Psixologiyadan mühaziRƏ MƏtnləRİ İxtisas: Rİm kurs: 3



Yüklə 0,86 Mb.
səhifə68/95
tarix01.01.2022
ölçüsü0,86 Mb.
#103696
1   ...   64   65   66   67   68   69   70   71   ...   95
Frustrasiya- (latınca frustrasio-aldanma, nahaq gözləmə, əhval pozğunluğu)- insanın düşdüyü psixi vəziyyət formasıdır. İnsanın öz məqsədinə çatmasına maneçilik törədən real və ya xəyali maneələrlə rastlaşması nəticəsində keçirdiyi emosional hal frustrasiya adlanır. Onun mahiyyətini daha yaxşı başa düşmək üçün aşağıdakı nümunə ilə tanış olaq.

İmtahan olduğu üçün gecə saat 3-ə qədər yatmayıb suallara hazırlaşmısınız. Gec yatdığınıza görə, otaq yoldaşınızın da nə vaxt oyandığını və evdən çıxdığını da bilməmisiniz. Zəngli saatı da qurmağı unutmusunuz. Belə olan halda, imtahana gecikdiyiniz üçün bir fincan çay da içməyib tələsik avtobus dayanacağına yollanırsınız. Dayanacağa çatan kimi universitetin yanından keçən avtobusun elə indicə uzaqlaşdığını görürsünüz. İmtahana gecikməmək üçün universitetə qismən yaxın gedən başqa avtobusla getməyə qərar verirsiniz. Əl qaldırmağınıza baxmayaraq, onlar da dolu olduğu üçün sizi götürmək üçün saxlamırlar. Artıq imahana yarım saat qaldığı üçün məcbur olub taksi saxlayırsınızyolda tıxac olduğu üçün taksi sizi zənn etdiyinizdən də ləng getməyə məcbur olur. Elə universitetə az qalmış arxadan gələn maşın sizin maşınızla toqquşur. Sürücü maşını yolun kənarında saxlayaraq həmin sürücü ilə mübahisə etməyə başlayır. Bu halda siz həyəcanla saata baxıb imtahana 8 dəqiqə qaldığını görürsünüz. Sürücü “Mən gedə bilmərəm”- deyib, yol polisinin gəlməsini gözləyir Sürücünün haqqını ödəyib qalan yolu piyada getməli olursunuz. Auditoriyaya girəndə müəllimin sizi soruşduğunu eşidirsiniz. Bileti çəkibəyləşəndə qələminizi evdə unutduğunuzu anlayırsınız. Belə bir anda başınızı əllərinizin arasıa alaraq durur və yaxında olan tələbə yoldaşınızdan qələm istəyirsiniz.

Yuxarıda göstərdiyimiz misalda tələbənin düşdüyü psixi vəziyyət, onun keçirdiyi emosional hal, frustrasiya halıdır. Bu cür halı, psixi vəziyyəti elə dilimizdə işlədilən əngəllənmə sözü ilə ifadə etmək olar. Onda frustrasiyanı əngəllənmə duyğusu, hissi kimi xarakterizə etmək olar.

Beləliklə, insanın qarşısına qoyduğu məqsədə nail olmasına, onu əldə etməsinə real və xəyali surətdə əngəllər törədən cisim və hadisələrlə qarşılaşdığı zaman keçirdiyi hisslər frustrasiya və ya əngəllənmə hissi adlanır. Frustrasiya əsasən insanın narazılıq və təmin olunmamaq səviyyəsi onun dözüm səviyyəsindən üstün olduğda əmələ gəlir. Frustrasiya özünü itirmək, qəzəb, aqressiya, küsgünlük, həyəcan, inamsızlıq və s. şəkildə təzahür edir. Frustrasiya həyəcan və aqressivliklə müşayət olunan prosesdir. Yuxarıda imtahana gecikən tələbənin həm həyəcan, həm də frustrasiya halətinə düşməsi bunu sübut edir.

İmtahandan uğur qazanıb-qazanmamasını düşünərkən həyəcanlanan tələbə, onu oyatmadığı üçün otaq yoldaşına, saatı qurmadığı və qələmi unutduğu üçün özünə hirslənir, acığı tutur. Frustrasiya şəraitində narazılıq səviyyəsi üstünlük təşkil etdiyi üçün ətrafda baş verən hadisələri qavrayarkən və qiymətləndirərəkən emosional qiymətləndirmə ön plana keçir. Belə olan halda insanlar hər şeydə qərəz axtarırlar və tapırlar.

Frustrasiya həm də insanın özünü həyatda təsdiq edə bilməməsi, bu tələbatını ödəməməsi ilə bağlı olaraq yaranır və inkişaf edir. çox vaxt belə hallar insanın öz peşəsindən, onun məzmunundan və nəticəsindən razı qalmadıqda daha da inkişaf edir.



5. Ali hisslər. Ali hisslər bütünlüklə sosial amillərin təsiri ilə yaranır və inkişaf edir. İnsanın təbiət hadisələrinə, cəmiyyətə və cəmiyyətdəki əxlaq normalarına, qanunlara, başqa insanlara, millətlərə, eləcə də təbiət və insan gözəlliklərinə, bir sözlə gerçəkliyə olan münasibəti onun ali hisslərinin obyektini təşkil edir. Ali hisslərin məzmunu şəxsiyyətin inkişaf səviyyəsindən, dünyagörüşündən, bilik və bacarığından, əqidə və inamından asılı olduğu üçün subyektiv xarakter daşıyır.

Ali hisslərin 4 növü var: əxlaqi, intellektual, estetikpraksis hisslər.




Yüklə 0,86 Mb.

Dostları ilə paylaş:
1   ...   64   65   66   67   68   69   70   71   ...   95




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin