Qeyri-ixtiyari hərəkətlər
İxtiyari hərəkətlər.
Qeyri-ixtiyari hərəkətlərə intiutuv hərəkətlər də deyilir. Bu hərəkətlər adətən şüurun nəzarətindən kənarda qalır, ona görə ölçülüb biçilmir. Buna insanların müxtəlif vərdişləri aid edilə bilər. Çağırılan zaman dönüb geriyə baxmaq, qəfil qorxarkən kənara sıçramaq, dik atılmaq və s. qeyri ixtiyari hərəkətlərə aiddir. Qeyri -ixtiyari hərəkətlər kifayət qədər dərk edilməyən təhrik edici qüvvələrin (ustanovka, həvəs və s.) təsiri nəticəsində icra olunan hərəkətlərdir. Bu hərəkətlərin dəqiq planı olmur. İnsanların qorxu, heyrət, affekt vəziyyətdə etdikləri hərəkət qeyri-ixtiyari hərəkətlər adlanır.
İxtiyari hərəkətlər məqsədin dərk olunması və buna uyğun qabaqcadan müvafiq planlaşdırmanın aparılması nəticəsində yaranan hərəkətlərdir. Məsələn qarşıya öyrənmək məqsədi qoyaraq dərsi öyrənmək.
İnsanın iradi hərəkətləri ixtiyari hərəkətlərə aid edilir. Lakin heç də ixtiyari hərəkətlərin hamısı iradi hərəkətlərə aid edilmir. Yalnız məqsədə nail olmaq prosesində qarşıya çıxan maneələri dəf etmək üçün səylər tələb edən hərəkətləri özündə birləşdirən ixtiyari hərəkətlər iradi hərəkətlərin aid edilir.
İradə - insan fəaliyyətinin xüsusi forması kimi.
İradə - insanın müəyyən məqsədə yönəlmiş və bu məqsədə çatmaq uğrunda mübarizəsi prosesində meydana çıxan maniyələri aradan qaldırmaq üçün tələb olunan səylərə bağlı şüurlu hərəkətlərdir. O, insanın öz fəaliyyətini şüurlu surətdə tənzim etməsində, özünü idarə etmək bacarığında ifadə olunur.
İradə insanın bütün psixi proses və xüsusiyyətləri ilə sıx və qarşılıqlı əlaqədədir. Buna görədir ki, iradənin tərbiyəsi təcrid edilmiş halda deyil, ümumiyyətlə, şəxsiyyətin tərbiyəsi ilə birlikdə həyata keçirilir.
Böyük rus alimi İ.M.Seçenovisbat etmişdir ki, orqanizmlə xarici mühit vəhdətdədir; heyvan və insan davranışları reflektor xasiyyət daşıyır, başqa sözlə desək, reflekslər məcmusundan ibarətdir. Bu reflekslərin səbəbi, onları törədən xarici aləmdir. Dahi alim özünün “Baş beynin refleksləri” adlı məşhur əsərində göstərir ki, adətən ixtiyari adlandırdığımız şüurlu icra olunan bütün hərəkətlər xarici aləmin təsiri ilə törəyir, başqa sözlə desək, həmin şüurlu hərəkətlər refleks kimi cərəyan edir. Bu isə o demədir ki, “insanın hər cür hərəkətinin ilk səbəbi ondan xaricdədir.
Dostları ilə paylaş: |