Konkret fəaliyyət sahələrinə görə (əmək psixologiyası, tibbi psixologiya, pedaqoji psixologiya, hüquq psixologiyası, hərbi psixologiya, idman psixologiyası, kommunal psixologiya, kosmik psixologiya və s.)
İnkişafın psixoloji aspektinə görə (yaş psixologiyası, diferensial psixologiya, cinsi fərqlərin psixologiyası, psixodiaqnostika və s.)
İnsanın cəmiyyətə münasibətinə görə (sosial psixologiya, siyasi psixologiya, idarəetmə psixologiyası, etnopsixologiya, iqtisadi psixologiya və s.).
“Psixika” anlayışı.
Psixologiyanın predmetini başa düşmək üçün biz əvvəlcə əsas anlayışla – psixika anlayışı ilə tanış olmalıyıq. Psixika anlayışına nələr daxildir? Psixika nədir?
Qədimdən psixika haqqında iki təlim –materialist və idealist təlim vardır. Psixologiyanın bir elm kimi inkişafı əsasən materialist təliminin inkişafı ilə bağlı olmuşdur. Psixika obyektiv aləmin subyektiv inikasından ibarətdir. İnikas materiyanın ən ümumi xassəsidir. İnikas dedikdə iki obyektin qarşılıqlı təsiri prosesi və onun nəticəsi nəzərdə tutulur. Bu zaman həmin obyektlərdən birində əmələ gələn dəyişikliklər o birinin təsiri ilə şərtlənir və sonuncunun strukturuna uyğun olur.
Psixi hadisələri şərti olaraq üç böyük qrupa bölürlər:
Psixi proseslər
Psixi hallar
Psixi xassələr.
Dostları ilə paylaş: |