudrogen, helium, lithium, Cavendish, interactive method, worksheets, small groups, competence and ability, interobject relations, motivation directing to effectiveness and personality
Dostları ilə paylaş: |