Psixologiyanın predmeti və vəzifələri



Yüklə 102,58 Kb.
səhifə22/60
tarix31.12.2021
ölçüsü102,58 Kb.
#112181
1   ...   18   19   20   21   22   23   24   25   ...   60
psixologiya imtahan

Təlim fəaliyyətində uşaqlar ictimai təcrübəni məqsədəuyğun surətdə mənimsəyirlər. Bilik, bacarıq və vərdişlərə yiyələndikcə, uşaqların həyatında yoldaşın rolu artır.

İctimai ünsiyyət onun həyatının mühüm sahəsinə çevrilir. Fəaliyyətin vəzifələri tədricən dəyişilir, o, gələcəyə yönəlməyə başlayır və peşə - təlim xarakteri kəsb edir.

Nəzərdən keçirdiyimiz fəaliyyət tiplərini xarakterinə görə iki qrupa bölmək olar: Birinci qrupa o fəaliyyət növləri daxildir ki, onların əsasında insan fəaliyyətinin mənası, insanlar arasındakı münasibətlərin vəzifələri, motivləri, normaları və s. mənimsənilir. Bunlara aşağıdakılar daxildir:


İkinci qrupa o fəaliyyət növləri daxildir ki, onların əsasında əşyalarla əməliyyat vasitələri, əşyalarda bu və ya digər cəhəti fərqləndirmək imkanı verən etalonlar mənimsənilir. Bu qrupa aşağıdaılar daxildir:

  • Əşyayi – manipulyativ fəaliyyət;

  • Təlim fəaliyyəti;

  • Tədris-peşə fəaliyyəti.

Nəzərdən keçirdiyimiz fəaliyyət növləri özlərinin konkret məzmununa görə bir-birindən fərqlənirlər, əsas məzmununa görə isə ümumi cəhətlərə malikdirlər.

Birinci qrupa aid etdiyimiz fəaliyyət növləri şəxsiyyətin inkişafında xüsusilə mühüm rol oynayır. Bu prosesdə uşaqlar insan münasibətlərini, onların vəzifə və normalarını mənimsəyirlər. Başqa sözlə, şəxsiyyətin tələbat-motivasiya sahəsi birinci qrupa aid etdiyimiz fəaliyyət növlərində inkişaf edir.

İkinci qrupa aid etdiyimiz fəaliyyət növlərində isə uşaqlar və yeniyetmələr əşyalarla əməliyyat vasitələrini mənimsəyirlər. Bu prosesdə uşaq və yeniyetmələrdə idrak prosesləri, intellektual əməliyyatlar inkişaf edir. Bəs, ikinci qrupa aid etdiyimiz fəaliyyət növləri şəxsiyyətin inkişafında necə rol oynayır? Şəxsiyyətin inkişafı baxımından onların da özünəməxsus əhəmiyyəti vardır. Uşaqların əməliyyat texniki imkanları inkişaf etdikcə, onlarda öz qabiliyyətlərinin dərk olunması zəminində tədricən mənlik şüuru təşəkkül edir və şəxsiyyətin mühüm bir sahəsinə çevrilir.

Beləliklə də biz şəxsiyyətin formalaşmasında fəaliyyətin rolunu aydınlaşdırdıq. Həmin prosesin ikinci tərəfi də vardır. Biz fəaliyyətin özünün inkişafında şəxsiyyətin rolunu nəzərdə tuturuq.

Şəxsiyyət formalaşdıqca fəaliyyətin xarakteri köklü surətdə dəyişilir. Yəni şəxsiyyətin tələbatları əsasında fəaliyyətin motivləri formalaşır, “motiv-məqsəd” vektoru əmələ gəlir və o, fəaliyyətin əsas struktur vahidinə çevrilir. Fəaliyyət prosesi bütünlükdə şəxsi məna kəsb edir. Bundan asılı olaraq fəaliyyətin tərkibinə daxil olan bütün idrak poseslərinin də xarakteri dəyişilir. Onlar şəxsiyyətin xüsusiyyətləri ilə şərtlənməyə başlayırlar. Beləliklə də fəaliyyət prosesində şəxsiyyətin tələbat-motivasiya, emosiya və idrak sahələri bir-birinə nüfuz edir, onlar tədricən qarşılıqlı əlaqədə inkişaf etməyə başlayırlar.


  1. Şəxsiyyət və fəaliyyət.


Yüklə 102,58 Kb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin