Ünsiyyət tələbatı: K.Marksbaşqa adamı “ən böyük sərvət” adlandırırdı. O yazırdı :“başqa insan kimi ən böyük sərvətə tələbat hiss edir”. İnsanın bütün mənəvi tələbatları onun əmək və ünsiyyət tələbatların inkişaf səviyyəsi ilə bilavasitə bağlıdır.
Düşüncədən qaynaqlanan tələbat özlüyündə 3 hissəyə bölünür. Bunlar
Mənəvi tələbatlar– fərdin və insan qrupunun qarşısında hər hansı maddi məqsəd müəyyən etmədən onu mənəvi cəhətdən stimullaşdırmaqla aktiv sosial mövqelərə sövq edən ehtiyacdan ibarətdir. Məsəl üçün, şəxsin öz insanlıq, qohumluq və ya dostluq borcunu yerinə yetirməsi onun üçün heç bir maddi əhəmiyyət kəsb etmir və şəxs bu zaman heç bir əvəz güdmür. Cəmiyyətin sosial həssas olan insan qruplarına etdiyi yardım da hər hansı əvəz güdmədən mənəvi ehtiyacdan qaynaqlanan tələbatın nəticəsidir.
Maddi tələbat– fərdin və insan qrupunun daha münasib həyat tərzinin fiziki ekvivalenti reallaşdırmağa yönəlmiş ehtiyacından ibarətdir. Məsəl üçün, insanlar daha münasib həyat tərzinə nail olmaq üçün müəyyən əvəzli ictimai faydalı əməklə məşğul olurlar. Cəmiyyət olaraq dövlətin vergilərin yığımına dair hüquqi münasibətləri tənzimləyən qanun qəbul etməsi və ya onu təkmilləşdirməsi də maddi tələbatı ifadə edən ehtiyacın nəticəsidir. Bu halda dövlət vergi hüquq münasibətlərini yaratmaqla və bu münasibətlərin əsasını təşkil edən qanunvericiliyin daha əlverişli olması üçün onu təkmilləşdirməklə vergi hüquq münasibətlərini ictimai maraqlar naminə inkişaf etdirir və nəticədə hüquqi və fiziki şəxslərin daha da əlverişli olan fəaliyyətini təmin etməklə, bunun da müqabilində dövlətin büdcə daxil olmalarının artımı dinamikasına nail olur.
Maddi və mənəvi ehtiyacın sintezindən formalaşan birgə tələbatözündə hər iki komponentləri birləşdirir. Şəxsin təhsilə yatırdığı investisiya onun maddi və mənəvi tələbatınını ödənilməsinə yönəlmiş ehtiyacından irəli gəlir. Şəxs təhsil əldə etməklə aktiv sosial statusa malik olaraq ictimai faydalı olmaq üçün düşündüyü mənəvi tamlığını təmin edir, digər tərəfdən də əldə etdiyi biliklərin müqabilində əvəzi ödənilən əlverişli əməklə məşğul olmaqla naddi tələbatını ödəyir. Yaxud da, dövlət idarəetmə zamanı ədaləti və qanunun aliliyini təmin etməklə maddi, həm də mənəvi tələbatın ödənilməsinə yönəlmiş ehtiyacını ifadə edirMaddi və mənəvi tələbat, həm də maddi və mənəvi tələbatın sintezindən formalaşan birgə tələbat hələ nəticə demək deyil. Lakin meydana gələn tələbat arzu olunan nəticənin əldə edilməsi üçün məqsədləri dəqiq müəyyən edən və artıq gözlə görsənməyə və fiziki ekvivalentdə ifadə olunmağa başlayan əsas mərhələdir.
Şəxsiyyətin iradi keyfiyyətləri və onun formalaşması.
İradə insan fəaliyyətinin xüsusi formasıdır. O, insandan öz davranışını tənzim etməyi, bir sıra başqa istək və meylləri ləngitməyi tələb edir. İradə şüurlu olaraq qarşıya qoyulmuş məqsədlərə müvafiq müxtəlif əməliyyatların ardıcıl surətdə təşkili və ya həyata keçirilməsini nəzərdə tutur. İradi fəaliyyət zamanı insan öz-özünə hakimlik edir, öz şəxsi qeyri-ixtiyari impulslarını nəzarət altına alır.
İnsanlarda iradi fəaliyyət müxtəlif formada cərəyan edir. Biri təkidlilik göstərir, digərində bu keyfiyyət müşahidə olunmur, biri qərar qəbul edərkən özünü çox müstəqil aparır, digəri əksinə tex təsir altına düşür, bir başqası öz əzmi ilə hamını heyran edir, daha başqası qətiyətsizliyi ilə fərqlənir. Belə keyfiyyətlər çoxdur. Biz burada onların ən mühümləri barədə - müstəqillik, qətiyyətlilik, təkidlilik, soyuqqanlılıq haqqında məlumat verəcəyik.
Dostları ilə paylaş: |