Qeyri-ixtiyari hərəkətlər
İxtiyari hərəkətlər.
Qeyri-ixtiyari hərəkətlərə intiutuv hərəkətlər də deyilir. Bu hərəkətlər adətən şüurun nəzarətindən kənarda qalır, ona görə ölçülüb biçilmir. Buna insanların müxtəlif vərdişləri aid edilə bilər. Çağırılan zaman dönüb geriyə baxmaq, qəfil qorxarkən kənara sıçramaq, dik atılmaq və s. qeyri ixtiyari hərəkətlərə aiddir. Qeyri -ixtiyari hərəkətlər kifayət qədər dərk edilməyən təhrik edici qüvvələrin (ustanovka, həvəs və s.) təsiri nəticəsində icra olunan hərəkətlərdir. Bu hərəkətlərin dəqiq planı olmur. İnsanların qorxu, heyrət, affekt vəziyyətdə etdikləri hərəkət qeyri-ixtiyari hərəkətlər adlanır.
İxtiyari hərəkətlər məqsədin dərk olunması və buna uyğun qabaqcadan müvafiq planlaşdırmanın aparılması nəticəsində yaranan hərəkətlərdir. Məsələn qarşıya öyrənmək məqsədi qoyaraq dərsi öyrənmək.
İnsanın iradi hərəkətləri ixtiyari hərəkətlərə aid edilir. Lakin heç də ixtiyari hərəkətlərin hamısı iradi hərəkətlərə aid edilmir. Yalnız məqsədə nail olmaq prosesində qarşıya çıxan maneələri dəf etmək üçün səylər tələb edən hərəkətləri özündə birləşdirən ixtiyari hərəkətlər iradi hərəkətlərin aid edilir.
İradi keyfiyyətlərin formalaşmasında tərbiyənin rolu.
Təlim prosesində, eləcə də, tərbiyə işində müəllimlər, tərbiyəçilər və valideynlər uşaqlarda görəcəkləri işlə bağlı müsbət xəyali motivlər yaratmaqla onlara psixoloji cəhətdən kömək edə bilərlər.
İradi keyfiyyətlər şəxsiyyətin iradi fəaliyyəti prosesində təzahür edir və formalaşır. Ümumiyyətlə, insanın iradi keyfiyyətləri çoxdur və onlar xarakter əlamətləri kimi çıxış edir və bunlardan ən mühümləri müstəqillik əksi qeyri müstəqillik, təkidlilik, tərəddüdlük, qətiyyətli, qətiyətsizlik, soyuqqanlılıq, soyuqqanlı olmamaq, inamlı, inamsız və s. İradi keyfiyyətlərin formalaşmasında tərbiyənin rolu çox böyükdür. Tərbiyə düzgün qurulmadıqda şəxsiyyətdə iradi nöqsanlar yaxud mənfi iradi keyfiyyət əmələ gəlir. Şəxsiyyətin iradi keyfiyyəti 3 qrupa bölünür:
Dostları ilə paylaş: |